Anons

Bu gün, 14:02- Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

Bu gün, 13:19- BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

Bu gün, 12:48- Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Haqqımızda Əlaqə

Bakıda sərçələrin sayı niyə azalıb?

Tarix:15-09-2021, 15:09

Bakıda sərçələrin sayı niyə azalıb? İri şəhərlərdə yüksək desibelli kəskin səslər sərçələrin qan təzyiqinin qəfildən kəskin qalxmasına səbəb olmaqla məhvinə də gətirib çıxarır.

Bunu AMEA-nın Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin aparıcı elmi işçisi, dosent Əbülfəz Tağıyev deyib. O, qeyd edib ki, sərçələrin sayının azalmasına yuvalama yerlərinin sıradan çıxması, qidasının kəskin azalması, şəhər mühitinin ab-havası, boz qarğanın bu quşların yumurtalarını, körpə balalarını məhv etməsi, pişiklərin hücumuna məruz qalmaları və s. öz təsirini göstərir.

"Bu quşlarda ürək döyüntülərinin sayı bir dəqiqədə insanla müqayisədə 10 dəfədən çoxdur. Havada uçarkən isə bu döyüntülərin sayı daha da artır. Bəzən iri şəhərlərdə yüksək desibelli kəskin səslər bu quşların qan təzyiqinin qəfildən kəskin qalxmasına səbəb olmaqla məhvinə də gətirib çıxarır. Şəhərlərdə son zamanlar evlərin dam örtüklərində metal konstruksiyalardan daha çox istifadə edilməsi yuvalama yerlərini məhdudlaşdırır. Metal dam örtükləri istidən çox qızdığından, bu, quşların dəmir konstruksiyalı örtüklərin altında və üzərində yuva qurmağı çətin olur".

Mütəxəssisin sözlərinə görə, sərçələr şəhərlərdə ətraf mühitin dəyişməsinə həssas olduqlarından bioindiqator rolunu oynayırlar:

“Təbiətin ayrılmaz tərkib hissəsi kimi onları qorumaq hər birimizin borcudur. Unutmayaq ki, Yer planetinin ömrü burada yaşayan növlərin biomüxtəlifliyindən çox asılıdır. Növlərin sayı azaldıqca, Yer planetinin ömrü də ona müvafiq olaraq azalır. Sərçələri şəhərimizdə tez-tez görürəm. Narahatlığa elə ciddi əsas yoxdur”.

Ə.Tağıyev onu da qeyd edib ki, Azərbaycanın təbii-coğrafi şəraiti və quşların miqrasiya yolunun üzərində yerləşməsi onun ornitofaunasının zəngin olmasını təmin edir:

"Azərbaycanda sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid 4 cins, 6 növ qeydə alınıb. Ölkəmizdə qeydə alınan 6 sərçə növündən dam sərçəsi ən çox insan məskulaşan yerlərdə - kəndlərdə, şəhərlərdə və s. rast gəlinir. İnsan yaşayışı olmayan yerləri dam sərçələri də tərk edirlər. Bakı şəhərində dam sərçəsinin sayı azalsa da, tez-tez rast gəlmək mümkündür. Onlar yay mövsümündə əsasən səhər və axşam saatlarında yaşıllığı çox olan, xüsusən kol tipli yaşıllıqlarda, tut, üzüm, əncir və s. olan yerlərdə kiçik qruplar halında görünürlər".

Twitter:@cingizsafarliскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...