Anons

Bu gün, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Dünən, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Dünən, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Dünən, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Dünən, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

22-04-2024, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22-04-2024, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

22-04-2024, 21:49- İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

22-04-2024, 17:31- Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

Ermənistanın apardığı Faşist siyasətin bariz nümunəsi-BƏRDƏYƏ ATILAN RAKET ZƏRBƏSİ

Tarix:29-10-2020, 11:44

Ermənistanın apardığı Faşist siyasətin bariz nümunəsi-BƏRDƏYƏ ATILAN RAKET ZƏRBƏSİ Bildiyimiz kimi erməni təcavüzü, haqsız müharibə başlayandan bu günə kimi Ermənistan dövləti durmadan Azərbaycan dövləti qarşısında öz acizliyini, zəifliyini göstərərək, dinc sakinlərə qarşı terror aktları törədir.Döyüş meydanının tam əksində olan və Qarabağa heç bir dəxli olmayan şəhərlərimizi raket atəşinə tutan erməni terror qruplaşmaları bununla nə qədər aciz və qorxaq olduqlarını bir daha sübut edirlər.
Son iki gün ərzində Bərdə şəhərinə, bundan əvvəl isə Gəncə, Mingəçevir, Ordubad, Xızı və s. Rayonlarımıza Ermənistan tərəfindən atılan raketlər nəticəsində yüzlərlə insan yaralandı və Şəhid oldular.
Ölənlərin içərisində körpələrin olması isə bir daha ermənilərin nə qədər terrorçu millət olduqlarını ortaya qoydu. O körpələr ki, gələcəkdə bir ailənin başçısı, bir nəsilin davamçısı ola bilərdi. Amma Erməni vandallarının acımasızcasına həmin körpələrə qarşı törətdiyi təxribatlar nəticəsində ailələr sevgi və həsrətlə dünyaya gətirdiyi övladlarını itirdilər. Anaların, ataların canından can qopardılar. Dünya birliyi isə hələ də, bu vəhşiliyə, ədalətsizliyə, heç bir reaksiya vermir. Ermənilərin yönəltdiyi faşist terror siyasətinə heç bir reaksiya göstərmir. Haqdan, ədalətdən, demokratiyadan danışan dünya liderləri bu hadisələri görməzdən gəlirlər. Ermənilər öz faşist siyasətindən əl çəkməyənədək, uşaqlara və dinc sakinlərə qarşı təxribatlarına son verməyənədək deyiləcək bir söz var, Dünya ədalətsiz dünyadır.
Hər kəs bilirki Azərbaycan dövləti öz tarixi torpaqları uğrunda savaşır və bu savaşda Ermənistandan fərqli olaraq dinc əhaliyə toxunmur.
Azərbaycan əsgəri öz gücünü döyüş meydanında göstərir və görünən budur ki, nə qədər havadarlarından silah alsalar da erməni döyüşçülər silahlarını ataraq qaçırlar.

BİZ BİLİRİK Kİ YAXIN GÜNLƏRDƏ ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ ALTINDA MÜZƏFFƏR AZƏRBAYCAN ORDUSU QARABAĞI TAM AZAD EDƏCƏK.


Sadiq Ələkbərli
Diaspor info
Naxçıvan bürosuскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...