Bu gün, 16:38- Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib
Bu gün, 16:22- Ramin Quluzadə yeni vəzifəyə təyin olundu - SƏRƏNCAM
Bu gün, 15:54- Azərbaycanda bu mallara aksiz dərəcələri tətbiq ediləcək
Bu gün, 15:15- Azərbaycan Tehranda keçirilən "İran Plast" sərgisinə qatılacaq
Bu gün, 14:49- Olimpiya oyunlarının Tokiodan Floridaya keçirilməsi təklif olunub
Bu gün, 14:27- Bakı-Naxçıvan üzrə aviareyslərin sayı gündə üç dəfəyədək artırılır
Bu gün, 14:00- Yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edildi - SƏRƏNCAM
Bu gün, 13:32- Azərbaycan niyə Çin peyvəndini seçdi - TƏBİB cavab verdi
Bu gün, 13:03- 20-dən artıq şəhid ailə üzvünün təhsil haqqı ödənilib
Bu gün, 12:38- Uşaq müəssisələrindən 38 uşaq ailəsinə qaytarılıb, 27 uşaq övladlığa verilib
Bu gün, 12:24- Bu ölkələrdən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyətlər qoyulub - Səbəb "quş" qripi
Bu gün, 11:56- Ölkəmizdə əlillərə və şəhid ailələrinə yüksək dövlət qayğısı daim göstərilir
Bu gün, 11:15- Məktəblər açılır - Siniflərdə İSTİLİK OLACAQMI?
Bu gün, 10:42- Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb
Bu gün, 10:09- Azərbaycan əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkir
Dünən, 17:09- Rəsmi Bakı rusiyalı deputatın adını “qara siyahı”ya saldı
Dünən, 16:41- Şəhid ailələri və əlilliyi olanlara veriləcək mənzillərlər bağlı nazirlikdən AÇIQLAMA
Dünən, 16:16- Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Dünən, 15:55- Prezident müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam İMZALADI
Dünən, 15:28- Sabahın havası
Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı ölən və yaralanan tələbələr koronavirusla mübarizədə könüllü olaraq çalışırmışlar.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova bildirib.
O qeyd edib ki, bu gecə Bakıda baş verən qəza nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olublar. Digər tələbə İlkin Ağamirzəyev isə ağır yaralanıb:
“Onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVİD-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar.
Allahdan ölənlərə rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirik.”
Qeyd edək ki, yağışlı hava şəraiti zamanı yolun sürüşkən olması səbəbində avtomobil marketin ikinci mərtəbəsinin üst divarına çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər Sahil Mustafazadə və Yeganə Məmmədova hadisə yerində ölüb. Əraziyə cəlb olunan təcili tibbi yardım vasitəsi ilə sürücü T.Məmmədov və digər sərnişin 1999-cu il təvəllüdlü İlkin Ağamirzəyev 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Tuncay Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. İ.Ağamirzəyevin vəziyyəti isə ağırdır.