Bu gün, 12:23- Sabah axşamdan hava pisləşəcək - Qar yağacaq, çovğun olacaq
Bu gün, 11:35- Polietilen torba istehsalçılarına xəbərdarlıq edilib
Bu gün, 11:09- 30 ildə Qarabağı talayan xarici şirkətlər - ADLAR
Bu gün, 10:46- Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Bu gün, 10:13- Azərbaycanda sərt karantin rejimi yumşaldıldı
15-01-2021, 17:14- Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
15-01-2021, 16:59- Bakı limanı Avropanın aparıcı limanı ilə əməkdaşlığa başlayıb
15-01-2021, 15:23- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa RİH binası, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə də tanış olublar
15-01-2021, 14:57- Azərbaycanda gələn həftədən Çin istehsalı olan peyvənddən istifadə olunacaq - İbrahim Məmmədov
15-01-2021, 14:12- Zəfər muzeyi və memorial kompleks bu yerdə olacaq - Texnikalar əraziyə gətirildi
15-01-2021, 13:35- Sabah hava yağmursuz keçəcək
15-01-2021, 13:08- Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib (FOTO)
15-01-2021, 12:44- Vaksin vurulan hər 100 nəfərdən 91-92-si virusdan tam qorunacaq - TƏBİB
15-01-2021, 11:51- Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür - Reydlərə başlandı (Video)
15-01-2021, 11:00- Hirkan Milli Parkında yanğının söndürülməsinə təyyarə cəlb olunub
15-01-2021, 10:33- Yaşı 100-dən çox olan pensiyaçıların sayı açıqlandı
15-01-2021, 10:09- Dünya fond bazarlarının əsas indeks göstəriciləri
14-01-2021, 17:07- ICESCO-nun Azərbaycanda regional mərkəzi açılacaq
14-01-2021, 16:44- Koronavirusun yeni növü Avropanın 25 ölkəsində aşkar edilib
14-01-2021, 16:18- İmtahanlara Vətən Müharibəsi ilə bağlı suallar salınacaq - DİM
Kapital Bank mövcud korporativ müştərilərin, eləcə də bank hesabı açmaq üçün filiallara müraciət edən sahibkarların və hüquqi şəxslərin xidmətdən rahat şəkildə faydalanmasını təmin etmək üçün daha bir yeniliyi təqdim edir. Belə ki, hesab açmaq və digər innovativ bank xidmətlərilə yanaşı, artıq “Asan İmza”- gücləndirilmiş mobil elektron imzanı əldə etmək istəyənlər, vergi idarələrinə və “ASAN Xidmət” mərkəzlərinə getmədən filialda bunu həyata keçirə biləcəklər.
Hələlik bu xidmət Kapital Bank-ın Mərkəz, Yasamal, Gənclik, Nəsimi, Səbail və Xətai filiallarında mümkündür. Bunun üçün müştərinin aktiv Bakcell və ya Nar mobil nömrəsinin olması zəruridir. Məlumat üçün bildirək ki, gücləndirilmiş mobil elektron imza -“Asan İmza”sı olanlar, müxtəlif əməliyyatlarını onlayn həyata keçirə və sənədləri elektron formada imzalaya bilərlər. Bununla da müştərilər Kapital Bank-ın Müştəri Bank sistemi vasitəsilə banka gəlmədən və vaxt itirmədən hesablarına nəzarət edə və bir sıra əməliyyatlar həyata keçirə biləcəklər.
Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: onlayn rejimdə hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, biznes kart köçürmələri, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi və s. Qanunvericiliyə əsasən “Asan İmza” əl imzasına bərabərdir və buna görə istifadəçilərin identifikasiyası ilə bağlı bütün prosedurlar, təhlükəsizliyin təmin edilməsi, kriptoqrafiyanın bütün dünya standartlarına uyğunluğa görə istifadəçilərin maraqlarının təmin edilməsi baxımından ciddi şəkildə riayət olunur.
Kapital Bank Azərbaycanda fəaliyyət göstərən filiallarının sayına görə ən böyük bank hesab edilir. Belə ki, Kapital Bank respublika üzrə 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. “Asan İmza” mobil elektron imzanın Kapital Bankın məsafədən elektron xidmətlərinə tətbiqi, yerlərindən asılı olmayaraq əhalinin bütün təbəqələri üçün maliyyə xidmətlərinə geniş əlyetərlilik imkanı yaradacaq və ən əsası Azərbaycanda rəqəmsal xidmətlərin təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verəcəkdir.
“Asan İmza” haqqında: “Asan İmza” mobil identitet həllinin mobilliliyi və istifadəsinin asan olması bu məhsulun vətəndaşlar və iş adamları arasında populyarlığını artırır və onu mobil dövlətin əsas tərkib hissəsinə çevirir. Hal-hazırda dövlət və özəl qurumların 1000-dən çox elektron xidmətlər sistemində “Asan İmza”dan istifadə edilir. "Asan İmza" müxtəlif dövlət və özəl qurumların çağrı mərkəzlərinə inteqrasiya olunmuş və bu gün onun köməyilə elektron vergi bəyannamələri, gömrük bəyannamələri təqdim edilir, əmək müqaviləsi bildirişlərinin qeydiyyatı, bank hesablarının uzaq məsafədən açılması, abituriyentlərin onlayn qeydiyyatı və s. həyata keçirilir Daha ətraflı məlumatı http://www.asanimza.az saytından əldə edə bilərsiniz.