Anons

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Dünən, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Dünən, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Dünən, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

27-03-2024, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

27-03-2024, 20:40- Ramazanın 18-ci gününün DUASI

27-03-2024, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Haqqımızda Əlaqə

Vaqif Əsədov ötən il baş verən yol nəqliyyat hadisələri bağlı açıqlama verib.

Tarix:21-01-2021, 20:33

Vaqif Əsədov ötən il baş verən yol nəqliyyat hadisələri bağlı açıqlama verib. Ötən il Bakı şəhəri üzrə 460 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 169 nəfər ölüb, 387 nəfər isə yaralanıb. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Polis polkovniki bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 109 fakt (yəni, 19.2 faiz), ölümlərin sayı 17 nəfər (yəni, 9.1 faiz), xəsarət alanların sayı isə 131 nəfər (25.3 faiz) azalıb. “Bu da yol polisi rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsidir.”

Yol nəqliyyat hasidələrinin baş vermə səbəblərinə gəlincə isə Vaqif Əsədov bildirib ki, manevr qaydalarının pozulması 36.3 faiz (167 fakt), sürət həddinin aşılması 27.2 faiz (125 fakt), ara məsafəsinin pozulması 12.2 faiz (56 fakt), yol ayrıcının keçmə qaydalarının pozulması 7.4 faiz (34 fakt), piyada keçidinin də keçmə qaydalarının pozulması 3.5 faiz (16 fakt) olub.

“Hadisələrin növünə görə analiz göstərir ki, qəzaların əksəriyyəti piyadaların nəqliyyat vasitəsi ilə vurulmasıdır. Bu da xidmət etdiyim İdarə və Nazirlik rəhbərliyini çox ciddi narahat edir. Yol polisi bununla bağlı müxtəlif qabaqlayıcı tədbirləri davam etdirir. Növbəti illərdə hadisələrin sayının daha da azalması istiqamətində qabaqlayıcı tədbirlər davam etdiriləcək.”

Vaqif Əsədov onu da bildirib ki, yol-nəqliyyat hadisələrinin 57.8 faizini (yəni, 266 fakt) piyadaların vurulması təşkil edib. “Nəticədə 62.7 faiz (106 nəfər) həlak olub, 43.7 faiz (169 fakt) müxtəlif dərəcəli xəsarət alıb.”

Bölmə rəisi azyaşlılarla bağlı qeydə alınan qəzaların statistikasını da açıqlayıb. Bildirib ki, Bakı şəhəri üzrə ötən il ilə müqayisədə 12 hadisə azalması müşahidə olunub. “Nəticədə 4 ölüm faktı, 15 xəsarət sayı aşağı düşüb. Yəni, 2020-ci ildə Bakı şəhəri üzrə azyaşlıların iştirakı ilə 33 qəza baş verib ki, nəticədə 7 nəfər həyatını itirib, 26-sı isə xasarət alıb. 2019-cu ildə isə müvafiq olaraq 45 hadisə qeydə alınıb ki, nəticədə 11 ölüm, 41 yaralanma qeydə alınıb.”

Qəzaların daha çox hansı saatlarda baş verməsini açıqlayan Vaqif Əsədov bildirib ki, günün qaranlıq saatları üstünlük təşkil edir.

“Hadisələrin təhlili göstərir ki, günün saatlarına görə, 13:00-dan 18:00-a, 20:00-dan 00:00-a qədər daha çox hadisə baş verir. Yəni, qeyd olunan saatlarda Bakı şəhəri üzrə 235 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 92 nəfər ölüb, 190 nəfər isə xasarət alıb. Bu da ümumi hadisələrin 51.1, həlak olanların 54.4, xəsarət alanların isə 49.1 faizini təşkil edib.”

Vaqif Əsədov hadisələrin daha çox qeydə alındığı küçə və prospektləri də açıqlayıb. Bildirib ki, daha çox qəzalar paytaxtın Ziya Bünyadov (19 hadisə, 6 ölüm,18 xəsarət), Babək prospekti (10-1-9), Neftçilər prospekti (9-3-16), Fətəli Xan Xoyski (7-1-6), Nobel prospekti (7-6-5), Qara Qarayev (10-2-10), Gəncə prospekti (5-3-3), Lökbatan-Xocahəsən yolu (11-8-9), Məhəmməd Hadi küçəsi (14-2-12), R. Rüstəmov küçəsi (7-4-8), Ağa Neymətulla (9-1-8), B. Çobanzabə (4-1-5), Koroğlu Rəhimov (6-1-6), Həsən Əliyev küçəsi (4-0-4) daha çox qəzaların baş verdiyi ərazilərdir. Nəticədə bu küçələrdə 161 fakt qeydə alınıb ki, 56 nəfər ölüb, 146 nəfər xəsarət alıb. Ümumi hadisələrin isə 35 faizini, ölənlərin 33.1, yaralananların isə 37.7 faizini təşkil edir.

Polis polkovniki 2020-ci ildə avtobusların iştirakı ilə baş verən qəzaların statistikasına da toxunub. Bildirib ki, avtobus sürücülərinin iştirakı ilə 26 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 22 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. “2019-cu il ilə müqayisə etdikdə avtobus sürücülərinin iştirakı ilə baş vermiş qəzalarda 7 hadisə, 1 ölüm, 10 xəsarət sayı azalıb.”

Vaqif Əsədov onu da əlavə edib ki, bütün göstəricilər üzrə azalma müşahidə olunub. “Bunun əsas səbəbi yol polisi tərəfindən aparılan təbliğatın, qabaqlayıcı və məqsədli keçirilən tədbirlərin, yol polisi rəhbərliyinin ciddi nəzarətinin nəticəsidir.”скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...