Anons

28-05-2020, 10:09- Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı tamam olur

26-05-2020, 18:41- Sosial Psixoloq Aytac Çingizqızı boşanmalar barədə danışdı

26-05-2020, 16:08- Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

5-05-2020, 13:27- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi Rəyasət Heyyətinin vatcap və FB üzərindən növbəti onlayn toplantısı keçirildi.

5-05-2020, 13:21- Ceyhun Zeynallı niyə həbs olunub?-Rəna Ağarzayeva 397 min manatı kimə və niyə verib?

Haqqımızda Əlaqə

Ceyhun Zeynallı niyə həbs olunub?-Rəna Ağarzayeva 397 min manatı kimə və niyə verib?

Tarix:5-05-2020, 13:21

Ceyhun Zeynallı niyə həbs olunub?-Rəna Ağarzayeva 397 min manatı kimə və niyə verib? Ötən ilin aprelin 3-də prezident İlham Əliyev "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalamışdı. Həmin Fərmanın preambulasında deyilirdi: "Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir”. Bu zərurətin nəticəsi olan Fərmanın ilk bəndində isə yazılırdı: "Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər”.

Prezidentin bu fərmanına məhkəmə sədrlərinin və hakimlərinin nə dərəcədə əməl etdiyini söyləmək çox çətindir. Ancaq Nərimanov rayon Məhkəməsinin hakimi Samir Əlibala oğlu Məmmədovun 20 fevral 2020-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi Şöhrət Mehdi oğlu Hüseynovun və Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Tahir Sabir oğlu İsmayılovun iştirakı ilə çıxardığı qərar prezidentin 3 aprel 2019-cu il tarixli fərmanın tələblərinə cavab vermir.

Hakim Samir Məmmədovun 20 fevral 2020-ci il tarixli qərarı ilə Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Ceyhun Şahin oğlu Zeynallı barəsində həbs qətimkan tədbiri seçilib. Həbsdə saxlama müddəti isə 19 fevraldan hesablanmaqla 18 iyun 2020-ci il tarixə kimi müəyyən edilib. Ceyhun Zeynallı hansı böyük günahda və yaxud dəhşətli cinayət əməlində təqsirləndirilir ki, onun barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib? Bu suala cavab tapmaq çox çətindir.

Ceyhun Zeynallı 201900094 saylı cinayət işi üzrə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirləndirilir.

Cinayət Məcəlləsinin 178-i maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hallarına hüquqi qiymət verilməsini təmin etməyə yönəlib. Maddənin 3.2. bəndi isə bu əməlin külli miqdarda ziyan vurmaqla törədilməsi hallarını əhatə edir. Ceyhun Zeynallının belə bir ağır maddə ilə təqsirləndirilən əməl törədib-tərətmdiyinə bir qədər aşağıda aydınlıq gətirəcəyik.

Hələlik isə onu qeyd edək ki, Cinayət Məclləsinin 178-ci maddsinin 4-ü bəndində deyilir: "Bu Məcəllənin 178.1—178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Buradan çıxan qənaət ondan ibarətdir ki, Ceyhun Zeynallının təqsiri sübut olunsa 31 yaşlı, əvvələr məhkum olunmamış bir şəxs ömrünün uzun bir hissəsini məhbəsdə keçirməli olacaq. Hörmətli oxucu burada deyə bilər ki, ağır cinayət tərədənlərin ömürlərinin uzun bir hissəsini həbsdə keçirmələri tam ədalətdlidir. Oxucu bu rəyində haqlıdır. Ceyhun Zeynallının ömürün uzun bir hissəsini zindanda keçirməsinə səbəb olacaq əməl törətmədiyindən bir qədər aşağıda bəhs edəcəyik. Hələlik isə onu qeyd edək ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarın ilk bəndində deyilir: "Qeyd edilsin ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) IX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir”.



Bütün bu hüququ nüansları ona görə geniş şəkildə qeyd edirik ki, Ceyhun Zeynallının üzləşdiyi vəziyyətə tam aydınlıq gətirək. Qeyd edək ki, Ceyhun Zeynallı Ağarzayeva Rəna Əvəz qızı adlı bir xanımın iddiası əsasında istintaqa cəlb olunub və Nərimanov rayon Məhkəməsinin hakimi Samir Məmmədovun çıxardığı qərarla barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.



