Anons

Bu gün, 17:30- WEF: 2021-ci ildə Dünya İqtisadi Forumu Davosda keçirilməyəcək

Bu gün, 16:47- “Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

Bu gün, 13:18- Prokurorluq Bakıda ərini dərman verib yatızdıraraq öldürən qadınla bağlı məlumat yaydı

Bu gün, 12:31- Bakıda məktəbəhazırlıq qruplarına 27 mindən çox uşaq cəlb olunacaq

Bu gün, 12:05- Müfəttişlik: İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir

Bu gün, 11:46- Azərbaycan Kubada səfirlik açacaq

Bu gün, 10:22- Bu ilin 8 ayında 10113 nəfərə yaşa görə pensiya elektron qaydada təyin olunub

Dünən, 18:53- Millət vəkili Səbinə Xasayeva gənc yazıçı Leyla Şahla görüşdü

Dünən, 15:55- Azərbaycan Novosibirsk vilayətindən buğda idxal edən ölkələrin ilk beşliyinə daxil olub

Dünən, 13:40- Sabah 29 dərəcə isti olacaq

Dünən, 13:07- “Xəzərin dalğaları” festivalı çərçivəsində növbəti ustad dərsi təşkil olunacaq

Dünən, 12:38- Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Dünən, 11:51- Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır

Dünən, 11:22- Azərbaycanda su istehlakçılarının istifadəsinə yeni veb-sayt verilib

Dünən, 10:33- "S&P": Qlobal avtomobil satışları bu il 20% azalacaq

23-09-2020, 13:20- Azərbaycanda doğum və ölümün dövlət qeydiyyatı elektron qaydada həyata keçiriləcək

23-09-2020, 12:26- Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib

23-09-2020, 11:33- Azərbaycanda "İnnovasiyalar Həftəsi" keçiriləcək

23-09-2020, 10:10- ÜST: Uşaqlarda koronavirusa yoluxma göstəricisi ümumi yoluxmanın 8.5 %-ni təşkil edir

22-09-2020, 21:21- “Azərbaycan gəncliyi və günümüzün reallıqları” - Videokonfrans / FOTO

Haqqımızda Əlaqə

Bakıda çimərlik mövsümünün açılışı olub

Tarix:5-08-2020, 11:50

Bakıda çimərlik mövsümünün açılışı olub "Bakı Şəhər və Rayon İcra hakimiyyətlərinin struktur qurumlarının nümayəndələrindən təşkil edilmiş qruplar tərəfindən paytaxtın rayonlarındakı bütün ictimai və özəl çimərliklərə, istirahət mərkəzlərinə baxışlar keçirilib".

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov deyib.

Onun sözlərinə görə, bununla əlaqədar çimərliklərə şəhər və rayon icra qurumlarının nümayəndələrindən məsul şəxslər təhkim edilib: "Hər bir çimərlik operatoru tərəfindən də cavabdeh ayrılıb. Karantin şəraiti nəzərə alınaraq çimərliklərdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal və könüllülər təlimatlandırılıb. Çimərliklərdə işarələnmə, nişanlanma, lentlərlə məhdudlaşma aparılıb. İşçi personal tərəfindən sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmiziyə riayət edilməsi ilə bağlı vətəndaşlara səsgücləndiricilər vasitəsi ilə mütəmadi xəbərdarlıq ediləcək".

E.İmanov ərazilərin dezinfeksiyası və tullantıların daşınması məsələlərinin həll edildiyini də diqqətə çatdırıb: "Kommunal xidmətlərin işçiləri xüsusi rejimdə çalışaraq tullantıların vaxtında daşınmasını təmin edəcəklər. Hər bir çimərlikdə tullantıların və tibbi maskaların atılması üçün ayrı-ayrı konteynerlər qoyulub, dezinfeksiyaedici məhlullar olan guşələr yaradılıb".

E. İmanov yay mövsümü başa çatana kimi çimərliklərin fəaliyyətinin Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəlaqə Hallar Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanacağını vurğulayıb: "Burada görülən bütün işlərin əsas məqsədi vətəndaşlarımızı xəstəliyə yoluxmaqdan qorumaqdır. Buna görə də icra qurumları nümayəndələri tərəfindən bütün lazımı tədbirləri görülür. Lakin ən əsas məsələ vətəndaşlarımızın üzərinə düşür. Onlar diqqətli olmalı, pandemiyadan özlərini və ailə üzvlərini qorumaq üçün mövcud qaydalara ciddi riayət etməlidirlər. Çimərliklərdə insan sıxlığı adi vaxtlara nəzərən yarıbayarı endirilib. Hər çimərliyin ərazisinə tutumuna uyğun olaraq insanların gəlişi tənzimlənəcək. Bunun üçün vətəndaşlar “ASAN Xidmət”in portalına daxil olaraq müvafiq məlumatları əldə edə biləcəklər. Çimərlik mövsümünün açılması o demək deyil ki, pandemiya artıq bitib, bu səbəbdən də nəzarətsiz çimərliklərə gedən vətəndaşlara da ehtiyatlı olmağı tövsiyə edirik, çünki bununla özlərini və ailələrini təhlükəyə ata bilərlər".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...