Anons

Dünən, 17:56- Azər Xudiyev: “Artıq dünya anlayır ki, ermənilər işğalçı, oğru və etibarsız millətdir” — MÜSAHİBƏ

Dünən, 17:37- Azərbaycanda son sutkada 584 nəfər COVID-19-a yoluxub, 128 nəfər sağalıb, 5 nəfər vəfat edib

Dünən, 17:25- Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

Dünən, 16:41- Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənib - FOTO

Dünən, 14:03- Ermənistan sosial şəbəkələrdə Azərbaycan adından əsgərlərimizə yardım adı altında vəsait toplayır

Dünən, 13:36- BNA avtobusların gecikməsinin səbəbini açıqlayıb

Dünən, 12:48- Hərbi əsirlərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilib

Dünən, 11:57- Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır

Dünən, 11:39- Abşeron, Xızı və Qaradağda bərpa olunan enerji stansiyaları tikiləcək

Dünən, 11:02- Ceyhun Bayramovla Mustafa Şəntop arasında görüş keçirilir

Dünən, 10:44- Azərbaycan şahmatçısı dünya ikincisi olub

19-10-2020, 18:33- “Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir

19-10-2020, 13:19- Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ

19-10-2020, 12:58- Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb

19-10-2020, 12:27- İnternet məkanında fişinq saytlarının sayı açıqlanıb

19-10-2020, 11:45- Azərbaycanda yük və sәrnişin daşımaları yanvar-sentyabrda azalıb

19-10-2020, 11:10- DİN vətəndaşları komendant saatı qaydalarına riayət etməyə çağırıb

19-10-2020, 10:32- BMT Baş Qərargahının qarşısında Gəncə terroruna etiraz aksiyası keçirilib

17-10-2020, 13:41- Gəncəyə raket zərbəsi Azərbaycan-Gürcüstan elektrik xəttində qəzaya səbəb olub

17-10-2020, 13:00- Baş Prokurorluq: Ermənilərin ötən gecə Gəncəni raket atəşinə tutması nəticəsində 2 azyaşlı itkin düşüb

Haqqımızda Əlaqə

SN: Bakı məktəblərinin tibb məntəqələrində bir sıra çətinliklər aşkarlanıb

Tarix:15-10-2020, 13:42

SN: Bakı məktəblərinin tibb məntəqələrində bir sıra çətinliklər aşkarlanıb “Məktəblərdə COVID-19 xəstəliyinin qarşısının alınması, tibb məntəqələrində zəruri işlərin düzgün aparılması, sağlamlığın qorunması və eyni zamanda “Xüsusi karantin dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalarının təsdiq edilməsi barədə” 10.09.2020-ci il tarixli 332 nömrəli Qərarının tələblərinin əməl olunmasının araşdırılması məqsədilə Bakı şəhərinin bir sıra rayonlarında (Yasamal, Nəsimi, Binəqədi, Nərimanov və s.) fəaliyyət göstərən məktəblərin tibb məntəqələrində Səhiyyə Nazirliyinin işçi qrupunun üzvləri tərəfindən monitorinqlər aparılıb”.

Bunu Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva deyib. O bildirib ki, aparılmış yoxlamaların nəticəsində məktəblərin tibb heyətləri və eyni zamanda xidməti ərazi uşaq poliklinikaları tərəfindən tibbi xidmətin göstərilməsinin gücləndirilməsi məqsədilə əlavə olaraq həkim pediatrlar və tibb bacıları cəlb edilib:

“Məktəbə gələn hər bir şagird və müəllimə termometriya aparılması, hərarət aşkar olunduğu halda həmin şəxsin xüsusi ayrılmış karantin otağına aparılıb, yerləşdirilir. Bundan sonra bu haqda dərhal məktəbin və ərazi poliklinikasının rəhbərliklərinə, uşaq xəstələnən halda isə onun valideynlərinə məlumat çatdırılır. Bundan əlavə, tibbi məntəqələr spirttərkibli dezinfeksiyaedici məhlullarla təmin edilib, ilkin tibbi yardım üçün nəzərdə tutulmuş dərman preparatları ilə təmin edilməsi də qeyd olunub”.

Sektor müdiri qeyd edib ki, COVID-19 xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqsədilə aparılan işlər üzrə uşaq səhiyyə və təhsil müəsissələrinin rəhbərlikləri arasında qarşılıqlı sıx əlaqəli iş təşkil edilib.

Esmira Hacıyeva bildirib ki, aparılmış yoxlamalar nəticəsində məktəblərin tibb məntəqələrinin iş prosesində bir sıra çətinliklər aşkar olunub. Onun sözlərinə görə, çətinliklərin aradan qaldırılması istiqamətində tapşırıqlar verilib və tibb müəssisələrinin rəhbərliklərinin nəzərinə çatdırılıb:

“Oktyabrın 12-də Bakı şəhər Baş Səhiyyə İdarəsində uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən bütün tibb müəssisələrinin rəhbərliyinin iştirakı ilə geniş iclas keçirilib, aşkar olunmuş çətinliklər haqqında ətraflı məlumat və iş prosesi təşkilinin gücləndirilməsi haqqında tapşırıqlar verilib.

COVID-19 pandemiyası dövründə təhsil müəssislərində oxuyan şagirdlərin ilkin diaqnostikasını məhz məntəqədə çalışan tibb işçiləri həyata keçirir. Odur ki, onların üzərinə kifayət qədər böyük məsuliyyət düşür. Onu da qeyd edim ki, bizim həkim və tibb bacılarımız bu vəzifənin öhdəsindən şərəflə gəlməkdədir”, - deyə Esmira Hacıyeva bildirib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...