Anons

Bu gün, 15:00- Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu gün, 14:37- Sabah Moskvada üçtərəfli görüş KEÇİRİLƏCƏK

Bu gün, 14:18- Levon Aronyan Ermənistan adından yarışmaqdan imtina etdi

Bu gün, 13:52- Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Bu gün, 13:20- Sabah 13 dərəcəyədək isti olacaq

Bu gün, 12:49- Yas və toyların bərpası ilə bağlı addımlar atılacaq - Komitə sədri

Bu gün, 12:31- İcra başçısı Aprel döyüşçülərinə yüksək vəzifə verdi

Bu gün, 11:53- Ermənistan parlamentinin binasına əlavə polis qüvvələri cəlb edilib

Bu gün, 11:27- XİN Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyanat yayıb

Bu gün, 11:04- Bu gün bütün ölkə ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq

Bu gün, 10:46- ABŞ-ın 5 ştatında "Xocalıya ədalət!" tələbi ilə məlumatlandırma aksiyası təşkil edilib

Bu gün, 10:12- XX əsrin faciəsi: Xocalı soyqırımından 29 il ötür

Dünən, 17:17- Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək

Dünən, 16:58- Cəbrayılda daha bir nəfər minaya düşdü

Dünən, 16:29- Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək

Dünən, 16:04- “Dostluq” yatağına dair Anlaşma Memorandumu təsdiqləndi

Dünən, 15:40- Azərbaycanda 207 mindən çox insan koronavirusa qarşı peyvənd olunub - RƏSMİ

Dünən, 15:00- Nikol Paşinyan tərəfdarları ilə İrəvanda yürüş keçirir

Dünən, 14:36- “Apple” smartfonların satış həcminə görə “Samsung”u ötüb

Dünən, 14:17- Son 25 ilin ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb

Haqqımızda Əlaqə

“Asan İmza” ümumdünya hesabatına ən yaxşı təcrübə kimi daxil edildi

Tarix:22-02-2021, 10:38

“Asan İmza” ümumdünya hesabatına ən yaxşı təcrübə kimi daxil edildi Azərbaycanın mobil identiteti sayılan “Asan İmza” Secure Identity Alliance və OnePoint tərəfindən nəşr olunan “Dünyanın rəqəmsal identitetlərinə səs vermə” ümumdünya hesabatına ən yaxşı təcrübə kimi daxil edilmişdir.

Secure Identity Alliance (SIA), OnePoint ilə birgə “Dünyanın rəqəmsal identitetlərinə səsvermə” adlı hesabat hazırlamışdır ki, orada dünya üzrə hökumət tərəfindən həyata keçirilən rəqəmsal və mobil identitet layihələrinin cari vəziyyəti əks olunmuşdur.

Layihə bir neçə məqsəd daşıyırdı. Birincisi, müxtəlif rəqəmsal identitet sxemlərinin xüsusiyyətlərini vurğulamaqla yanaşı innovativ təcrübələri, idarəetmə metodları və proseslərini, texnologiyaların seçimləri və bazara çıxışın strategiyalarını araşdırmaq, ikincisi, qərar qəbuletmə prosesinin hərəkətverici qüvvələri və bazarın əsas iştirakçıları tərəfindən təqdim edilən qabaqcıl təcrübələrin istifadəsinin üstünlüklərini anlamaq. Hesabatda rəsmi və sənədləşdirilmiş analitik mənbələrdən alınan əsas fikir və təcrübələr, eləcə də başlıca beynəlxalq iştirakçılar və müxtəlif ölkələrin nümayəndələri ilə aparılan 25 müsahibənin çarpaz təhlili toplanılmışdır.

Bu əyani hesabatda innovativ modellər, peşəkar iştirakçılardan əldə edilən təcrübə və dərslər qeyd edilmiş, eləcə də ABŞ, Kanada, Avstriya, Böyük Britaniya, Fransa, Hollandiya, Danimarka, Estoniya, Azərbaycan, Hindistan, Sinqapur və digərlərinin də ən yaxşı təcrübələri daxil olmaqla, dünyanın bütün ölkələrindən olan ID layihələrin və modellərin təhlili aparılmışdır.

OnePoint şirkətinin partnyoru Yannik Raqonnonun (Yannick Ragonneau) sözlərinə görə “Tranzaksiyalar fiziki dünyadan rəqəmsal dünyaya doğru irəlilədikcə, etibarlı rəqəmsal identitet yeni və genişlənən ictimai xidmətlər üçün təməl sütuna çevrilir. Bu hesabatda biz, dünyanın hər yerindən olan rəhbərlərə identitet sahəsində ən innovativ və çətin layihələrə səsvermə hüququnu təqdim edir və tətbiq edilən təcrübi ideyalar və perspektivləri əldə rəhbər tuturuq. Əsas məqsəd dövlət və özəl qurumların idarəçilərinə bunun həyata keçirilməsinin nə qədər mümkün olduğunu göstərməkdən ibarətdir.

