Anons

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Dünən, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

17-04-2024, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

17-04-2024, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

17-04-2024, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

17-04-2024, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

17-04-2024, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

17-04-2024, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

17-04-2024, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

17-04-2024, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Haqqımızda Əlaqə

“Azərbaycan gəncliyi və günümüzün reallıqları” - Videokonfrans / FOTO

Tarix:22-09-2020, 21:21

“Azərbaycan gəncliyi və günümüzün reallıqları” - Videokonfrans / FOTO Qaradağ rayon Gənclər və İdman İdarəsi və Qaradağ Gənclər Evinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi və günümüzün reallıqları”mövzusunda Qaradağ rayonunun bir qrup gənclərinin iştirakı ilə videokonfrans formatında görüş keçirilmişdi. Görüşdə 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva da iştirak etmişdir.

Yığıncağı giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov qeyd etdi ki, keçən əsrin 90-cı illərinin əvvəllərində cəmiyyəti təhlükələrə sürükləyən siyasi-iqtisadi, mənəvi-ideoloji böhranlar səbəbindən respublikamızda gənclər siyasəti tamamilə unudulmuşdu. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclər siyasəti dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.

Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev gənclərə geniş meydan verilməsinə, bu təbəqənin zəruri tələbat və ehtiyaclarının ödənilməsinə xüsusi diqqət yetirir. Azərbaycan gənclərinin ayrılmaz tərkib hissəsi olan Qaradağ rayon gənclər təşkilatında da gənclər siyasəti uğurla həyata keçirilir. Rayonda gənclərin mükəmməl təhsil alması, mənəvi-psixoloji və fiziki cəhətdən sağlam böyüməsi, elmi-texniki yeniliklərə mükəmməl yiyələnməsi, idmanın müxtəlif növləri ilə məşğul olması, dövlət qulluğu işlərində onların potensialından səmərəli istifadə edilməsi və bu istiqamətdə həyata keçirilən digər tədbirlər gənclər siyasətinin əsasını təşkil edir.Bu diqqət və qayğının nəticəsində gənclərimiz rayonun iqtisadi və mədəni inkişafında fəal sosial təbəqə kimi iştirak edir, təhsildə və idmanda uğurlu nəticələrə nail olur

Sonra soz Milli Məclisin deputatı Səbinə Xasayevaya verilmişdir. Milıli Məclisin deputatı ğörüş iştirakçilarını salamladıqdan sonra bildirmişdir ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan gənclər siyasəti bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında fəal fəaliyyəti ilə seçilir və ictimai-siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində ciddi rol oynayır. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin vacib qüvvəsinə çevrilib. Azərbaycan dövlətinin gənclər siyasətinin əsas məqsədi intellektual, fiziki cəhətdən sağlam və vətənpərvər gənclər yetişdirməkdir. Ulu öndər Heydər Əliyev ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlar həyata keçirmişdir. Gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmək üçün 1996-cı ildə Azərbaycan gənclərinin ilk forumu keçirildi. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla fevralın 2-si ölkəmizdə Gənclər Günü elan olundu. 2002-ci ildə isə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi dövlətin gənclərə göstərdiyi diqqət və qayğının daha bir göstəricisidir. Sevindirici haldır ki, bu gün Prezident İlham Əliyev tərəfindən gənclər siyasəti uğurla davam etdirilir. Bu gün də gənclər siyasəti Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsində gənclərə böyük inam bəsləyir, onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.

Prezident İlham Əliyev tərəfindən gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın (2005-2009-cu illər) təsdiqi gənclərə dövlət qayğısının artırılmasının göstəricisidir. Həmin sərəncamda gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri bütövlükdə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək, gəncləri daha təşəbbüskar və fəal olmağa təşviq edib.

Gənclər siyasətinin bir istiqaməti də bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, müxtəlif sahələrdə təcrübə mübadiləsinin aparılmasıdır. Bütün bunlar isə elmli, savadlı, yüksək ixtisaslı gənc kadrların yetişdirilməsinə hesablanmış addımlardır.

