Anons

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Haqqımızda Əlaqə

Operativ Qərargah koronavirusla bağlı mobil tətbiq yaratdı – FOTO - VİDEO

Tarix:19-06-2020, 22:08

Operativ Qərargah koronavirusla bağlı mobil tətbiq yaratdı – FOTO - VİDEO Azərbaycanda koronovirus (COVİD-19) pandemiyasının qarşısının alınması məqsədilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) dəstəyi ilə koronovirus infeksiyasının ölkəmizdə yayılması statistikasını əks etdirən və vətəndaşları mütəmadi olaraq məlumatlandıran “e-Təbib” adlı mobil tətbiq hazırlanıb.

1news.az-ın məlumatına görə, mobil tətbiq hazırlanan zaman beynəlxalq təcrübədən geniş istifadə edilib. Böyük Britaniyanın “Covid Symptom Tracker”, Sinqapurun “TraceTogether”, Stanford Universitetinin “Covid Watch”, İsrailin “HaMagen” və digər ölkələrin (Cənubi Koreya, ABŞ, Çin) mobil tətbiqlərinin işləmə texnologiyaları, məlumatlandırma sistemləri və pandemiya dövründə preventiv addımların həyata keçirilməsi imkanları təhlil edilib.

Aparıcı təcürübələrə əsaslanaraq hazırlanan mobil tətbiqin inkişafı bir neçə mərhələni əhatə edir. Mobil tətbiq hazırlanarkən Covid-19 pandemiyasına aid olan bütün mobil tətbiqlərə Google və Apple şirkətləri tərəfindən uyğulanan ciddi prosedur qaydalarına riayət edilib, texniki və təhlükəsizlik tələbləri yüksək səviyyədə həyata keçirilib.
Hazırkı versiyada mobil tətbiq:

- Koronovirus infeksiyasına yoluxmuş, sağalmış və müayinə olmuş şəxslərin gündəlik statistikası ilə yanaşı,

- Nazirlər Kabinetin müəyyənləşdirdiyi qaydaları,

- Operativ Qərargahın xəbərlərini,

- Profilaktik tədbirləri,

- Qaynar xətt nömrələrini,

- Bluetooth texnologiyası vasitəsilə xəstə insan ilə sağlam şəxslər arasında olan əlaqənin müəyyənləşdirilməsini və müvafiq tədbirlərin görülməsini,

- Digər faydalı və zəruri məlumatları gündəlik rejimdə vətəndaşlarımıza təqdim edir.

Bluetooth texnologiyasının imkanlarından istifadə edərək mobil tətbiq istifadəçilərinin ünsiyyətdə olmuş insanlardan biri koronovirusa (COVİD-19) yoluxduğu halda və bu məlumat (testin nəticəsi olaraq) TƏBİB tərəfindən əldə edildikdə, mobil tətbiq istifadəçisi xəbərdalıq (notification) alacaq və testdən keçməyi və ya şəxsi izolasiya rejimini tətbiq etməyə dəvət ediləcək.

İnfeksiyaya yoluxmuş şəxsin adı mobil tətbiq istifadəçilərinə təqdim edilmir. Bütün məlumatlar TƏBİB-in vahid test bazasından götürülür və keçirilmiş testlərə uyğun olaraq vətəndaşlara məlumat göndərilir.

Qeyd edək ki, növbəti həftələr ərzində mobil tətbiq təkmilləşdirilərək, İcbari Tbbi Sığorta üzrə Dövlət Agentliyinin koronovirus üzrə laboratoriya analizləri haqqında məlumatın birbaşa mobil tətbiqə alınmasını nəzərdə tutur. E-Təbib mobil tətbiqində vətəndaş şəxsiyyət vəsiqəsinin FİN-ini və laboratoriya analizinin kodunu daxil etməklə özünə aid nəticələri dərhal əldə edə biləcək.

Tətbiqə necə qoşulmalı?

Tətbiqi asanlıqla telefonunuza yükləyə bilərsiniz:

- İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “E-Tabib” və ya “E-Təbib” yazaraq smartfonunuza endirin;

- Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin;

- SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edin;

- Bluetooth qurğusunu işə salın.

“E-Təbib” tətbiqi mobil telefon nömrənizdən başqa heç bir şəxsi məlumatınızı toplamır.

Mobil tətbiqin yüklənmə qaydası ilə burada tanış ola bilərsiniz.

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...