Anons

Dünən, 18:07- Şamaxı ağsaqqalları Prezidentə MÜRACİƏT ETDİ

28-05-2020, 10:09- Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı tamam olur

26-05-2020, 18:41- Sosial Psixoloq Aytac Çingizqızı boşanmalar barədə danışdı

26-05-2020, 16:08- Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

5-05-2020, 13:27- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi Rəyasət Heyyətinin vatcap və FB üzərindən növbəti onlayn toplantısı keçirildi.

Haqqımızda Əlaqə

NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video

Tarix:1-04-2020, 17:07

NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR.

NAXÇIVANDA- DUZDAĞ FİZİOTERAPİYA
MƏRKƏZİNDƏ KARANTİNƏ ALINAN
SOYDAŞLARIMIZ YARADILAN
ŞƏRAİTDƏN RAZILIQ EDİRLƏR.


Dünyanı lərzəyə gətirən Koronovirus pandemiyası xaricdə təhsil alan tələbələrimizi və azərbaycandan kənarda olan bir çox soydaşlarımızı vətənə qayıtmasına məcbur etdi.
Bu gün dünyanın bir çox ölkələrində yüzlərlə soydaşımız vətənə gəlməkdə davam edir vəyaxud da vətənə qayıtmaq üçün dövlətimizin dəstəyini gözləyir.

NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video
NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video


Digər ölkələrdən fərqli olaraq, soydaşlarımız qardaş Türkiyədən daha tez vətənə dönə bildilər. Bunlar bir çox yollardan istifadə etdilər, o cümlədən Naxçıvan MR-dan da, keçməklə Bakı şəhərinə gedənlər az olmadı.
Sonuncu dəfə Naxçıvandan Bakı şəhərinə getmək istəyən 160 nəfər soydaşımız Naxçıvan MR-da karantinə alındılar. Naxçıvandakı dünya şöhrətli “Duzdağ Fizioterapiya Mərkəzi”ndə yerləşdirilən soydaşlarımızın əksəriyyəti tələbə olsalar da, içərilərində orta yaşlı insanlar da, vardır. Son zamanlar sosial şəbəkələrdə sözügedən mərkəz haqqında qeyri-etik fikirlər səsləndirildiyi üçün bu barədə, Naxçıvanlı jurnalist kimi mən də, öz fikirlərimi yazmışdım. Duzdağ kompleksinin nə qədər məşhur olması, hələ SSRİ dövründə belə, yüksək çinli məmurların burada müalicə almasından və ümumiyyətlə sanatoriya kimi bu kompeksin çox yaxşı yer olduğundan ətraflı bir məqalə yazmışdım. Sosial şəbəkələrdə paylaşım edən zaman həmin məqalənin altında bir cavan oğlanın şərhi mənim diqqətimi daha çox çəkmişdi. Belə ki, o yazmışdı ki, siz özünüz orada olmusunuzmu, gənclərin hansı şəraitdə yaşamağını öz gözlərinizlə görmüsünüzmü?

NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video
NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video


Əslində bu gəncin fikirləri məni çox düşündürdü və mən qərara gəldim ki, belə bir ağır gündə hökmən Naxçıvana getməliyəm. Bu gün mən “Duzdağ fizioterapiya mərkəzində” yerləşdirilən, karantin müddətinin yeddi gününü yaşamış soydaşlarımızla görüşdüm. Jurnalist fəaliyyətinə xələl gətirilməsini istəmədiyim üçün mərkəzdəki tələbələrə xəbərdarlıq etmədən, üzr istəyib onlara yaxınlaşdım. Nahar fasiləsinə az qalırdı. Gənclərin çoxu ilə çay, şirniyyat süfrəsi arxasında söhbətləşdik. Tələbələrin əksəriyyəti Naxçıvandakı qonaqpərvərlikdən, mərkəzdəki yaxşı şəraitdən ağızdolusu danışaraq, Naxçıvan MR-sı rəhbərliyinə, yaradılan şəraitə görə bizim vasitəmizlə minnətdarlıqlarını bildirdilər. Söhbət etdiyim gənclərin bəzilərinin fikirlərini videolentə də, aldım. Yazının sonunda oxucularımız video ilə də, tanış ola bilərlər. Lakin bəzi vətəndaşlarımız, xüsusən də, xanımlar mətbuatda görsənmələrini istəmədiklərini bildirsələr də, öz fikirlərini kamera arxasında bizimlə bölüşdülər.

NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video
NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video


Gənc xanımlardan biri mənimlə söhbətinə belə başladı: bu mərkəzin baş həkimi Heyran Qazıbəyova bizlərə ana, bacı nəvazişi göstərir, axı bu onun vəzifə borcu deyil, bu Naxçıvanlıların qonaqpərvərliyidir. Biz buraya yerləşdiyimiz gündən sanki xaricdən gələn bir nümayəndə heyətini qarşıladılar. Hər gün bizləri üç dəfə isti yeməklə, maska, əlcək və digər tibbi ləvazimatla təmin edirlər. Naxçıvan MR-sı Ali məclisinin sədri Vasif Talıbov cənablarına xüsusi minnətdarlığımızı bildiririk. Biz sevinirik ki, nə yaxşı Naxçıvanda karantinə alındıq. Başqa regionlarda karantinə alınanların sosial şəbəkələrdə paylaşımlarına baxdıq, buranı onlarla müqayisə etməyə adamın dili belə gəlmir. Siz gələndə həyətdə dayanan polislərin necə məsuliyyətlə öz işlərinə yanaşdığının şahidi oldunuz. Onlar bizimlə o qədər mədəni rəftar edirlər ki, istər-istəməz qürur duyursan.

NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video
NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video


Tibb personalı, içəridə işləyən digər işçilər, mühafizəçilər və s. bizə çox səmimi davranırlar. Biz bu cür yanaşmanı yalnız Naxçıvanda gördük və bizə çox xoş oldu. Hesab edirik ki, bütün bu nümunəvi işlərin başında Naxçıvanın rəhbəri dayanır.
Daha sonra cavanlardan birinin mənə yaxınlaşaraq, Naxçıvanın nə dadlı pendiri varıymış deməsi, onunla da, xeyli söhbətləşməyimizə gətirib çıxardı. Və məlum oldu ki, Duzdağ fizioterapiya mərkəzindəki şərait onların ürəyincədir.
Bəli, bu gün şəxsən özüm duzdağda olaraq, yaradılan şəraitlə yaxından tanış olmağım və bunu mətbuatda qeyd etməyim, hesab edirəm ki,

NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video
NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video
NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video


Naxçıvana qarşı bəzi adamların qısqanclığına və ümumiyyətlə şər kompaniyasına son qoyacaqdır.

NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video
NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video
NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video


Naxçıvanda bütün sahələrdə şəffaflıq görünən tərzdədir. Buna bir daha bu gün, əyani şahid oldum. Belə ki, jurnalist kimi mənim sərbəst işləməyimə heç kim mane olmadı və mən “Facebook” sosial şəbəkəsi vasitəsi ilə “Duzdağ Fizioterapiya Mərkəzi”ndən canlı bağlantı etdim. Naxçıvanda karantinə alınan soydaşlarımız üçün yaradılan şərait haqqında bəzəkli sözlərlə deyil, canlı-canlı və olduğu kimi məlumat verdim. Hesab edirəm ki, buradakı gənclərin valideyinləri də, canlı bağlantıdan sonra, Naxçıvanda hər şeyin yüksək səviyyədə olduğunu öz gözləriylə görə bildilər.
Bu gün Naxçıvanda gördüyüm hər bir hərəkət, koronovirusla mübarizə tədbirləri, mənə onu deməyə əsas verdi ki, bu vəziyyətdə də, Naxçıvan MR-sı məsuliyyətli olmasıyla daha çox seçildi.

Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.

NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video
NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video


скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...