Anons

Bu gün, 15:00- Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu gün, 14:37- Sabah Moskvada üçtərəfli görüş KEÇİRİLƏCƏK

Bu gün, 14:18- Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi

Bu gün, 13:52- Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Bu gün, 13:20- Sabah 13 dərəcəyədək isti olacaq

Bu gün, 12:49- Yas və toyların bərpası ilə bağlı addımlar atılacaq - Komitə sədri

Bu gün, 12:31- İcra başçısı Aprel döyüşçülərinə yüksək vəzifə verdi

Bu gün, 11:53- Ermənistan parlamentinin binasına əlavə polis qüvvələri cəlb edilib

Bu gün, 11:27- XİN Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyanat yayıb

Bu gün, 11:04- Bu gün bütün ölkə ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq

Bu gün, 10:46- ABŞ-ın 5 ştatında "Xocalıya ədalət!" tələbi ilə məlumatlandırma aksiyası təşkil edilib

Bu gün, 10:12- XX əsrin faciəsi: Xocalı soyqırımından 29 il ötür

Dünən, 17:17- Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək

Dünən, 16:58- Cəbrayılda daha bir nəfər minaya düşdü

Dünən, 16:29- Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək

Dünən, 16:04- “Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi

Dünən, 15:40- Azərbaycanda 207 mindən çox insan koronavirusa qarşı peyvənd olunub - RƏSMİ

Dünən, 15:00- Nikol Paşinyan tərəfdarları ilə İrəvanda yürüş keçirir

Dünən, 14:36- “Apple” smartfonların satış həcminə görə “Samsung”u ötüb

Dünən, 14:17- Son 25 ilin ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb

Haqqımızda Əlaqə

Bu gün Azərbaycanda Su çərşənbəsidir

Tarix:23-02-2021, 10:45

Bu gün Azərbaycanda Su çərşənbəsidir Bu gün Azərbaycanda su çərşənbəsi qeyd olunur.

Su çərşənbəsi Novruz bayramı öncəsi qeyd olunan ilk çərşənbədir. Şərq xalqlarının həyatında təbiət hadisələrinin özünəməxsus rolu olub ki, bunun nəticəsində də bir sıra ayin və mərasimlər yaranıb. Hələ lap qədim dövrlərdən Şərqdə yaz fəslinin gəlməsi münasibətilə şənliklər keçirilib, baharın ilk günü yeni ilin başlanğıcı kimi qeyd edilib. Novruz bayramına qədər 4 həftə qalanda insanlar həyat üçün vacib olan dörd ünsürlə (su, od, yel, torpaq) bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edirlər. El dilində onlara boz ayın çərşənbələri də deyirlər.

Bütün çərşənbə axşamlarında od-ocaq qalanması əsas mərasim hesab edilir. Tonqal yeni həyatın, baharın, istiliyin gəlişinin simvoludur.

El inamına görə, Novruz çərşənbələrində yazın nəfəsi növbə ilə suyun, ağacların, torpağın canına hoparaq onları oyadır.

İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq budaqları və zoğları kəsib onları cavanlaşdırarlar.

Xalq mövhumuna əsasən, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Su çərşənbəsi həm də “əzəl çərşənbə” adlanır. Bu çərşənbədə qızlar, gəlinlər sübh çağı çay, dəniz və ya bulaq başına gedərlər. Axar su üzərindən hoppanmaq, nəğmə oxuya-oxuya bir-birinin üstünə su çiləmək də inanclar sıraına daxildir.

Bununla insanlar su ilə ünsiyyətdə olu, ona qovuşurlar. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su həmişə müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır. Hamı həmin sudan içməlidir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...