Anons

Bu gün, 14:57- Azərbaycanda daha 10 şagird koronavirusa yoluxub

Bu gün, 14:14- Xalq artisti Arif Babayev insult keçirib

Bu gün, 12:22- UEFA: Hərbi vəziyyət Azərbaycan yığmasının oyununa təsir etməyəcək

Bu gün, 11:05- Türkiyənin Səhiyyə naziri: Azərbaycana hər bir tibbi ehtiyacda yardım etməyə hazırıq

26-09-2020, 17:30- Bu gün Bakıda 553 küçə dezinfeksiya edilib

26-09-2020, 16:09- Azərbaycanda son sutkada 108 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 2 nəfər vəfat edib

26-09-2020, 14:22- İstirahət gününün havası açıqlanıb

26-09-2020, 10:08- Bu gündən sentyabrın 28-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək

25-09-2020, 17:30- WEF: 2021-ci ildə Dünya İqtisadi Forumu Davosda keçirilməyəcək

25-09-2020, 16:47- “Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

25-09-2020, 13:18- Prokurorluq Bakıda ərini dərman verib yatızdıraraq öldürən qadınla bağlı məlumat yaydı

25-09-2020, 12:31- Bakıda məktəbəhazırlıq qruplarına 27 mindən çox uşaq cəlb olunacaq

25-09-2020, 12:05- Müfəttişlik: İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir

25-09-2020, 11:46- Azərbaycan Kubada səfirlik açacaq

25-09-2020, 10:22- Bu ilin 8 ayında 10113 nəfərə yaşa görə pensiya elektron qaydada təyin olunub

24-09-2020, 18:53- Millət vəkili Səbinə Xasayeva gənc yazıçı Leyla Şahla görüşdü

24-09-2020, 15:55- Azərbaycan Novosibirsk vilayətindən buğda idxal edən ölkələrin ilk beşliyinə daxil olub

24-09-2020, 13:40- Sabah 29 dərəcə isti olacaq

24-09-2020, 13:07- “Xəzərin dalğaları” festivalı çərçivəsində növbəti ustad dərsi təşkil olunacaq

24-09-2020, 12:38- Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Haqqımızda Əlaqə

Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına başlanıb

Tarix:5-12-2019, 14:08

Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına başlanıb Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “5 dekabr – Beynəlxalq Könüllülər Günü” münasibətilə xüsusi tədbir keçirərək yeni Formula 1 mövsümü üçün könüllülərin qeydiyyatına təntənəli şəkildə start verib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata bgörə, Pit binasında yerləşən Paddok Klubda baş tutan tədbirdə BŞH-nin İnsan Resursları şöbəsinin və BŞH Akademiyasının rəhbəri İranə Əhmədova, BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Cinema Plus kinoteatrlar şəbəkəsinin müşahidə şurasının üzvü Zaur Darabzadə nitq söyləyərək karyera quruculuğuna dair öz təcrübələrini iştirakçılarla bölüşüblər.

Açılış nitqinə təşkilatlar adından təbriklə başlayan İranə Əhmədova çıxışında könüllüləri yeni bilik və bacarıqlar əldə etməyə çağırıb: “Könüllülük mühüm dəyərdir. BŞH Akademiyası hər bir gəncimizə fərdi və peşəkar inkişaf etmək şansı yaradır. Yeni bilik və bacarıqlar əldə etmək gələcək uğurlarınız üçün olduqca əhəmiyyətlidir”.

Daha sonra çıxış edən BP rəsmisi müasir dövrdə hər bir gəncin əsas vəzifəsinin öz üzərində işləyərək yeni bacarıqlar və təcrübələr qazanmaq olduğunu bildirib. Cinema Plus şirkətinin təmsilçisi Zaur Darabzadə isə öz çıxışında özünəinamın uğurlu karyera qurmaqdakı vacib rolunu qeyd edib: “Sadəcə özünüzə inanın. Hər şey yaxşı olacaq. Sonda qazandığınız nəticələr sizi sevindirəcək”.

Tədbirin açılışı zamanı 5-7 iyun 2020-ci il tarixlərində Bakıda baş tutacaq beşinci Formula 1 yarışı üçün könüllülərin qeydiyyatına rəsmi olaraq start verilib. Bu yarışa 3 min könüllünün cəlb olunması nəzərdə tutulur. Könüllülər proqramına müraciət üçün azı 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), böyük həvəs və əzmkarlığa sahib olmaq tələb olunur.

Müraciət etmək istəyənlər http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilərlər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...