Anons

Bu gün, 13:41- "Elmlər Akademiyası"nın ətrafı hasara alındı - SƏBƏB

Bu gün, 13:12- Azad olunmuş ərazilərimizdə dronlarla monitorinq aparılacaq

Bu gün, 12:54- Serbiya 2023-cü ildə Azərbaycan qazını ala bilər

Bu gün, 12:27- Şuşa və digər azad olunmuş ərazilərə avtobus reysləri ilə bağlı işlərə başlandı - RƏSMİ

Bu gün, 12:08- Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni imkanlar yaradılır

Bu gün, 12:00- Qarlı hava neçə gün davam edəcək?

Bu gün, 11:35- Azərbaycanda ölüm hallarının sayı açıqlanıb

Bu gün, 11:09- Türk şirkətləri azad edilmiş ərazilərdə tekstil sahəsinə 50 milyon dollar yatırım edəcək

Bu gün, 10:48- Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb

Bu gün, 10:12- "Yuventus" doqquzuncu dəfə İtlaiya Super Kubokunun qalibi oldu

Dünən, 20:53- Qaradağ Rayon İcra Hakimiyyəti başçısının və millət vəkilinin təşəbbüsü ilə şəhid ailələrinə növbəti dəfə baş çəkilib

Dünən, 19:25- 20 yanvar faciəsinin şəhidləri qan yaddaşımızda əbədi yaşayacaq

Dünən, 12:09- Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı

Dünən, 10:42- Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur

19-01-2021, 17:15- Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi imzalanıb

19-01-2021, 16:32- Tullantıların idarəolunması üçün 8 regional poliqon yaradılacaq - Nazirlik

19-01-2021, 16:07- Azərbaycanda 949 nəfər COVID-19-dan sağalıb, 305 nəfər yoluxub, 10 nəfər vəfat edib

19-01-2021, 15:44- “Zəfər yolu” sentyabr ayınadək asfaltlanaraq istifadəyə veriləcək

19-01-2021, 15:20- Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib

19-01-2021, 14:51- COVİD-19-a qarşı vaksin bu şəxslərə vurulmaya bilər - RƏSMİ

Haqqımızda Əlaqə

Müharibədən psixoloji sarsıntı keçirənlərə yardım üçün Türkiyədən 20 mütəxəssis gətirildi

Tarix:11-01-2021, 16:20

Müharibədən psixoloji sarsıntı keçirənlərə yardım üçün Türkiyədən 20 mütəxəssis gətirildi Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində əsgərlərimizin erməni təcavüzünə və terroruna qarşı rəşadətlə vuruşaraq əldə etdiyi şanlı qələbə müstəqillik tariximizə yazılan ən şərəfli və şanlı səhifələrdəndir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilir ki, lakin müharibənin törətdiyi fəsadlar qazilərimizdə, o cümlədən doğmalarını itirən şəhid ailələrində, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanlarda öz mənfi təsirini də göstərir: posttravmatik stress pozuntusu, depressiya, ünsiyyətdə çətinlik, yuxusuzluq, suisidal fikirlər, aqressiya və digər bu kimi halların yaranmasına da səbəb olur: "Bu Vətəndaşlarımızın həm fiziki, həm də psixi sağlamlığının qorunması milli təhlükəsizliyimizin ən aktual məsələlərindəndir. Bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti vasitəsilə vətəndaşlarımıza təcili psixoloji yardımın göstərilməsi fəaliyyəti davam etdirilir. Müharibənin fəsadları nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımız qaynar xəttə zəng edərək fasiləsiz rejimdə fəaliyyət göstərən psixoloqlara müraciət edə bilərlər. Bununla yanaşı, peşəkar psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasının təşkil olunması məqsədilə Türkiyə Respublikasından 20 nəfər mütəxəssis psixoloq dəvət olunub. Turkiyəli mütəxəssislərin fəaliyyəti barədə yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək.

Ümid edirik ki, cəmiyyətimizin əsas sütunlarından olan həmrəylik və mərhəmət bir-birimizə dəstək olmağa, müharibənin qoyduğu fəsadları tezliklə aradan qaldırmağa kömək edəcək".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...