Anons

Bu gün, 12:00- Oskar uğrunda yarışacaq xarici filmlərin siyahısı açıqlanıb

Bu gün, 11:38- Azərbaycanda turizm bələdçilərinin milli sertifikatlaşdırılmasına başlanılır

Bu gün, 11:04- Jurnalistlərlə kobud rəftar edən DSX əməkdaşı cəzalandırılıb

Bu gün, 10:46- DİN Bakıda şagirdin neqativ hərəkətləri ilə bağlı iddiaları yoxlayır

Bu gün, 10:13- İbrahimoviç Messi və Ronaldo arasında seçim edib

Dünən, 22:56- Səbinə Xasayeva Korgöz qəsəbəsində bir qrup vətəndaşı qəbul edib

Dünən, 17:08- Cari ilin 9 ayı ərzində təbiətə vurulan zərər açıqlandı

Dünən, 16:41- İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən mobil baza stansiyalarının sayı açıqlandı

Dünən, 16:17- Amnistiya aktı ilə 1921 şəxs azadlığa buraxılıb

Dünən, 15:52- Yeni il yarmarkalarında qiymətlər necədir?

Dünən, 15:25- Zəfər günü ilə bağlı amnistiya indiyə qədər 3676 məhkuma şamil edilib

Dünən, 15:00- Geri qayıdacaq köçkünlərin statusu ilə bağlı sənəd hökumətə TƏQDİM OLUNDU

Dünən, 14:34- Sabaha gözlənilən hava PROQNOZU

Dünən, 14:06- Azərbaycan daha iki beynəlxalq sənədə qoşulur

Dünən, 13:43- Helikopter qəzasında şəhid olanların ailələrinə nə qədər kompensasiya veriləcək? -AÇIQLAMA

Dünən, 13:19- Prezident İlham Əliyev bu şəxslərə “Əməkdar mühəndis” fəxri adı verib - SİYAHI

Dünən, 12:51- Britaniya Azərbaycandan gələnlər üçün giriş qaydalarına dəyişiklik edib

Dünən, 12:22- Gələn ildən azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək bu şəxslərə vergi güzəştləri olacaq

Dünən, 12:00- Azərbaycanın kibertəhlükəsizlik üzrə milli strategiyasına əlavələr edilə bilər

Dünən, 11:35- Azad olunmuş ərazilərdə 10 seysmik stansiya qurulacaq

Haqqımızda Əlaqə

Ermənilər əsgərimizi snayperlə vurdu - Təxribatın arxasında hansı dövlətlər dayanır?

Tarix:15-10-2021, 10:54

Ermənilər əsgərimizi snayperlə vurdu   - Təxribatın arxasında hansı dövlətlər dayanır? Oktyabr ayının 14-də erməni silahlı birləşmələrinin açdığı atəş nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu şəhid oldu. Ermənilərin bu əməlinin hərbi-siyasi məqsədlərə hesablanmış təxribat olması heç bir şübhə doğurmur.

Nə üçün və bu təxribat kimə lazım idi?

Birincisi, İran Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən koridorun açılmasının əleyhinədir və bunun baş tutmaması üçün əlindən gələni əsirgəmir. Eləcə də İran sərhədlərin delimitasiya və demarkasiya prosesinin aparılmasını özünün “milli” maraqlarına təhdid hesab edir. Bəs Ermənistanda rəsmi Tehranla eyni mövqedə olan hansı qüvvələrdir? Revanşist-qisasçi Sarkisyan-Koçaryan klanı!

Paşinyanın atdığı addımların təhlili göstərir ki, o, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının, sərhədlərin demarkasiya və delimitasiyasının tərəfdarıdır. Onun və Ermənistanın digər rəsmi şəxslərinin Moskvaya davamlı səfərləri də bunun nümayişidir. Deməli, Azərbaycanla Ermənistan arasında gərginliyin artmasını istəyən, dəhlizin açılmasını əngəlləməyə çalışan, sərhədlərin demarkasiya və delimitasiya prosesini ləngitmək istəyən üçüncü qüvvə var. Bu üçüncü qüvvə İran və Ermənistandakı revanşist qüvvələr ola bilərdi. Bu məsələdə başqa ehtimallar sıfırlanır.

