Anons

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Haqqımızda Əlaqə

Azərbaycan Prezidenti mətbuat konfransında olduqca mühüm mesajlar verdi

Tarix:1-03-2021, 14:23

Azərbaycan Prezidenti mətbuat konfransında olduqca mühüm mesajlar verdi
Tarix heç zaman heç nəyi, o cümlədən xalqın adı ilə bağlı olan hadisələri unutmur. Son 120 ilin hadisələri də həm tarixdə yaşadılır, həm də düşüncələrdə. Xələflər gördüklərini, şahidi olduqlarını sələflərinə danışırlar. Tarixi faktlar, hadisələr təsdiqləyir ki, siyasi məqsədlərə görə ermənilərin Qafqaza, Azərbaycana köçürülməyə başladığı vaxtlar soyqırımlarının, milli zəmində qırğınların başlanğıcı olub. Azərbaycan Prezidenti İlham Əliyev xalqın adı ilə bağlı olan bütün tarixi hadisələrə beynəlxalq ictimaiyyəti əhatə edən auditoriyada münasibət bildirir. Bu münasibət təkcə həmin hadisə ilə məhdudlaşmır, həm də dövlətin cari və perspektiv strategiyasını əhatə edir. Ötən ilin bilavasitə Azərbaycanla bağlı olan ən mühüm beynəlxalq hadisəsi torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa edilməsidir. Dövlətimizin başçısı fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da bu məsələlər şərh edildi. Mətbuat konfransı 30 əvvəl törədilmiş faciənin – Xocalı soyqırımının başvermə səbəblərini, mexanizmini bir daha xatırlatdı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat bildirib ki, bu xatırlatma dünyanın diqqətini bir daha Azərbaycan gerçəkliklərinin dərkinə, ona dövlət səviyyəsində münasibət bildirilməsi zərurətinə yönəltdi. Xocalı soyqırımını Ermənistan faşizminin təzahürü kimi təqdim edən ölkə başçısı qeyd etdi ki, Xocalı soyqırımının törədilməsi ilə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi. Təsadüfi deyil ki, Ermənistan rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə verərkən, bu barədə sualı cavablandırarkən qürur hissi ilə qeyd edirdilər ki, bəli, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib. Ona görə ki, Azərbaycan xalqı görsün, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər.

Səbinə Xasayeva deyib: “30 ildən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz Ermənistanın növbəti irimiqyaslı təxribatının qarşısını qətiyyətlə aldı. Əks-hücum nəticəsində Azərbaycan Ordusu Vətən müharibəsində həm torpaqlarımızı işğaldan azad etdi, həm də Ermənistanın elan etmədən başladığı müharibədə şəhid olanların, bu sıradan Xocalı faciəsinin qurbanlarının qisasını yetərincə aldı. Ölkə başçısının qeyd etdiyi kimi, Xocalı qurbanlarının intiqamı döyüş meydanında alındı.

“Ukrayna - 24” telekanalının əməkdaşı Prezidentimizə müraciət edərək onun Vətən müharibəsi təcrübəsinin dünya ictimaiyyəti üçün böyük maraq doğurduğunu qeyd etdi. Bu, hər birimizi qürurlandırır. Qürur duyuruq ki, bizim belə Prezidentimiz və Ali Baş Komandamız var. Vətən müharibəsində bir rus jurnalisti Şuşanın işğaldan azad edilməsi ilə bağlı fikirlərini belə ifadə etmişdi: “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan ordusu. Nə yaralını, nə şəhidini əldən buraxmırdı”. Xarici jurnalistin bu döyüş təəssüratı, döyüş təsviri dünya müharibələr tarixinin bəlkə də ən heyrətləndirici təsviridir. Ukraynalı jurnalist sualının davamı olaraq dünya ictimaiyyətinə belə bir heyrət yaşadan ordunun sərkərdəsinin Zəfərdən sonrakı bərpa dövrü üçün fikirlərini öyrənmək istədikdə, dövlətimizin başçısının cavabı inamlı və əhatəli oldu. Dövlətimizin başçısı bildirdi ki, 30 il ərzində öz torpaqlarından qovulmuş insanların sülh şəraitində və təhlükəsiz yaşamaları üçün bütün maksimum imkanlardan istifadə ediləcək. Bu cavab ölkə başçısının Xocalı soyqırımı günündə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da insan amilinə, Azərbaycan vətəndaşına yüksək səviyyədə diqqət və qayğısının təsdiqidir.

Deputat diqqətə çatdırıb ki, Böyük Britaniyanın “Teleqraf” qəzetinin əməkdaşının “Sizcə davamlı sülhü təmin etmək, gələcəkdə belə soyqırımlarının qarşısını almaq olarmı?” sualı, əslində, Azərbaycanın bəşəri siyasətinin nədən ibarət olduğunu bir daha eşitmək istəyi kimi səslənib və Prezident İlham Əliyevin cavabı britaniyalı jurnalisti də, onun həmkarlarını da maraqlandıran sualları aydınlığa çıxardı. Dövlətimizin başçısı bəyan etdi ki, biz davamlı sülhə nail olmaq istəyirik və diqqətə çatdırdı ki, üçtərəfli Bəyanat imzalanan və Ermənistan işğal edilən bölgələrdən qoşunların çıxarılmasına təminat verən kimi biz müharibəni dayandırdıq. Azərbaycan Prezidenti birmənalı olaraq bildirdi ki, status məsələsi ümumiyyətlə gündəlikdən çıxmalıdır. Biz Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Bu, Ermənistanda revanşizm fikrinə düşənlərə də bir mesaj idi.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...