Anons

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

18-04-2024, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

18-04-2024, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

18-04-2024, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

18-04-2024, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Haqqımızda Əlaqə

QMİ dindarları vaksin olunmağa çağırıb

Tarix:27-07-2021, 11:33

QMİ dindarları vaksin olunmağa çağırıb Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası tövsiyə yayıb.

Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Tövsiyədə deyilir: “Möhtərəm mömin qardaş və bacılarımız! Son zamanlar dindarlarımız tərəfindən edilən müraciətləri nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası aşağıdakıları bildirməyi vacib sayır:

İslam dini insanın öz sağlamlığı qayğısına qalmasını imanın bir parçası kimi qəbul edir. Müsəlman aləmində təbabətin “tibbi-nəbəvi” (Peyğəmbər tibbi) adlanan xüsusi bir bölməsi mövcuddur ki, orada Peyğəmbərimizin tibbi baxışları, Sünnədə tibbin məqamı və əhəmiyyəti geniş şəkildə işıqlandırılır. Həzrət Muhəmməd (s) səhiyyə sahəsi ilə yaxından maraqlanmış, onun bu mövzu ilə əlaqəli hədisləri insanlar üçün yol göstəricisi olmuşdur. Eyni zamanda Allahın qüdrət və əzəmətini, əbədi və əzəli hikmətini insanlara çatdıran Qurani-Kərimdə bir sıra tibbə dair məlumatlar əks olunur. Bir sıra alımlərin və müasir islamşünasların rəyinə görə, Qurani-Kərimin sağlamlıq barəsində əsas prinsipi müalicə ilə yanaşı, insanı mühafizə etmək, onun sağlamlığını qorumaq – hifzü-sihhədir. Hifzü-sihhəyə bir sıra gigiyenik təlimatlar, o cümlədən, normal qidalanma, zərərli ərzaqlardan və yoluxucu xəstəliklərdən qorunma məsləhətləri də daxildir. İnsanın sağlamlığına qarşı bu qədər həssas və ciddi olan bir dini sistem kimi, İslam tibbi məsələlərin həm əxlaqi, həm də hüquqi baxımdan düzgün uzlaşdırılmasını daima diqqətdə saxlamışdır.

QMİ Qazılar Şurası bildirir ki, Uca Allahın buyurduqlarına, müqəddəs hədislərə istinadən özünün, yaxınlarının və ətrafındakıların həyat və sağlamlığını təhlükəyə atmamaq hər bir insanın borcudur. Zamanında vəba epidemiyası haqqında Peyğəmbərimiz Hz.Məhəmməd belə buyurmuşdur: “Vəbanın olduğu yerə getməyin, əgər vəbanın olduğu yerdəsinizsə, oradan çıxmayın”. İmanlı insan təkcə öz canının deyil, başqalarının da canının qorunmasından məsul və mükəlləfdir. Dinimiz müxtəlif xəstəliklərə qarşı önləyici tədbirlərin alınmasına, xüsusilə yoluxucu xəstəliklərə qarşı son dərəcə diqqətli olmağa çağırır. Hər bir insan belə bir təhlükədən özünü gözləməlidir, çünki müqəddəs Qurani-Kərimdə buyurulduğu kimi: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın” (Bəqərə, 195). Bu ilahi hökmü və müasir şəriət alimlərinin müvafiq fətvalarını nəzərə alaraq, dindarlarımıza tövsiyə edirik ki, pandemiya ilə mübarizədə ən təsirli vasitə sayılan peyvəndlərin vurulmasında fəal mövqe tutsunlar, özlərini və yaxınlarını vaksin vasitəsi ilə bu ağır bəladan mühafizə etsinlər. Nəzərinizə çatdırırıq ki, dünyanın aparıcı dini mərkəzləri vaksinin istifadəsini məqbul hesab edir və zəmanənin bəlasına çevrilmiş xəstəliklə mübarizədə təsirli vasitə kimi tövsiyə edirlər. Qafqaz Müsəlmanları İdarəsi dövlətimizin pandemiyaya qarşı qəbul etdiyi qərar və göstərişləri dəstəkləyir, cəmiyyətimizi bu vacib məsələyə ciddi və diqqətli yanaşmağa dəvət edir. Allah hamımızın yardımçısı olsun, dövlətimizi və xalqımızı bəlalardan hifz etsin!”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...