Anons

Dünən, 17:00- Mədəniyyət Nazirliyi teatr və kinoteatrların açılması üçün Operativ Qərargaha müraciət edib

Dünən, 16:37- Hökumət minatəmizləmə fəaliyyətinə dair tələbləri təsdiq edəcək

Dünən, 16:13- Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Dünən, 15:58- Nazirlər Kabineti unun qiyməti ilə bağlı qərar verib

Dünən, 15:24- Azərbaycanda "mü" ştammına yoluxma qeydə alınıb? - ÜST-dən cavab

Dünən, 15:00- Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə Azərbaycana giriş qadağası tətbiq olunacaq

Dünən, 14:35- Yeddi ay ərzində Azərbaycanda 64 mindən çox körpə doğulub

Dünən, 14:02- Azərbaycana elektromobillərin idxalı kəskin azalıb

Dünən, 13:47- ÜST üçüncü dozanın kimlərə vurulmasının tövsiyə olunduğunu açıqlayıb

Dünən, 13:46- Bakıda 29 yaşlı gənc qətlə yetirildi

Dünən, 13:19- İbtidai siniflərdə dərsliklər yenilənəcək

Dünən, 12:51- Nazirlik hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Dünən, 12:24- Nazirlik Səyavuş Aslanın küçədə gecələyən oğlunu axtarır

Dünən, 12:00- Evlilik və münasibət danışmanı Nabat Mirzəyeva: "Ailə bir ömür deməkdir"

Dünən, 11:38- Koronavirusdan sağalanlar bu problemlərlə üzləşir - Baş infeksionistdən açıqlama

Dünən, 11:05- Yollarda hərəkətə nəzarət gücləndiriləcək

Dünən, 10:17- Yeni metro stansiyası necə adlandırılacaq?

15-09-2021, 17:15- Güclü külək əsəcək - XƏBƏRDARLIQ

15-09-2021, 16:53- FHN-dən vətəndaşlara müraciət: Uşaqlara qarşı diqqətli olun!

15-09-2021, 16:27- Azərbaycanda bu güzəştlərin müddəti daha 5 il uzadılır

Haqqımızda Əlaqə

Metronun işində dəyişikliklər ediləcək - YENİ QƏRAR

Tarix:13-09-2021, 16:00

Metronun işində dəyişikliklər ediləcək - YENİ QƏRAR Yeni tədris ilinin başlanması, eləcə də fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar sentyabr ayının 20-dən Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətində bir sıra dəyişikliklər ediləcək.

“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, ümumən, “COVID-19” pandemiyası və ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə “Bakı Metropoliteni” QSC fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, tapşırıq və tövsiyələri, eləcə də müvafiq metodiki göstərişlər və digər tələbləri nəzərə almaqla qurub.

Bakı metropoliteni gücləndirilmiş iş rejimi şəraitində fəaliyyətini davam etdirəcək. Bu xüsusda, qatarların hərəkət cədvəlində bir sıra dəyişikliklər edilərək dövrün xarakterinə uyğun və texniki cəhətdən mümkün hərəkət qrafiki tətbiq ediləcək. Gur saatlarda qatarlar arasında “Həzi Aslanov-28 May” sahəsində interval texniki cəhətdən mümkün həddə - 2 dəqiqəyə qədər azaldılacaq. Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında kəsişərək birləşdiyindən, gur saatlarda qatarların intervalı “İçərişəhər” və “Dərnəgül” stansiyaları və əks istiqamətdə 4 dəqiqəyə qədər endiriləcək. Onu da əlavə edək ki, Bakı metropolitenində, ənənə üzrə, gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.

Bununla belə, pandemiya şəraiti davam etdiyindən müvafiq mümkün texniki tədbirlərin yerinə yetirilməsi, o cümlədən hərəkət qrafiki ciddi nəzarətdə saxlanılacaq. “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar nəzərdə tutulacaq. Müvafiq monitorinqlər müntəzəm davam etdirilərək, sərnişin sıxlığı və axın istiqamətləri, eləcə də digər məsələlər öyrəniləcək. Zərurət yarandıqda, ehtiyat qatarlar xəttə buraxılacaq.

Ümumən, metropoliten xətlərində gündəlik yoxlama-nəzarət və monitorinqlər davam etdirilməklə, dövrün xüsusiyyətlərindən irəli gələn məsələlər nəzarətdə saxlanılacaq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...