Ağarzayeva Rəna Əvəz qızının şiakyəti əsasında 201900094 saylı cinayət işin başlanmasına səbəb bu xanımın 397 (üçyüz doğsan yeddi) min manatın mənimsənilməsi haqqında iddiasıdır. Rəna Ağarzayevanın şikayəti əsasında başlanmış cinayət işi üzrə məhkəməyə göndərilən təqdimatda deyilir ki, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə əri Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqsəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2017-i ilin əvvələrində "İnstagram” sosial şəbkəsində "baxıcı” adlı səhifə açaraq özünü Maya, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan Dmitri adlı baxıcı kimi təqdim edib, kart vasitsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanmış, bu məqsədlə Şəfəq İsmiyeva ona müracit etmiş Rəna Əvəz qızı Ağarzayevann etibarından sui-istifadə edərək 2017-ci ilin ortalarından 2020-ci ili əvvələrinə kimi 397 min manatı mənimsəyib. Rəna Ağarzayeva 397 min manatının mənimsənilməsi ilə bağlı şikayəti əsasında başlanmış cinayət işi üzrə məhkəməyə göndərilən təqdimata görə Şəfəq İsmeyeva R.Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu ediliyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə ilə Rusiya Federasiyasında yaşayan "Dmitri” adlı baxıcınının da köməyindən istifadə olunacağını bildirib,yalan vəd verməklə onu aldadaraq 2017-ci ilin ortalarından 2020-ci ili əvvələrinə kimi 397 min manatın mənimsəyib.



Şəfəq İsmiyeva Ceyhun Zeynallının həyata yoldaşı kimi göstərilsə də, sənədlərdən göründüyü kimi onlar ayrı-ayrı soyad daşıyırlar. Bu məqam üzrə araşdırma zamanı məlum oldu ki, Ceyhun Zeynallı çox qısa bir müddət ərzində Şəfəq İsmiyeva ilə ailəli olub.Onları nigahı uğursuz olub və ayrılıblar. Ancaq onlar bu gün ər-arvad kimi təqdim olunur ki, bu da fikirləri çaşdırmağa xidmət edir.

Ceyhun Zeynallının həbsinə səbəb olmuş cinayət işində müəmmalı, sual doğuran məqam yalnız bundan ibarət deyil. Üç il müddətində sosial şəbəkədən tanıdığı bir şəxsə 397 min manat pul verən qadının kimliyi çox maraqlıdır.

Koranavirus pandemiyasının daha ağır nəticələrə səbəb olmasının qarşısını almaq üçün elan olunmuş karantin günlərində dövlətin imkanı zəif olan 600 min insana 190 manat birdəfəlik ödəmə etdiyi , bütövlükd 2 milyona yaxın insanın bu yardımı almaq üçün müraciət etdiyi 10 milyon əhalisi olan bir ölkədə "baxıcı”ya 397 min manat pul verən qadının kimliyi çox maraq doğuran məsələdir. Hələlik açıqlanmasını uyğun hesab etdiyimiz məlumat ondan ibarətdir ki, Rəna Əvəz qızı Ağarzayeva 1976-cı ildə Cəlilabad rayonunda anadan olub. Hal-hazırda Bakı şəhərində yaşayan Rəna Ağarzayeva Sənan Məhərrəm oğlu Ağarzayev adlı şəxslə ailəli olduğu da bu xanımla bağlı əldə edə bildiyimiz məlumatdır. Doğrudur, bir çox başqa məlumatlar da əldə etmişik. Ancaq onları hələlik açıqlamağı uyğun hesab etmirik.

Çoxlu müəmmalı məqamalar olan, Ceyhun Zeynallıının bu gün həbsdə olmasına səbəb olan bu ilginc cinayət işində adı keçən şəxslər, onların arasında baş vermiş olaylar və bir çox başqa məqamlarla bağlı araşdırmalar aparırıq. Həmin araşdırmaların istintaqın həqiqəti üzə çıxarmasına yardım edəcəyini düşünürük. Buna görə də bu mövzu il bağlı yazıları davam etdirəcyik.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...