Anons

Dünən, 15:45- DYP ilə bağlı sosial şəbəkədə sorğu keçirilib - Kimlər razıdır, kimlər razı deyil?

25-01-2020, 18:07- Gənclər gələcəyimizin qurucularıdır

24-01-2020, 17:09- ÜST yeni koronavirusla bağlı bəyanat verdi: Digər ölkələrə də yayıla bilər

24-01-2020, 16:57- Azərbaycanın 8 şəhərinin Baş planı təsdiqlənib

24-01-2020, 16:44- Novosibirsk vilayətinin biznes missiyası Azərbaycana gələcək

24-01-2020, 16:35- Leyla Məmmədova: Növbəti ildə “Kənddən Şəhərə” satış mərkəzlərinin sayı artırılacaq

24-01-2020, 16:18- Rəşad Cəfərov: “İpoteka və Kredit Zəmanət Fondu üçüncü açıqlamasında vətəndaşları günahkar çıxarsa, təəccüblü görünməyəcək”

24-01-2020, 16:11- Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

24-01-2020, 16:02- Bakı Avtovağzalında ilk dəfə kitabxana məntəqələri fəaliyyətə başlayıb

24-01-2020, 15:50- “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində

24-01-2020, 15:39- Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub

24-01-2020, 15:25- “Kitabsevər uşaqlar” Facebook səhifəsinin izləyiciləri artır

24-01-2020, 15:16- Paltar Yuyucu toz – Birinci dünya müharibəsi

24-01-2020, 15:07- Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti ADU-da olub

24-01-2020, 14:48- Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranmasının 8 ili tamam olur

24-01-2020, 13:59- “Milli KSM Mükafatı 2019”un qalibləri açıqlanıb

24-01-2020, 13:47- Nərminin qətlində təqsirləndirilən şəxs barədə qərar verildi

24-01-2020, 13:38- ADRA 2020-ci ildə bir sıra yeniliklər tətbiq edəcək

24-01-2020, 11:24- Bu qadın məktəblərdə qızları oğurlamaq istəyir? - Rəsmi açıqlama

24-01-2020, 11:16- Azərbaycanda koronavirusun qarşısı necə alınır? - ÜST qiymət verdi

Haqqımızda Əlaqə

AzTV sədri Rövşən Məmmədovdan Prezidentə ŞİKAYƏT olundu

Tarix:5-12-2019, 11:33

AzTV sədri Rövşən Məmmədovdan Prezidentə ŞİKAYƏT olundu KONKRET.az-ın redaksiyasına Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətindəki (AzTV) “kadr islhataları” ilə bağlı şikayət və müraciətlər gəlməkdə davam edir. Bu müraciətlərdən biri də keçmiş ideoloq Əli Həsənovun kadrı kimi tanınan Rövşən Məmmədov tərəfindən uzun illərdi televiziyada çalışan mütəxəssislərdən olan Knyaz Mehdiyev və onun ailəsinə qarşı edilən ədalətsizliklə bağlıdır. KONKRET.az məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət edən Sədaqət Hüseynovanın məktubunu təqdim edir:

“Hörmətli Prezidentimiz, cənab İlham Əliyev, Sizin BDU-nun 100 illik yubileyindəki çıxışınızı dəfələrlə dinləyib ailəmin adından Sizə müraciət etmək istəyirəm.

Möhtərəm Prezident, Siz öz çıxışınızda rəhbər işçilərin yaşlı işçilərə qarşı islahatların düzgün və işçinin bacarığına uyğun aparılmasını söylədiniz. Bu baxımdan mən AzTV sədri Rövşən Məmmədovun özbaşınalığı sayəsində qarşılaşdığımız problemlərdən danışmaq istəyirəm. Belə ki, mən, həyat yoldaşım və oğlum uzun illərdi Dövlət Televiziyasında çalışmağımıza baxmayaraq, R.Məmmədov kanala rəhbər gətiriləndən sonra hər üçümüzü heç bir əsası olmadan işdən kənarlaşdırıb. Həyat yoldaşım və oğlum onun tərəfindən qanunsuz olaraq qabaqcadan xəbərdarlıq edilmədən bir günün içində – 01/02-2019-cu ildə məcburən və təhdidlə işdən azad edilib.

Xatırladım ki, həyat yoldaşım, Azərbaycan Televiziyasının keçmiş baş mühəndisi Knyaz Mehdiyev Ulu Öndərimiz Heydər Əliyev və Sizin tərəfinizdən iki fəxri ada layiq görülüb. Peşəkar televiziya işçisi və əməkdar mühəndis olmasına baxmayaraq, o, R.Məmmədov tərəfindən böyük ədalətsizliklə üzləşib. Bu “gənc sədr” nə əsasla 45 illik iş stajı olan işçinin, Azərbaycanın televiziya məkanında bacarığına görə tanınan güclü bir mütəxəssisin illərlə şirkətə verdiyi dəyərli əməyini bir günün içində öz ambisiyalarına qurban verib?! Əgər sədr Knyaz Mehdiyevi yaş həddinə görə işdən kənarlaşdırısa, o halda şirkətə dəvət etdiyi 70-80 yaşında olan işçiləri niyə nəzərə almır?! Yaxud özünün vəzifəyə gətirdiyi həyat yoldaşının əmisi, texniki biliyi olmayan və mənim yoldaşımdan da yaşlı olan Xəlil Məmmədovu, onun qaynı Xanəli Zeynalovu və digərlərini niyə nəzərə almır?!

Qeyd edim ki, uzun illər AzTV-də çalışan, 2015-ci ildə öz bacarığını Olimpiya oyunlarının çəklişində nümayiş etdirən 34 yaşlı oğlum Həmid Mehdiyev də atası ilə eyni gündə işdən qanunsuz və məcburən azad edilib.

Cənab Prezident, Sizdən artıq dərəcədə xahiş edirəm ki, AzTV sədri Rövşən Məmmədovun ailəmə qarşı etdiyi məmur özbaşınalığına son qoyub, həyat yoldaşımın və oğlumun pozulmuş haqlarının bərpa edilməsinə kömək edəsiniz.

Hörmətlə, Sədaqət Hüseynova”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...