Anons

26-09-2020, 17:30- Bu gün Bakıda 553 küçə dezinfeksiya edilib

26-09-2020, 16:09- Azərbaycanda son sutkada 108 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 2 nəfər vəfat edib

26-09-2020, 14:22- İstirahət gününün havası açıqlanıb

26-09-2020, 10:08- Bu gündən sentyabrın 28-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək

25-09-2020, 17:30- WEF: 2021-ci ildə Dünya İqtisadi Forumu Davosda keçirilməyəcək

25-09-2020, 16:47- “Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

25-09-2020, 13:18- Prokurorluq Bakıda ərini dərman verib yatızdıraraq öldürən qadınla bağlı məlumat yaydı

25-09-2020, 12:31- Bakıda məktəbəhazırlıq qruplarına 27 mindən çox uşaq cəlb olunacaq

25-09-2020, 12:05- Müfəttişlik: İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir

25-09-2020, 11:46- Azərbaycan Kubada səfirlik açacaq

25-09-2020, 10:22- Bu ilin 8 ayında 10113 nəfərə yaşa görə pensiya elektron qaydada təyin olunub

24-09-2020, 18:53- Millət vəkili Səbinə Xasayeva gənc yazıçı Leyla Şahla görüşdü

24-09-2020, 15:55- Azərbaycan Novosibirsk vilayətindən buğda idxal edən ölkələrin ilk beşliyinə daxil olub

24-09-2020, 13:40- Sabah 29 dərəcə isti olacaq

24-09-2020, 13:07- “Xəzərin dalğaları” festivalı çərçivəsində növbəti ustad dərsi təşkil olunacaq

24-09-2020, 12:38- Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

24-09-2020, 11:51- Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

24-09-2020, 11:22- Azərbaycanda su istehlakçılarının istifadəsinə yeni veb-sayt verilib

24-09-2020, 10:33- "S&P": Qlobal avtomobil satışları bu il 20% azalacaq

23-09-2020, 13:20- Azərbaycanda doğum və ölümün dövlət qeydiyyatı elektron qaydada həyata keçiriləcək

Haqqımızda Əlaqə

Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

Tarix:13-08-2020, 15:47

Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür Bu gün Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 24 il keçir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, ən müasir radio-televiziya avadanlıqları ilə təchiz olunmaqla, respublikamızda radio-televiziya yayımının, kosmik, yerüstü radio rabitənin təşkilində önəmli vəzifəni yerinə yetirən Kompleks Ulu Öndər Heydər Əliyevin iştirakı ilə 13 avqust 1996-cı ildə istifadəyə verilib.

Qeyd edək ki, 1956-cı ildə istismara verilmiş ilk Televiziya qülləsi sonradan yeni texnoloji tələblərə cavab vermədiyi üçün müasir əsaslarla keyfiyyətli radio-televiziya yayımının təşkilində çətinliklər yaradırdı. Bu səbəbdən Bakı Teleqüllə Kompleksi layihələndirilərək 1981-ci ildə tikintisinə başlanıldı. Layihəyə əsasən, tikinti işləri 1985-ci ildə başa çatdırılmalı idi. Lakin keçmiş SSRİ-ni əhatə edən maliyyə böhranı, tikinti zamanı iqlim şəraitinin nəzərə alınmaması, sonda SSRİ-nin dağılması və digər müxtəlif səbəblərdən tikinti işləri yarımçıq qaldı.

Ölkəmiz müstəqillik qazandıqdan sonra Ümummilli Lider Heydər Əliyevin müvafiq göstərişləri əsasında yarımçıq qalmış tikinti başa çatdırıldı və Bakı Teleqüllə Kompleksi istifadəyə verildi.

Tikintisi paytaxtın ən hündür nöqtəsində aparılmış Teleqüllə şəhərin istənilən nöqtəsində və relyefdən asılı olaraq Bakı ətrafında 70-80 km radiusda radiodalğaların inamlı qəbuluna imkan yaradır.

Tikinti sahəsi daxil olmaqla 6 hektar ərazini əhatə edən Bakı Teleqüllə Kompleksinin hündürlüyü 310 metr təşkil edir. Kompleks Azərbaycanda ən hündür tikilidir və dünyada olan teleqüllələr arasında hündürlüyünə görə 34-cü yerdədir.

Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli 91 nömrəli qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasında mühafizə olunmalı, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”na Bakı Teleqüllə Kompleksi də daxil edilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...