Azərbaycanın mobil identiteti olan "Asan İmza" iki sahədə ən yaxşı təcrübə nümunəsi kimi təqdim edildi: rəqəmsal əhatəlilik və rəqəmsal identitetin mobil qurğulara keçid trendi. Birinci kateqoriyada Azərbaycan Fransa və Avstraliya ilə yanaşı yerləşdirildi və burada ictimai xidmətlərin təqdim edilməsində rəqəmsal əhatəliliyin təmin edilməsi üçün hazırlanmış mobil identitetin səsli xidmətə inteqrasiyasının Azərbaycan həlli ayrıca qeyd edilmişdir. “Mobil düşün” (Think Mobile First) adlanan ikinci kateqoriyada, Azərbaycanın SİM karta əsaslanan “Asan İmza” mobil elektron imza həlli Lixtenşteyn və İtaliya ilə yanaşı yer aldı.

Bir çox ekspertlər bu hesabatda identitetin gələcəyinin məhz mobil qurğularda olduğunu qəbul edir. Mobil identitetin tətbiqində qazanılan nailiyyətlər sayəsində Azərbaycan bu sahədə lider ölkələr siyahısına daxil edildi.

SIA Digital ID işçi qrupunun sədri Kristen Teyras (Kristen Teyras) - Juniper Research-in apardığı sonuncu tədqiqatlara istinad edərək qeyd etmişdir: "Rəqəmsal identitetin tətbiqi hal-hazırda həlledici mərhələdə olduğundan, 2024-cü ilə qədər mobil identitet 3 milyarddan çox insan üçün rəqəmsal identifikatorların qeydiyyatı, yoxlanılması və autentifikasiyası üçün əsas mənbəyə çevrilməlidir". O, hesabatda qeyd olunan nümunələri rəhbər tutaraq, bildirmişdir ki, “Həm onlayn, həm də oflayn identifikasiyanı dəstəkləyən yeni nəslin mobil identitet texnologiyaları, dövlət və özəl sektorla insanların qarşılıqlı əlaqələrinin istiqamətini dəyişən etibarlı innovativ rəqəmsal xidmətlərin artıq yeni erasının irəliləyişinə kömək edir”.

Bu hesabat, Secure Identity Alliance (SIA) ilə OnePoint arasındakı birgə işin nəticəsi hesab edilir:

SİA - qanuni və etibarlı identitetin təqdim edilməsində, eləcə də bütün əhali üçün rəqəmsal identitetin əhatəli xidmətlərinin inkişafında beynəlxalq əməkdaşlığa təşviq etmək üçün dövlət, özəl və qeyri-hökumət təşkilatlarını birləşdirən qeyri-kommersiya təşkilatıdır.

OnePoint - strateji baxışların texnoloji baxımdan reallaşdırılmasında müştərilərə kömək edən ümumictimai transformasiya memarlarıdır.

“Asan İmza” haqqında: “Asan İmza” mobil identitet həllinin mobilliliyi və istifadəsinin asan olması bu məhsulun vətəndaşlar və iş adamları arasında populyarlığını artırır və onu mobil dövlətin əsas tərkib hissəsinə çevirir. Hal-hazırda dövlət və özəl qurumların 1000-dən çox elektron xidmətlər sistemində “Asan İmza”dan istifadə edilir. "Asan İmza" müxtəlif dövlət və özəl qurumların çağrı mərkəzlərinə inteqrasiya olunmuş və bu gün onun köməyilə elektron vergi bəyannamələri, gömrük bəyannamələri təqdim edilir, əmək müqaviləsi bildirişlərinin qeydiyyatı, bank hesablarının uzaq məsafədən açılması, abituriyentlərin onlayn qeydiyyatı və s. həyata keçirilir. Daha ətraflı məlumatı http://www.asanimza.az saytından əldə edə bilərsiniz.

B.EST Solutions şirkəti haqqında: Şirkətin rəqəmsal həlləri Birləşmiş Millətlər Təşkilatı, Google, Financial Times, AB, OECD, ABŞ Dövlət Departamenti və Milli Standartlar və Texnologiyalar İnstitutu kimi qlobal təşkilatlar tərəfindən tanınmışdır. Müştərilərimiz transmilli korporasiyalar, böyük banklar, mobil operatorlar və sığorta şirkətləri, eləcə də beynəlxalq təşkilatlar və bir çox digər müştərilərdir. Daha ətraflı məlumatı https://bestsolutions.ee/ saytından əldə edə bilərsiniz.

“Asan İmza” ümumdünya hesabatına ən yaxşı təcrübə kimi daxil edildi
“Asan İmza” ümumdünya hesabatına ən yaxşı təcrübə kimi daxil edildi
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...