Anons

Bu gün, 16:11- "Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

Bu gün, 14:58- Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Bu gün, 12:03- Nə oldu, Makron? - AKTUAL

Bu gün, 10:54- 271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:47- Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Haqqımızda Əlaqə

POLİS BELƏ OLMALIDIR. JURNALİSTİN DİLİNDƏN

Tarix:27-11-2021, 12:21

POLİS BELƏ OLMALIDIR. JURNALİSTİN DİLİNDƏN
Respublikaxəbər.az-ın təsisçi, baş direktoru Elyaz Gülüyev,Dövlət Yol Poillisinin əməkdaşının İnzibati Xətaya yol vermiş sürücü ilə rəftarını kənardan müşahidə etdi. Müşahidəsi zamanı polisin rəftarına heyran qaldı.



Belə ki,
Elyaz Gülüyev-
Salam Əziz dostlar,
Bildiyiniz kimi ictimaiyyət arasında bəzi polislərin ünvanına xoşagəlməz söz və fikirlər söylənilir. Təbii ki, hər biri düz də deyil, hər biri səhv də deyil,
El arasında deyildiyi kimi hər bir cəmiyyətdə yaxşı da var, pis də. Amma yaxşı pisdən çox olduğu üçün o pisləri də yaxşıya bağışlamaq lazımdır. Bu günkü gündə ən çətin və ən şərəfli peşə polis peşəsidir. Bununla bağlı çox yazmaq mümkündür, lakin mən yeri düşmüşkən qısa da olsa şahidi olduğum bir məsələni Siz dəyərli izləyicilərimizə bildirməyi özümə bir borc bildim. Onu da qeyd edim ki, hazırda mən Azərbaycan Polisinin fəaliyyətini dəyərləndirmək məqsədi ilə "İlk Ümid Qapımız" adlı kitabın dərcinə də başlamışam. Amma gördüyüm və şahidi olduğum bir mənzərəni Sizlərlə paylaşmaq istədim.
Təxminən 3-4 gün bundan öncə (23 noyabr 2021) günorta saatlarında Nərimanov Rayonu (Montin) deyilən ərazidə Araz Marketin önündə bir nəfər sürücünün DYPİ-nin əməkdaşı tərəfindən saxlanıldığını və sürücünün polisə tabe olmaq istəmədiyini gördüm, həmin prosesi sona qədər izləmək qərarına gəldim ki, görüm polis səhvdir, yoxsa sürücü? Müsahidəm zamanı sürücünün səhv olduğunu yeni inzibati xətaya yol verdiyinin həm mən şahidi oldum, həm də ətrafdakı insanlar. Amma mən düşünürdüm ki, polis vətəndaşa zor-tətbiq göstərəcək və.s. Lakin yanıldım. Həmin polis əməkdaşı sürücüyə elə davrandı ki, əvvəl sənədlərini təqdim etmək istəməyən sürücü, nəzakətli şəkildə sənədləri təqdim etdi və protokolu qəbul etdi. Sonra prosesin bitdiyini düşünüb getmək istəyərkən, ətrafdakı insanlardan polisə narazılıq bildirmək istəyənlər oldu, hətta bu polis əməkdaşı, xidməti avtomobildə olan Yol hərəkəti haqqında qanun kitabını götürüb əlinə, insanlara tərəf gəldi və bildirdi ki, qardaşlar bunun Maddi cəhətdən qiyməti bir o qədər də deyil, alın,oxuyun və məlumatlı olun. Sonra onlara tam aydın şəkildə izah verdi, əvvəl narazı olan sürücü və ətrafdakılar həmin polisdən çox razı qalaraq, onu gülə-gülə yola saldılar. Mən də biraz irəlidə həmin polisin ad soyadını öyrənmək üçün saxlayıb soruşmaq istəsəm də, ona Nail ola bilmədim. Sadəcə avtomobilin DQN nişanını (99 YP 424) götürdüm.Həmin əməkdaşın bu cür davranışı ilə bağlı təşəkkür etmək üçün Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin Rəisi polis-polkovniki cənab Vaqif Əsədovla əlaqə saxladım, Vaqif müəllim isə mənim tərifimdən təkəbburlənmədi, əksinə təvazokarlıqla bildirdi ki, polis o cür davranışdan başqa cür davrana da bilməz, bizim vəzifə borcumuzdur. Həm ölkə rəhbərimizin, həm də cənab Nazirimizin bizə göstərdiyi göstərişlərə uyğun olaraq məmur vətəndaş davranış kodekslərinə əməl edirik, etməliyik və edəcəyik də!
Odur ki, mən də şahidi olduğum bu gözəl mənzərəni Sizinlə paylaşdım, əlavə olaraq həmin polis əməkdaşı ilə bağlı DİN-nin rəhbərliyinə təşəkkür məktubu ünvanlayacağam, Amma buna baxmayaraq təşəkkür məktubumdan öncə fürsətdən istifadə edərək DİN-nin rəhbərliyi başda olmaqla bütün Azərbaycan Respublikasının DİO-da ləyaqətlə xidmət edən polis əməkdaşlarımıza əvvəlcə özümün və sonra da redaksiya heyyətimin adından dərin minnətdarlığımı bildirirəm. Hörmətlə: Elyaz (Yazan) Gülüyev
Respublikaxəbər.az
Təsisçı,baş direktor.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...