Anons

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

23-04-2024, 22:33- “Azərreyl” çempion oldu

23-04-2024, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Haqqımızda Əlaqə

Dünya tarixində ən böyük metro faciəsi - Ulduz stansiyasındakı yanğından 25 il ötür

Tarix:28-10-2020, 10:02

Dünya tarixində ən böyük metro faciəsi - Ulduz stansiyasındakı yanğından 25 il ötür 1995-ci ilin 28 oktyabrı Bakı metrosunun tarixinə, xalqımızın yaddaşına qara hərflərlə yazılmış şənbə günü kimi düşüb. 25 il öncə axşam saat 18:00 radələrində “Ulduz” stansiyasından “Nəriman Nərimanov” stansiyası istiqamətində hərəkət edən qatarda qəfil baş verən yanğın dünyada analoqu olmayan metro faciəsinə səbəb oldu. Qəza nəticəsində 289 sərnişin həlak olub, 270 nəfər xəsarət alıb. Həlak olanlardan 28-i uşaq, 126 nəfəri isə qadın idi. Lakin bu tarix həm də bir qəhrəmanlıq, şücaət tarixçəsidir.

1995-ci ildə baş vermiş, böyüklüyünə görə metropolitenləri arasında "Ginnesin rekordlar kitabı"na düşmüş hadisənin daha da böyüməsinin qarşısının alınmasında, sərnişinlərin xilasında və təxliyəsində “Ulduz” stansiyasının, həmçinin digər metropoliten işçilərinin, polis işçilərinin cəsarətli hərəkətlərinin, təşəbbüskarlığının və çevikliyinin böyük rolu olub.

28 oktyabr faciəsindən danışarkən, hadisənin geniş miqyas almamasında canı bahasına şücaət göstərmiş C.Naxçıvanski adına hərbi liseyin bölük komandirinin siyasi-hərbi işlər üzrə müavini, baş leytenant Çingiz Babayev və məktəbin kursantları Nicat Səfərov, Ruslan İsayev, Samir Məmmədovun adları xüsusi qeyd olunmalıdırlar.

Onu da əlavə edək ki, hadisə baş verəndən sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xalqa müraciət edərək dərin hüznlə başsağlığı verib, günahsız insanların xatirəsinə ölkədə ikigünlük matəm elan olunub. Dövlət başçısının fərmanı ilə komissiya təşkil edilib, ekspertizaya Milli Elmlər Akademiyasının əməkdaşları, eləcə də dünyanın 12 ölkəsinin mütəxəssisləri cəlb olunub. Nəticə olaraq, hadisə texniki qəza kimi qiymətləndirilib.

Ümummilli lider Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli fərmanı ilə Çingiz Babayevə Milli Qəhrəman adı verilib, kursantlar - 15 yaşlı Nicat Mürvət oğlu Səfərov, hələ 17 yaşı tamam olmamış Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədov “İgidliyə görə’’ medalı ilə təltif olunublar.

Çingiz Babayevin adını əbədiləşdirmək üçün metronun “Ulduz” stansiyasında və C. Naxçıvanski adına hərbi liseydə büstü qoyulub, ali təhsil aldığı Azərbaycan Texniki Universitetinə və yaşadığı binaya xatirə lövhəsi vurulub.

O faciədən 25 il keçməsinə baxmayaraq, Bakı metropolitenində bu tarix unudulmur. Hələ 25 il öncə Ümummilli lider Heydər Əliyevin dediyi kimi, göstərdikləri şücaət onların böyük vətənpərvər olduğunu nümayiş etdirdi.

Bakı metropoliteni igid Vətən oğulları ilə fəxr edir. Ömrünü Vətənə həsr edən övladlarımız, qəhrəmanlarımızın igidlik və şücaət dolu həyat yolu unudulmur, daim ehtiramla yad edilir və yad ediləcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...