Anons

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Haqqımızda Əlaqə

Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

Tarix:8-05-2020, 12:03

Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES Yenixeber.org: Deputat Vahid Əhmədov zamanında dövlət satınalmaları ilə bağlı narahatlığını belə bildirmişdi: "Neçə ildir biz Milli Məclisin iclaslarında dövlət satınalmaları ilə bağlı məsələrə toxunuruq ki, burada şəffaflıq yoxdur, tenderlər keçirilmir, müəyyən qurumlar birbaşa satınalmalarla məşğul olurlar, amma bu yenə də təkrar olunur".

Onun sözlərinə görə, burada çox ciddi qərarların qəbul edilməsinə ehtiyac var.

“Satınalmalar ilə məşğul olan bütün icra hakimiyyəti orqanları özləri tendersiz bütün məsələləri necə istəyir həll edir. Nöqsanlar həddindən artıq çoxdur. Yenə də tenderlər keçirilmir, Tender Komissiyasının təyinatında müəyyən insanları daxil edirlər”.

Hörmətli Vahid Əhmədovdan sitatımız səbəbsiz deyil... Bugünlərdə yenixeber.org-a Vahid müəllimin Milli Məclisdə təmsilçisi olduğu rayondan, daha dəqiq desək, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Quba Suvarma Sistemləri İdarəsində büdcə vəsaitinin xərclənməsi ilə bağlı maraqlı məlumatlar daxil olub. Məlumata görə Quba Suvarma Sistemləri İdarəsinin üç lot üzrə elan etdiyi tenderin qalibi Mirzəyev Ceyhun Seyidağa oğlu olub. Ötən ayın 20-də tərəflər arasında müvafiq olaraq üç müqavilə bağlanıb: 1) Dəyəri 297506 manat olan cari təmir üzrə mal-material alınması üçün. 2) Dəyəri 149251 manat olan nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınması üçün. 3) Dəyəri 165436 manat olan əsaslı təmir-tikinti üçün mal-material alınması üçün.

Göründüyü kimi, bir yerli idarə üçün heç də xırda məbləğ deyil. Olsun, görünür Quba Suvarma Sistemləri İdarəsinin yerli fermerlərə xidməti üçün bu alqı-satqılar vacibdir. Amma, söhbət dövlət vəsaitinin xərclənməsindən gedirsə şəffaflıq, cəmiyyətə açıqlıq da vacibdir. Unutmayaq ki, son zamanlar ən yüksək səviyyədə korrupsiya, rüşvətxorluq və dövlət vəsaitinin mənimsənilməsinə qarşı mübarizəyə şahidlik edirik. Son zamanlar serial şəkilini alan məmur həbsləri də siyasi hakimiyyətin iradəsinin inkaredilməz nümunələrindəndir. Dünyada, eləcə də Azərbaycanda mövcud maliyyə-iqtisadi durum problemin aktuallığını stimullaşdıran başlıca faktordur.

Büdcə vəsaitinin mənimsənilməsi isə bir qayda olaraq müxtəlif adlı tenderlərdən keçir... Hansı ki, ekspertlər də, media da bu tenderlərdəki müəmmaları dəfələrlə şərh edib, ictiamiləşdirib.

***

Quba Suvarma Sistemləri İdarəsinin bu məbləğdə dövlət vəsaitini hansısa bir fiziki şəxsə etibar etməsi bir sıra suallara yol açır. Axı bu sahədə illərlə təcrübəsi, potensialı olan ixtisaslaşmış şirkətlər də yox deyil...

Dövlət satınalamaları haqqında qanundan da məlum olduğu kimi müsabiqənin qalibi olan tərəfin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olanın analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır. Həmçinin qalib şirkətin təsis olunmasından 3 il zaman ötməsi də şərtlər sırasında yer alır.

Bəs Quba Suvarma Sistemləri İdarəsinin üç lot üzrə müqavilə bağlayıb, dövlət vəsaitini etibar etdiyi Mirzəyev Ceyhun Seyidağa oğlu gərəkən tələbləri qarşılamağa nə dərəcədə hazırdır?

Biz də bu və digər suallara cavab almaq səbəbindən hörmətli Mirzəyev Ceyhun Seyidağa oğlu ilə əlaqə yaratmağa çalışdıq. Belə bir müsabiqənin qalibi olub, heç də az olmayan dövlət vəsaitinə iddialı bir şəxs haqqında internet üzərindən axtarış cəhdlərimiz nəticəsiz oldu. Heç bir əlaqə vasitəsinə rast ola bilmədik(?)

İnternet üzərindən heç bir əlaqə vasitəsinə rast olunmayan şəxslə əməkdaşlığın bəzi detallarına aydınlıq gətirmək istəyi ilə 16 gün əvvəl-aprelin 23-də- Quba Suvarma Sistemləri İdarəsinin rəisi cənab Nazir Dadaşova online sorğu ünvanladıq. Təəssüf ki, o gündən bu günə sorğumuza cavab ala bilmədik. Telefon cəhdlərimiz də nəticəsiz oldu...

Məlum qayda və prinsiplərə uyğun olaraq Nazir Dadaşova ünvanladığımız sorğunun cavabsız qalması bu məbləğdə dövlət vəsaitinin hansısa bir fiziki şəxsə etibar edilməsi ilə bağlı sıralanan sualların sayını artırmış oldu. Şübhə etmirik ki, cənab Dadaşov da dövlət vəsaitinin xərclənməsində şəffaflığın təmin olunmasını və cəmiyyətə hesabat verməyə borclu olduğunu bilməmiş deyil... (Yenixeber.org)
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...