Anons

Dünən, 19:11- “Bunun sonu faciə olacaq” - Prezident

Dünən, 16:37- Bu televiziyaya rəhbər gətirildi - FOTO

Dünən, 16:01- Müştərisi “Bank Respublika”dan şikayətçidir - FOTOFAKT

Dünən, 15:23- Kəlbəcərdə yük maşını aşıb - ölən var

Dünən, 14:45- “Titanik”in aktyoru vəfat etdi

Dünən, 12:44- Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır - BU NƏDİ BELƏ?!

Dünən, 12:06- Tələbə ağır qəzada öldü, dostları yaralandı - Foto

Dünən, 11:18- “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT

Dünən, 10:52- "Bütün sosial şəbəkələrdə sizi biabr edəcəm..." - ETİRAZ VAR...

Dünən, 10:48- Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib

Dünən, 10:12- Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir - FOTOFAKT

Dünən, 09:21- Parklarda fəaliyyət göstərən səyyar kababxanalar hansı məmurlarındır? - BU NƏDİ BELƏ?!

30-04-2024, 19:55- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat

30-04-2024, 19:32- `Pomidor oliqarxı`nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

30-04-2024, 18:52- FHN hava ilə bağlı əhaliyə müraciət etdi

30-04-2024, 18:18- Əhali milyonlarla manatını banklardan geri çəkib, yastıq altına "yatırır" - NƏ BAŞ VERİR?

30-04-2024, 15:40- “Access Bank” şəhid atasını məhkəməyə verdi: Kömək edin! - AXI NİYƏ?

30-04-2024, 15:11- Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində satınalma qanunlarının pozulmasına kimlər rəvac verir

30-04-2024, 14:20- Sel suları körpünü uçurdu, sakinlərin torpaq sahəsinə gedən yeganə yol bağlandı... - sakinlər NƏ ETSİN?

30-04-2024, 12:52- "Vüqar Qurbanov deyir ki, xəstələr Bakıya gəlməsin... BƏS HARA GEDƏK?" - NARAZILIQ VAR...

Haqqımızda Əlaqə

BMT Baş Qərargahının qarşısında Gəncə terroruna etiraz aksiyası keçirilib

Tarix:19-10-2020, 10:32

BMT Baş Qərargahının qarşısında Gəncə terroruna etiraz aksiyası keçirilib Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-ın Nyu-York şəhərində icazəli aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Aksiya BMT Baş Qərargahının qarşısında yüzlərlə azərbaycanlının iştirakı ilə baş tutub.

Filadelfiya, Nyu-Cersi, Meyn, Vaşinqton, Virciniya, Karolina və digər ətraf ştatlardan da çoxlu sayda həmvətənimizin qatıldığı aksiyada Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ingilis dilində “Erməni yalanlarına son qoyun!, “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!”, “Uşaqları öldürməyin!”, “Mülki şəxslər toxunulmazdır!”, “Biz ədalət istəyirik!”, “İşğal beynəlxalq sülhə təhlükədir!” kimi şüarlar səsləndirilib.

Çıxış edənlər BMT-dən Ermənistanın təxribatlarını və hücumlarını araşdırmaq üçün komissiya təşkil etməyə, dünya birliyini işğalçı Ermənistana qarşı tədbirlər görməyə çağırıblar. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı, Ermənistanın işğalçı siyasətinə etiraz plakatlarının qaldırıldığı aksiyada Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, cəbhə bölgəsindən uzaqda yerləşən digər yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması diqqətə çatdırılıb.

Aksiya iştirakçıları mülki əhaliyə qarşı törədilən terror cinayətlərini pisləyərək, BMT və beynəlxalq ictimaiyyəti erməni vəhşiliyini qınamağa, ərazi bütövlüyünün bərpası istiqamətində apardığı haqlı mübarizədə Azərbaycanı dəstəkləməyə səsləyiblər.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyektlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...