Anons

Bu gün, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

Dünən, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

Dünən, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

Dünən, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

Dünən, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

Dünən, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

Dünən, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

Dünən, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

Dünən, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Dünən, 15:00- "Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

Dünən, 14:20- BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

Dünən, 13:48- Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

Dünən, 12:19- Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

Dünən, 11:12- Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

Dünən, 10:34- Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

Dünən, 09:54- Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

Dünən, 09:28- "6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

Dünən, 08:47- Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

16-04-2024, 20:22- Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

16-04-2024, 19:50- İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

Haqqımızda Əlaqə

Hərbi Qənimətlər Parkına giriş pulludur - biletin qiyməti

Tarix:14-04-2021, 15:17

Hərbi Qənimətlər Parkına giriş pulludur - biletin qiyməti Hərbi Qənimətlər Parkına giriş qiyməti bəlli olub.

Parkı ziyarət edənlər bu barədə sosial şəbəkədə məlumat veriblər. Məlumata görə, parkı ziyarət adambaşı 2 manat təşkil edir.

Qeyd edək ki, xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, Hərbi Qənimətlər Parkının salınması ilə bağlı təşəbbüs irəli sürüb. Yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən Park paytaxtın Xətai rayonundadır. Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var.

Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...