Anons

Bu gün, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

Dünən, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

Dünən, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

Dünən, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

Dünən, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

Dünən, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

Dünən, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

Dünən, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

Dünən, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Dünən, 15:00- "Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

Dünən, 14:20- BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

Dünən, 13:48- Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

Dünən, 12:19- Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

Dünən, 11:12- Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

Dünən, 10:34- Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

Dünən, 09:54- Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

Dünən, 09:28- "6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

Dünən, 08:47- Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

16-04-2024, 20:22- Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

16-04-2024, 19:50- İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

Haqqımızda Əlaqə

Azərbaycançılığın xatırlatması

Tarix:14-01-2022, 10:17

Azərbaycançılığın xatırlatması
Vətən müharibəsində də, Vətən müahribəsindən sonra da Azərbaycan dünyanın diqqət mər­kəzində olub. Azərbaycan gerçəkliklərini Azərbaycana, Azərbaycan dövlətinə, Azərbay­ca­nın dövlətçiliyinə ehtiramla yanaşan dövlətlər sevgilərlə, Zəfərlə işğalçılığına son qoyulan dövlətə siyasi, maddi, hərbi yardım göstərən dövlətlər gizlin qərəzliklə yaşamaqdadır. İş­ğal­dan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri bu gerçəkliklərin sosial xarakterinin də, coğ­ra­fi­ya­sıının da göstəricisidir.

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev yerli televi­zi­ya kanallarına müsahibəsində ölkənin iqtisadi inkişafı istiqamətində gərəkli informasiyalar verdi, xarici siyasətimizin konturlarını bildirdi.

“...İşğal faktı nəzərə alınmaqla hərbi quruculuq məsələləri mənim gündəliyimdə həmişə birinci dərəcəli yer tutub. Bu mövzu həm mənim iş qrafikimdə, həm açıq çıxışlarımda, həm də həmkarlarımla əlaqələrimdə həmişə üstünlük təşkil edib. Təbii ki, bu mövzu bütün xalqı birləşdirirdi və biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməyə çalışmışıq”, deyən ölkə başçısı Vətən müharibəsində qələbə qa­za­nan tərəf olsa da Azərbaycanin to­lerant, dünyəvi dövlət kimi Ermənistana davamlı sülh təklif edildiyini bildirir. Bəs Ermə­nistan? Vətən müharibəsində qazanılan Zəfərdən sonra da Ermənistan üç­tərəfli bəya­na­tın şərt­lərinə əməl etmir, bu və ya digər səviyyədə təxribatlar törədir. Bu təxri­bat­lar bəzən hərbi əməliyyat sə­viy­yə­sində həyata keçirilir. Azərbaycan Ordusunun hissələri bu təxribatların qarşı­sını qə­tiy­yət­lə alır. Son vaxtlar Ermənistanın hərbi qüvvələri Kəlbəcər istiqamətində fəal­laşıb. Müsahibədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev son gün­lə­rin hərbi vəziyyətinə aydınlıq gətirərək dedi: ”Erməni tərəfin çoxsaylı xahişlərinə, mən deyərdim, yalvarışlarına, bu hadisənin rusiyalı sülhməramlıların məsuliyyət zonasında deyil, Kəlbəcər istiqamətində baş verməsinə, rusiyalı sülhməramlıların da xahişlərinə baxmayaraq, saat 21:30-da mən müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın və erməni tərəfin çoxsaylı yaralılarını gö­tür­məsinə imkan verilsin. Yəni, istər bu hadisə, istərsə də əvvəl baş vermiş hadisələr bu şəkildə sona çatıb – cinayətlər, təxribat, gizlincə törədilən alçaq təxribatlar, Azərbaycan tərəfin cəza tədbirləri, sonra da atəşin dayandırılması barədə yalvarışlar. Nəticədə Azərbaycan yenə huma­nizm nümayiş etdirdi, lakin yalnız bizim fikrimizcə cəza əməliyyatının başa çatdırılmalı olması qənaətinə gələndən sonra”...

Son günlərdə beynəlxalq aləmdə baş verənlər dövlət müstəqilliyinə daha sədaqətli müna­si­bət tələb edir. Hər bir vətəndaş dövlətə, dövlətçiliyə sevgisini fəaliyyətində də təsdiqlə­mə­li­dir. Biz hansı sahədə işləsək də bir reallığı unutmamalıyıq, unutmuruq: hər birimiz Azərbayca­nın dövlətçiliyinə əsgərik. Ölkə başçısının bu müsahibəsi Azərbycanın xarici siyasətinin bilavasitə dövlətçiliklə bağlı olduğunu xatırlatdı və bu səbəbdən də Azərbaycan dövlətçiliyinin dönməzliyinə sədaqət müsahibəsi kimi dinlənildi. Müsahibədə deyilən “...biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq. Sərhəddə törədilmiş təxribatlar da bundan qaynaqlanır. Onlar bizi yenə də sınağa çəkmək istəyirlər. Ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək” fikirləri azərbaycançılığın ciddi, çox ciddi xatırlatmasıdır...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...