İkincisi, oktyabrın 14-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Belarusun paytaxtı Minskdə görüşü baş tutdu. Bu görüş Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması prosesini sürətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Belə bir gərgin situasiyada iki ölkənin baş diplomatlarının görüşü 10 noyabr üçtərəfli razılaşmanın bəndlərinin yerinə yetirilməsinin vacibliyini bir daha önə çəkirdi. Görüşdə sərhədlərin demarkasiya və delimitasiyası, eləcə də nəqliyyat-kommunikasiya məsələlərinin vacibliyi də müzakirə olunub. Görünür, bu cür təxribatlarla iki ölkə arasında normal münasibətlərin qurulmasını, üçtərəfli razılaşmanın müddəalarının icrasını və sülh müqaviləsini imzalanmasını tormozlamağa çalışırlar.

Üçüncüsü, diqqət ediriksə, oktyabr ayının 12-də Paşinyanla Putinin görüşü oldu. Görüşdə üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsinin vacibliyi müzakirə mövzusu olmuşdu. Bundan bir neçə gün əvvəl isə Ermənistanın Müdafiə naziri Arşak Karapetyan Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşmüşdü. Bu görüşdə də Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət masanın əsas mövzusu idi. Müşahidə olunan budur ki, Paşinyan anlayır ki, üçtərəfli razılaşmanın müddəalarının yerinə yetirilməsinin alternativi yoxdur. Azərbaycan bu məsələdə israrlı və qətiyyətlidir.

Dördüncüsü, Paşinyan hökuməti Serj Sarkisyanın həbs olunması məsələsini daim gündəmdə saxlayır, o, hər an həbs edilə bilər. Müharibədə uduzan Ermənistan ordusunun silahlarının məhz Sarkisyan-Koçaryan hakimiyyəti dövründə alınması onlara qarşı ttihamların miqyasını daha da artırıb. Bu, həm də Paşinyanın "sülhməramlı" addımlarına təzyiqdir.

Beşincisi, oktyabrın 13-də Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin Moskvadakı görüşü iki dövlət arasında münasibətlərin normallaşdırılması məqsədilə din xadimlərinin də eyni mövqedə olmasını mühüm amil kimi önə çıxarırdı.

Altıncısı, analiz etsək görərik ki, məhz belə bir ərəfədə Azərbaycan ordusunun hərbi qulluqçusunun vurulması planı İranın Ermənistandakı qisasçı qüvvələrlə birlikdə ölkəmizə qarşı hazırladığı mənfur planlarının tərkib hissəsidir. İranın sərhəddə keçirdiyi hərbi təlimlərlə hərbi qulluqçumuzun şəhid edilməsi eyni paraleldə təhlil edilməlidir.

Məqsəd Azərbaycanı daha böyük provakasiyaya çəkmək, koridorun açılması, sərhədlərin delimitasiya, demarkasiya prosesini ləngitmək və və iki ölkə arasındakı sülh müqaviləsinə imzalanmasına aparan görüşlərin əhəmiyyətini azaltmaqdır.

Azərbaycanın xarici siyasətinin konturları dəqiq işlənildiyinə görə, ölkəmizin bundan sonra da daha məntiqli addımlar atacağı şübhəsizdir.

Bu hadisə ilk baxışdan və zahirən Ordumuzun antiterror əməliyyatlarına başlaması fikrini ortaya gətirir, ancaq Azərbaycanın bu hadisəyə zərgər dəqiqliyi ilə cavab verəcəyi də şübhə doğurmur.

Artıq müharibə ikinci fazaya - diplomatik müstəviyə daxil olub. Yenidən hərb meydanına qayıtmaq, yoxsa diplomatik cəbhədə Ermənistanı nokauta salaraq koridoru açmaq, sərhədlərin demarkasiya və delimitasiya prosesini aparmaq, Ermənstanı öhdəliklərlə yükləmək? Bizə hansı lazımdır?

Yeddincisi, Prezident İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində "Ermənistanla münaqişə mövzusundan başlamaq istəyirəm. Rusiyanın sülhməramlı vasitəçiliyindən razısınızmı?” sualına “... bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir. Ümumən biz bundan razıyıq” cavabını vermişdi.

Deməli, Rusiya sülhməramlılarının yerləşdiyi ərazidəki terrorçu erməni birləşmələrinin hərbi qulluqçumuzu hansı mqəsədlə öldürdüyü bir daha aydınlaşır. Məqsəd həm də Rusiya ilə Azərbaycan arasındakı etimad limitini azaltmaqdır.

Dövlət başçısının bu suala mühüm cavabında “Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun” fikrini işlətməsi ciddi təhlil edilməlidir.

Və əsas sual da budur: Dövlət başçısının dediyi “bəzi əcnəbilər” hansı ölkələrin vətəndaşlarıdır!?скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...