Anons

Dünən, 13:30- Xüsusi karantin rejimi tətbiq olunan 16 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmənin verilməsi başa çatdırılıb

Dünən, 12:19- Pandemiyadan zərər çəkmiş sahibkarlara veriləcək 300 milyon manatadək kreditlər dövlət zəmanəti ilə təmin ediləcək

9-07-2020, 14:22- Azərbaycanda Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb

9-07-2020, 12:16- İyulun 1-dək 120 min şəxsə elektron qaydada fərdi hesab açılıb

9-07-2020, 11:41- Prezident İlham Əliyev Bakıda yarımstansiyasının açılışında iştirak edib

9-07-2020, 10:38- Dünyada koronavirusa yoluxanların sayı 12 milyon nəfəri keçib

8-07-2020, 13:50- Bakıda tədrisi digər dillərdə olan bölmələrin I sinfə qəbul üçün məktəb seçiminə başlanılıb

8-07-2020, 12:27- Azərbaycan şahmatçısı Qran-Pridə dünya çempionu ilə oynayacaq

8-07-2020, 11:45- AQTA: Yay aylarında qida zəhərlənmələrinə daha çox təsadüf edilir

8-07-2020, 10:20- Bakının rabitə operatoru 3 min LTE modem alır

7-07-2020, 14:13- ETSN durğun hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

7-07-2020, 12:28- "Google" və "Deutsche Bank" əməkdaşlıq edəcək

7-07-2020, 11:50- Avropada tarix yazan məşqçilərin adı açıqlanıb: Fatih Terim ən çox uduzan mütəxəssisdir

6-07-2020, 14:32- Dövlət Turizm Agentliyi: Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər

3-07-2020, 17:15- Bakıda koronavirusa yoluxma ən çox Binəqədi rayonundadır

3-07-2020, 16:42- Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq

3-07-2020, 12:36- Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

3-07-2020, 11:24- İyulun 4-də Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

3-07-2020, 10:09- ÜST: Hazırda 17 koronavirus peyvəndi klinik sınaq məshələsindədir

2-07-2020, 20:12- Sərt karantin rejimi uzadıldı - Rayon və şəhərlərin sayı artırıldı

Haqqımızda Əlaqə

Sürücü yol polisinin videosunu yaydı: söyülən özü oldu - VİDEO

Tarix:24-03-2020, 20:00

Sürücü yol polisinin videosunu yaydı: söyülən özü oldu - VİDEO Vaqif Əsədov: "Sürücü məsuliyyətdən yayınmaq üçün bu hərəkəti edib"

Sosial şəbəkələrdə sürücünün yol polisi ilə dialoqu birmənalı qarşılanmayıb. Avtosfer.az xəbər verir ki, yol polisi sürücünü saxlayır. Sürücü isə şüşəni endirmədən yol polisində əlcək və maskada olmadığını bəhanə gətirir. Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədovun dediyini bildirir.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlamasında Vaqif Əsədov bildirib ki, yol polisinin verdiyi tövsiyə xarakteri məsələləri qanun kimi təqdim etmək yolverilməzdir. "Təbii ki, bu həssas məqamda tibbi maska və əlcəyin istifadə olunması barəsində vətəndaşlara tövsiyə edilir. Həmçinin yol polisləri də vətəndaş olaraq buna əməl etsələr yaxşı olar. Amma bunu bəhanə edərək məsuliyyətdən yayınmaq doğru deyil. Düşünürəm ki, vətəndaşlar bundan sui-istifadə hallarına yol verməyəcək."
Vaqif Əsədov bildirib ki, həmin videonu yayan şəxsin əməlinə elə vətəndaşlar özləri cavab verəcək. "Çünki yol polisi ilə yanaşı vətəndaşlar da gigiyenik qaydalara əməl etməlidirlər. Lakin videodan da görünür ki, sürücü əvvəlcədən hazırlıq görüb. Onun bu cür intizamsız hərəkəti barədə araşdırma aparılır. Sürücünün bu hərəkəti sadəcə olaraq məsuliyyətdən yayınmaq xarakteri daşıyır."

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, sürücünün bu addımı ən azından əxlaq normalarına uyğun deyil. "Sürücü özü nə tibbi maska, nə də əlcəkdən istifadə etmir. Amma yol polisinə irad tutur. Heç olmasa bir pəncərəni aç. Bəlkə qarşıda hansısa təhlükə var və yol polisi sizi xəbərdar etmək istəyir."
Elməddin Muradlı sürücünün məsuliyyətdən yayınmaq üçün bu cür addım atdığını bildirib. "Görünür ki, qayda pozuntusu edib. Məsuliyyətdən yayınmaq üçün də belə addım atır. Guya öz aləmində düşünür ki, yaxşı iş görüb və onu alqışlayacaqlar. Amma elə sosial şəbəkədə sürücünün özünün tənqid obyektinə çevrildiyini şahidi oluruq. Belə həssas məqamda bu cür addımlar insanlarda ikrah hissi yaradır. Düşünürəm ki, bu cür videolar yaymaq əxlaq normalarına zidd olduğu kimi həm də yolverilməzdir."

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...