Elə buna görə də gənclərin yüksək biliyə yiyələnməsi, onların maraqlarının təmin olunması sahəsində ciddi işlər görülüb, Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığı artıb. “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı” gənclərin təhsil səviyyəsinin yüksəldilməsinə diqqətin parlaq nümunəsidir. 2007-ci ildə ölkədə “Gənclər ili” elan olunub, 2008-ci ildə Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəxri sədrliyi ilə Gənclərin Məşğulluğu üzrə IV Dünya Sammiti, Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası keçirilib. Prezident İlham Əliyevin bəyan etdiyi “Neft kapitalının insan kapitalına çevrilməsi” prinsipi istiqamətində görülən tədbirlərin ən böyük təsiri məhz gənclərə olub. Bütün bunların nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm naliyyətlər qazanılıb. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə var gücləri ilə çatdırırlar. Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan sözügedən siyasət gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilmişdir. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmiş, könüllülük hərəkatı genişlənmişdir. 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırmışdır. Son illər Bakıda və regionlarda istifadəyə verilən “Gənclər ev”ləri yetişməkdə olan nəslin maraq dairəsini genişləndirmiş, asudə vaxtın mənalı və səmərəl təşkili üçün yeni imkanlar yaratmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanmış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı bunu deməyə əsas verir ki, ölkə başçısı gənclərin vətənpərvərlik ruhunda, eləcə də innovativ düşüncəli və bilikli yetişməsinə önəm verdiyi kimi, onların ictimai proseslərdə fəal iştirakına da diqqət ayırır.
Son illər gənclər siyasətinə ayrılan diqqət və qayğının nəticəsidir, dövlət siyasətində gənclər sektoru önəmli yerlərdən birini tutur. Bu gün Azərbaycanın gənclər siyasəti nəinki regionda, bütün dünyada müasir və uğurlu model kimi qiymətləndirilir.

Gənclər adından çıxış edən Qaradağ Gənclər Evinin direktoru Natiq İmanov, rayon və şəhər üzrə bədii qiraət müsabiqəsinin qalibi Şəbnəm Feyziyeva , Basketbol üzarə Qaradağ yığma komandasının məşqçisi Aygün Xalıqova və digər gənclər onlara verilən dəstəyə, göstərilən etimada, diqqət və qayğıya görə olkə başçısı İlham Əliyevə minnərdar olduqlarını vurğuladılar.

Tədbirdə çıxış edən diğər gənc fəallar həmçinin Ermənistan hakimiyyətinin ölkəmizə qarşı təcavüzkar siyasətini, onların Dağlıq Qarabağ və işğal olunmuş əzəli torpaqlarımızda qeyri-qanuni məskunlaşdirma aparma, Türkiyə və Azərbaycan xalqlarına qarşı düşmənçilik siyasətini günü-gündən genişləndirməyi, hər iki dəvlətə qarşi yeni ərazi iddiaları ilə çlxış etmələrini və bu məqsədlə müharibə təbliğatı aparmalarını pislədilər. Gənclər bildirdilər ki. Ali Baş Komandan,cənab Prezident İlham Əliyev əmr verdiyi təqdirdə, onlar hər an torpaqlarımızın işğalgan azad edilməsinə tam hazırdırlar.

Deputat Səbinə Xasayeva sonda gəncləri maraqlandıran suallara cavab vermiş, rayon gənclərinin bundan sonra da olkənin və rayonun ictimai-siyasi həyatında fəal iştirak edəcəklərinə, həmişə öndə gedəcəklərinə tam əmin olduğunu bildirmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

“Azərbaycan gəncliyi və günümüzün reallıqları” - Videokonfrans / FOTO
“Azərbaycan gəncliyi və günümüzün reallıqları” - Videokonfrans / FOTO
“Azərbaycan gəncliyi və günümüzün reallıqları” - Videokonfrans / FOTO
“Azərbaycan gəncliyi və günümüzün reallıqları” - Videokonfrans / FOTO
“Azərbaycan gəncliyi və günümüzün reallıqları” - Videokonfrans / FOTO
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...