Bu gün, 10:12- Azərbaycan mobil qurğular bazarında liderlər açıqlanıb
Dünən, 17:12- Ərdoğan tapşırıq verdi - Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkiləcək
Dünən, 17:00- Azərbaycanda Ramazan ayı bu tarixdən başlayır
Dünən, 16:35- Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Dünən, 16:09- Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Dünən, 15:41- Səkinə İsmayılova həyat yoldaşını itirdi
Dünən, 15:16- Səfərbərlik Xidməti məlumat yayıb
Dünən, 14:58- Azərbaycanda daha 352 nəfər COVID-19-a yoluxub, 143 nəfər sağalıb,2 nəfər vəfat edib
Dünən, 14:24- Formula 1 üzrə Azərbaycan Qran Prisi tamaşaçısız keçiriləcək
Dünən, 14:00- Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb
Dünən, 13:32- Sabah milli parklara giriş pulsuz olacaq
Dünən, 13:07- “Tarix yazan igidlərimiz” layihəsi əsasında şəhid Asim Quliyevin əziz xatirəsi yad edildi
Dünən, 12:45- Yol polisi sürücülərə xəbərdarlıq etdi
Dünən, 12:19- Formula 1 üçün jurnalistlərin akreditasiyasına başlayır
Dünən, 11:56- Təhsil Nazirliyi 8 Marta pul yığımına görə ictimaiyyətə müraciət etdi
Dünən, 11:21- “Azərişıq” dronlardan istifadə edəcək (VİDEO)
Dünən, 11:00- Ərdoğan Azərbaycanla Türkiyə arasında preferensial sazişi təsdiqləyib
Dünən, 10:33- Vaksinasiya xaricə gedənlərin sayına necə təsir edib?
Dünən, 10:08- Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd edilir
1-03-2021, 17:22- Azərbaycanda son sutkada 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edib
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, Müzəffər Azərbaycan Ordusunun Qarabağın tacı olan Şuşamızı düşməndən azad etmək üçün min-bir əziyyətlə açdığı yolun, dövlət başçısının tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək II texniki dərəcəyə uyğun inşası davam etdirilir.
Agentlikdən verilən məlumata görə, sözügedən yol həm də, şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir. Müzəffər Ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan bu yolun həm də, rəmzi mənası, mənəvi önəmi var. Məhz bu səbəbdən Prezident İlham Əliyev Şuşaya səfəri zamanı 101.5 km uzunluğa malik bu yolu “Zəfər Yolu” adlandırıb.
Dövlət başçısının tapşırığına əsasən, “Zəfər yolu” boyunca tikinti işlərinin birinci mərhələsi yekunlaşdırılıb. Cəmi 2 ay ərzində sözügedən yol genişləndirilib, yeni torpaq yatağı inşa edilib. Artıq “Zəfər yolu” ilə rahat gediş-gəliş təmin olunub. Bu ilin sentyabr ayınadək isə yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.