Anons

Bu gün, 14:34- “Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

Bu gün, 14:02- Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

Bu gün, 13:19- BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

Bu gün, 12:48- Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Haqqımızda Əlaqə

Xəzərin “udduğu” neftçilər - “Günəşli” faciəsinin 6-cı ili...

Tarix:4-12-2021, 12:48

Xəzərin “udduğu” neftçilər - “Günəşli” faciəsinin 6-cı ili...
Bu gün dəhşətli faciədən - Xəzərin “udduğu” neftçilərimizin ölümündən 6 il keçir.

2015-ci il dekabrın 4-də Xəzər dənizində məhz hava şəraitinin kəskin soyuması və güclü külək səbəbilə böyük faciə baş vermişdi.

Rəsmi məlumatlara görə, həmin gün şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü açıq dənizdə 8 metr və daha çox olub. Axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənib, dalğaların hündürlüyü 9-10 metrə çatıb. Saat 17.40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəmərini zədələnib və şiddətli yanğın baş verib. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılıb, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb.

Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədi ilə işçilər özüldəki iki xilasedici qayığa minib və qayıqları aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb. Qəza baş verəndən 15-25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin "Günəşli" yatağında növbədə olan "Vixr-9" yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə "Vixr-5" yanğınsöndürən, "Avior" dalğıc, "Samir Quliyev" yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlamışdı. Eyni zamanda, "Azəri-Çıraq-Günəşli" yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş "Topaz-Diqnizi", "Endeavour", "Protektor", "Lənkəran" gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunmuşdu.

Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməmişdi. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz etmişdi. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirmişdi. Təqribən 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılmış və qayıq, içindəki adamlarla birlikdə dənizə düşmüşdü.

Həmin vaxt yaxındakı gəmilər vasitəsi ilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olmuşdu.

Daha sonra FHN-in xilasedicilərinin bir qrupu "Azal" QSC-yə məxsus helikopterlə, digər qrupu isə "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "Müslüm Maqomayev" gəmisi ilə özülə çıxaraq qayıqdan 26 nəfər, özüldən 3 nəfəri təxliyyə etmişdi.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdı.

Həmçinin, baş vermiş qəza ilə əlaqədar Prezidentin sərəncamı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunmuşdu.

“Günəşli” platformasındakı yanğın nəticəsində 33 nəfər həlak olub və itkin düşüb.

Həlak olan və itkin düşən neftçilərin siyahısı:


Ramiz Nüsrəddin oğlu Həsənov (50 yaş)

Zaur Vahid oğlu Həsənov (39 yaş)

Fuad Tahir oğlu Tağıyev (34 yaş)

Ağa İzzət oğlu Mahmudov (47 yaş)

Mikayıl İsmayıl oğlu Babayev (52 yaş)

Samir Cahangir oğlu Mayılov (31 yaş)

Fəxrəddin Xancan oğlu Quliyev (58 yaş)

Habil Tağı oğlu İsgəndərov (50 yaş)

İman Şura oğlu Qasımov (48 yaş)

Mübariz Dilqəm oğlu Qasımov (57 yaş)

Edik Rivazin oğlu Rzaxanov (32 yaş)

Tural Fətəli oğlu Babazadə (22 yaş)

Əzizağa Nöhbala oğlu Quliyev (62 yaş)

Elşad Balaoğlan oğlu Rəsulov (44 yaş)

Bayram Mirzəağa oğlu Qasımov (37 yaş)

Adil Ələkbər oğlu Abdullayev (62 yaş)

Əbdüləziz İsmayıl oğlu Əbdüləzizov (61 yaş)

İzzət Qəmbər oğlu Şirəliyev (42 yaş)

Qəmərşah Nəcməddin oğlu Nəcməddinov (37 yaş)

Seyfəddin Abil oğlu Niyazov (47 yaş)

İnqilab Osman oğlu İskəndərov (58 yaş)

Oleq Akim oğlu Mayborda (44 yaş)

Canbaxış Əhməd oğlu Əhmədov (53 yaş)

Xalid Bəşir oğlu İbrahimov (44 yaş)

Vəli Kişikağa oğlu Cəriyev (48 yaş)

Bəhlul Sirac oğlu Hüseynov (46 yaş)

Xoşbəxt Xanış oğlu Səmədov (34 yaş)

Zaur Arif oğlu Xəlilov (40 yaş)

Sahib Güloğlan oğlu Sahmarov (42 yaş)

Əyyub Xəlil oğlu Əliyev (42 yaş)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...