Anons

Bu gün, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Bu gün, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Bu gün, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Haqqımızda Əlaqə

MÖCÜZƏLƏR DİYARI-GÖYGÖL, MARALGÖL, GÜZGÜGÖL

Tarix:23-07-2021, 18:19

MÖCÜZƏLƏR DİYARI-GÖYGÖL, MARALGÖL, GÜZGÜGÖL



5 iyul 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu 320 saylı tam orta məktəbin bir qrup müəllimi Azərbaycanın gözəl guşələrindən biri olan Göygöl şəhərinə Bakı turunun xətti ilə ekskursiyaya yola düşdü.Yolüstü Hacıqabul rayonu ərazisində yerləşən “Qədir xum”istirahət məkanında çay süfrəsindən sonra yolumuza davam etdik.Şamil kişinin idarə etdiyi avtobusda rəsmi bələdçimiz Pedaqogika üzrə Fəlsəfə elmləri doktoruGülşən xanımın məntiqi sualları ,şən oyunları və dil-ədəbiyyat müəllimi Anar Pənahovun şirin və mənalı söhbətləri əsnasında Göygölə necə çatdığımızın hiss etmədik.
Ekskursiyamıza Göygöl Dövlət Təbiət Qoruğundan başladıq.Qoruğun maşın dayanacağından Göygölə piyada xeyli yol qət etdik.Təmiz və soyuq hava buranın əsas özəlliklərindəndir.Yayın ən isti günlərində belə Göygöl ərazisində hava sərin keçir.
Göygölü ziyarət edib çıxandan sonra yolda insanların toplaşdığını gördük,avtobuslara minirdilər.Məlum oldu ki,bu avtobuslar Maralgölə qalxmaq istəyən ziyarətçilər üçün xüsusi ayrılıb.Paytaxtdan bura qədər gəlib ,Maralgölə qalxmamaq olmazdı.
Qeyd edim ki,Göygöl dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir.Göygöllə Maralgöl arasında təxminən 400 metr hündürlük fərqi var.
Avtobuslara minib Maralgölə tərəf yollandıq.Avtobus 10 dəqiqəyə yaxın vaxtda pilləkənlər olan yerdə saxladı.Düşdük və qarşımızda böyük bir yaşıllıq açıldı.Məlum oldu ki,Maralgölə qalxmaq üçün bu pilləkanlarla yuxarı qalxmalıyıq.Amma 300 pilləkan qalxmalı olduğumuzu heç kim demədi.Təxminən 150 pilləkan qalxdıqdan sonra bildik ki,yolun yarısındayıq.Girişdə pilləkanların yanında dayanan atların nə üçün olduğunu 300 pilləkanı çıxıb yorulanda anladıq.Pilləkanın çox olduğunu bilənlər bu yolu at ilə çıxmağı üstün tuturlar.Ata minmək üçün isə 5 manat pul lazım olur.Amma at mənə təhlükəli gəldi,həm özüm at sürməkdən qorxurdum,həm də atın ayağının yoxuşa doğru getdikcə bir neçə dəfə büdrədiyini gördüm.At sürə bilənlər üçün isə dağa,Maralgölə bu cür qalxmağın çox maraqlı olduğuna əminəm.
ZƏLZƏLƏNİN YARATDIĞI MÖCÜZƏ-MARALGÖL
Uzun ,dolama yollardan sonra nəhayət Maralgölə gəlib çatdıq.Yaşıllığın arasında qarşımıza balaca bir göl şıxdı.Hər tərəfi yaşıllıq olan göl güzgü kimi mənzərəni özündə əks etdirir.Dağların,təpələrin,güllərin,çiçəklərin arasında yerləşən bu dağ gölü necə yaranıb?...1139-cu ildə Gəncədə zəlzələ olub.Zəlzələ nəticəsində isə Kəpəz dağı uçub və Ağsu çayının qarşısını kəsib.Burada ən böyüyü Göygöl olmaqla tərkibində 7 ədəd böyük,ümumilikdə isə 19 ədəd gözəl göllər şəbəkəsi meydana gəlib.Uçqunların əmələ gərirdiyi bənd nəticəsində Göygöl,Maralgöl,Zəligöl ,Ağgöl,Şamlıgöl,Ördəkgöl,Ceyrangöl,Qaragöl yaranıb.Bundan sonra bu göllər Azərbaycanın təbiət möcüzəsinə çevrilib.İllər keçsə də insanlar bu təbiət möcüzəsini görmək üçün məsafələr qət edir və bu möcüzəni gözləri ilə görmək istəyirlər.
Maralgöl dəniz səviyyəsindən 1902metr yüksəklikdə yerləşir,sahəsi 23 hektardır,ən dərin yeri 60 metrdir.Hava aşağıda isti olsa da ,Maralgölə çatdıqda üşüdüyümüzu hiss etdik.Dağların qoynunda olan bu göldə havanın təmizliyini,oksigen ilə zənginliyini hər nəfəs alışında hiss etmək olur.Dağa qalxanların bəziləri burada oturub təmiz hava qəbul edir,bəziləri gölün ətrafını gəzib hər tərəfinə baxmağa çalışır ,əsas odur ki,hər kəs xatirə şəkilləri çəkdirsin.Bu möcüzəni seyr etdikdən sonra qalxdığımız pilləkanları yenidən aşağı düşmək lazım idi.Yavaş-yavaş yol aldıq aşağı...
Pilləkanların yanında cavan oğlanlar ,yaşlı qadınlar oturub ,nəsə satdıqlarını müşahidə etmək olar.Yaxınlaşıb gördük ki,elə dağın ətəyindən topladıqları kəklikotunu satırlar.Dediklərinə görə ,burada bəzi adamlar çörək pulu qazanırlar.
Biz də Bakıya gətirmək üçün bu bitkilərdən aldıq.Havanın soyuq olmasına ,yavaş-yavaş axşam düşməsinə baxmayaraq ,dağın başında yerləşən bu gölü ziyarət etməyə gələnlər var idi və bu hal hər gün davam edir.
Biz axşam saat 6-da avtobusa minib Bakıya yola düşdük.Gecə saat 12 –də mənzil başına çatdıq.
Bu xatirəlrlə dolu günə görə başda Qaradağ rayon Həmkarlar Təşkilatını sədri Zümrüd xanım Rzayevaya,320 saylı tam orta məktəbin direktoru Yaşar Əliyevə və məktəb Həmkarlar Təşkilatının sədri Vüqar Məmmədova dərin təşəkkürümüzü bildiririk.

ELDAR QAFAROV
müxbir


MÖCÜZƏLƏR DİYARI-GÖYGÖL, MARALGÖL, GÜZGÜGÖL
MÖCÜZƏLƏR DİYARI-GÖYGÖL, MARALGÖL, GÜZGÜGÖL
MÖCÜZƏLƏR DİYARI-GÖYGÖL, MARALGÖL, GÜZGÜGÖL
MÖCÜZƏLƏR DİYARI-GÖYGÖL, MARALGÖL, GÜZGÜGÖL
MÖCÜZƏLƏR DİYARI-GÖYGÖL, MARALGÖL, GÜZGÜGÖLскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...