Anons

Dünən, 17:23- Xüsusi karantin rejimi müddətində ünvanlı sosial yardım dayandırılmayacaq

Dünən, 15:17- Çin Azərbaycana 5 min koronavirus test dəsti təqdim edib

Dünən, 14:25- Azərbaycan maska istehsalına başlayır

Dünən, 12:21- Abşeronda “Böyüklərimizi qoruyaq!” askiyası çərçivəsində yaşlılara xidmət göstərilməsi davam edir

1-04-2020, 17:07- NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video

30-03-2020, 22:48- Sabahdan insanların evdən çıxması məhdudlaşdırıldı

30-03-2020, 19:47- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi koronavirusla bağlı məlumat yaydı

30-03-2020, 13:22- Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

30-03-2020, 12:46- “INNOLAND”də virtual tədbir keçirilib

30-03-2020, 11:41- Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı

30-03-2020, 11:06- “Asan İmza” sertifikatlarının etibarlılıq müddəti ödənişsiz olaraq avtomatik uzadılır

30-03-2020, 10:30- Heydər Əliyev Beynəlxalq Aeroportu koronavirusa görə tədbirlərini genişləndirir

29-03-2020, 21:55- Hər vətəndaşa 250 manat yardım ayrılacaq - RƏSMİ AÇIQLAMA

28-03-2020, 13:05- Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu

28-03-2020, 12:36- “Bakı Metropoliteni”indən sərnişinlərə müraciət - iş vaxtı dəyişib

28-03-2020, 10:46- Bakı Nəqliyyat Agentliyi yeni qaydaların tətbiqinə BAŞLADI

25-03-2020, 21:31- Qərbi Azərbaycana(Ermənistana)Qayıdış Birliyinin sədri Rizvan Talıbovun Müraciəti

25-03-2020, 20:04- Azərbaycanda qeyri-iş günlərinin sayı artırıldı - RƏSMİ

25-03-2020, 19:25- Almaniyanın Köln Universitetinin professoru: Azərbaycan koronavirusa qarşı mübarizədə bir çox ölkələrə örnəkdir

25-03-2020, 12:33- Mübariz Mənsimovun ortağı Levon Termenciyan ABŞ-da həbsə məhkum edildi

Haqqımızda Əlaqə

"Polis tarixə qanla yazılmış günləri heç vaxt unutmur" - DYP rəisi Rəşid Piriyev

Tarix:25-02-2020, 19:59

"Polis tarixə qanla yazılmış günləri heç vaxt unutmur" - DYP rəisi Rəşid Piriyev Rəşid Piriyev: “Düşmənimiz məlumdur və biz onları yaxşı tanımalıyıq”

Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Mərasimdə idarə rəisi Rəşid Piriyev, rəis müavinləri, şöbə və bölmə rəisləri, YPX əməkdaşları, tarixçi alim, professor Fəzail İbrahimli, Xocalı soyqırımının və Qarabağ döyüşlərinin canlı şahidi və iştirakçısı, “General Əli bəy” kimi tanınan Əlövsət Qasımov, ehtiyyatda olan general-mayor İntiqam Zeynalov iştirak ediblər.

"Polis tarixə qanla yazılmış günləri heç vaxt unutmur" - DYP rəisi Rəşid Piriyev


Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən idarə rəisi Rəşid Piriyev bildirdi ki, Azərbaycan polisi tarixə qanla yazılmış günləri heç vaxt unutmur: “Biz də bir əsgər kimi daim vətənə, dövlətə xidmət edirik. Biz heç vaxt başımıza gətirilən bu faciələri unutmamışıq. Düşmənimiz məlumdur və biz onları yaxşı tanımalıyıq. Mən əminəm ki, şəhidlərimizin qisası tez bir zamanda alınacaq, biz doğma yurdumuza qayıdacağıq”.

R.Piriyev Xocalı faciəsinin törədilməsində düşmən birləşmələrinin məqsədini önə çəkib və əlavə edib ki, onlar bununla xalqımızın əzmini, iradəsini qırmağa çalışsa da, buna nail ola bilməyiblər: “Biz Ali baş komandanın hər an əmrini gözləyən əsgərlərik. Bu faciələri bizə yaşadanlar gec-tez cəzalarını alacaqlar”.

"Polis tarixə qanla yazılmış günləri heç vaxt unutmur" - DYP rəisi Rəşid Piriyev


Tarixçi-alim Fəzail İbrahimli bildirdi ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiası 18-ci əsrdən başlayır və bu istəklərinə çatmaq üçün daim başqalarından dəstək alıblar: “Biz heç vaxt tariximizi unutmamılıyıq. Ermənilər bizimlə təklikdə mübarizə aparmayıb. Onlar daim imperiyanın gücündən istifadə edib. Biz hər zaman böyük güclərlə mübarizə aparmışıq. Bu gün Azərbaycanın yürütdüyü siyasət ölkədə sabitliyin qorunmasına hesablanıb. Amma bu o demək ki, biz bu faciələri unudacağıq. Xeyr. Biz ağlayıb sızlamadan sadəcə məsələni dərindən öyrənməli və nəticə çıxarmalıyıq. Bu gün Azərbaycan güclü bir dövlətdir və buna görə bizə təzyiqlər hər zaman olur. Biz bir olmalıyıq, yumruq olmalıyıq. Tarixin hər dövründə bu millət bir olub, böyük güclərə qarşı savaşıb”.

Fəzail İbrahimli qeyd etdi ki, Azərbaycan bəlkə də yeganə ölkədir ki, ilin hər ayında faciəli günlər var. Başqa dövlətlər olsaydı bəlkə də buna tab gətirə bilməz və məhv olardı. Lakin Azərbaycan günü-gündən güclənir və inkişaf edir.

"Polis tarixə qanla yazılmış günləri heç vaxt unutmur" - DYP rəisi Rəşid Piriyev


Rusiyada yaşayan soydaşımız, hüquq elmləri doktoru, Ədliyyə general-mayoru İntiqam Zeynalov bildirdi ki, Bakı şəhər DYP İdarəsinin rəisi Rəşid Piriyev də Qarabağ döyüşlərində fəal iştirak edib: “Belə vətənpərvər insanlarla birlikdə olmaq qürur verir. Mən illərdir Rusiyada yaşayıram. Hər yerdə Azərbaycanı təbliğ edirəm. Düşünürəm ki, biz tariximizi və başımıza gələn faciələri unutmamalıyıq”.

Qeyd edək ki, tədbirdə Xocalı faicəsini əks etdirən fotosərgi də keçirilib. Fotolar “General Əli bəy” tərəfindən çəkilib.

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...