Anons

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Dünən, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Dünən, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Dünən, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Dünən, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

22-04-2024, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22-04-2024, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

22-04-2024, 21:49- İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

22-04-2024, 17:31- Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

22-04-2024, 17:09- Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

Haqqımızda Əlaqə

QAQB-nin növbəti toplantısı

Tarix:3-12-2019, 18:52

QAQB-nin növbəti toplantısı Bu gün QAQB-nin Tbilisi pr.76 ünvanındakı ofisinin Akt zalında,QAQB Ali Məclisinin növbəti toplantısı keçirildi.Reqlamentə uyğun olaraq öncə,çoxsaylı kitabların müəllifi,şair,Yazıçılar Birliyinin üzvü Namiq Qursalının və yazıçı,ictimai xadim Əliyev Kamandarın QAQB üzvlüyünə və QAQB Ali Məclisi üzvlüyünə qəbulu məsələsi müzakirə olunaraq,səsə qoyuldu.Hər iki şəxs 1.Məmmədov Namiq Vəli oğlu.2.Əliyev Kamandar Ələddin oğlu toplantı iştirakçılarının yekdil səsi ilə,Birlik üzvlüyünə və QAQB Ali Məclis üzvlüyünə qəbul edildilər.Toplantını giriş nitqi ilə açan QAQB sədri Rizvan Talıbov hər iki şəxsi Birliyin Ali Məclis üzvlüyünə qəbul olunmaları münasibəti ilə təbrik edərək,gələcək fəaliyyətlərində uğurlar arzuladı.Eyni zamanda toplantının gündəliyi barədə məlumat verdi.Toplantıda əsasən üç məsələnin müzakirəsi oldu.
1.Təşkilati məsələ.
2."23 dekabr Azərbaycanlı əhalinin Ermənistandan deportasiyası.Tarixi Yurdları Anma"tədbirinin hazırlıq işlərinin vəziyyəti.
3.30 noyabrda keçirilmiş"Yaradıcı insanlar,aşıqlar,şair və yazıçılarla görüş tədbirində,Azərbaycan Yazıçılar Birliyinin üzvü,şair,araşdırmaçı yazar Niftalı Göyçəlinin,QAQB sədri Rizvan Talıbovun AR Milli Məclisinə keçiriləcək növbədən kənar parlament seçkilərinə namizəd olaraq qatılması təklifinə, həmin tədbir iştirakçıları ziyalılar,elm xadimləri,aşıqlar,şair və yazıçılar tərəfindən rəğbətlə qarşılanmış,təqdir olunmuş təklifə QAQB Ali Məclisinin münasibəti.
Təşkilati məsələ ətrafında çıxış edən QAQB sədri,Birliyin fəaliyyətinin gücləndiyini,regional təşkilatların yarandığını və yaranmaqda davam etdiyini diqqətə çatdıraraq,Birlikdə mövcud,yaranmış şəraiti nəzərə alaraq,struktur dəyişikliyi aparmağı məqsədə uyğun hesab etdiyini bildirdi və imzaladığı sərəncamı toplantı iştirakçılarının diqqətinə çatdırdı. Sərəncama əsasən QAQB İdarə Heyyəti tam tərkibdə buraxılır və yaxın on gün ərzində QAQB İdarə Heyyətinin yeni tərkibi müəyyənləşdirilərək elan olunur!O,cümlədən QAQB Ali Məclis sədrinə biri birinci müavin olmaqla, iki yeni müavin və QAQB MNTK-sı sədrinə bir müavin və üç nəfər yeni üzvün qəbulunun nəzərdə tutulduğunu və bu məsələlərində QAQB Ali Məclisinin növbəti toplantısında həll olunacağını bildirdi.Sərəncam və təkliflər toplantı iştirakçıları tərəfindən yekdilliklə təqdir olundu.
Gündəlikdə olan ikinci məsələ haqqında kinorejissor İşçi qrupunun üzvü Kəmalə Musazadə geniş məlumat verdi.Tədbirin ssenarisi ətrafında çoxsaylı təkliflər səsləndirildi və qərara alındı ki,04 dekabr tarixində saat 15:00-da İşçi qrupu üzvləri yenidən yığışaraq,səsləndirilən irad və təklifləridə nəzərə almaqla,ssenarinin son variantının hazırlıq işlərini tamamlasınlar.
Gündəlikdəki üçüncü məsələ ətrafında çıxış edən çoxsaylı toplantı iştirakçıları QAQB sədri Rizvan Talıbovun AR Milli Məclisinə deputatlığa namizəd olmasını təqdir etdiklərini,tam dəstəklədiklərini bildirdilər.Çıxışçılar xüsusi olaraq qeyd etdilər ki,Qərbi Azərbaycan məsələsinin,Erməbistan qaçqınlarının problemlərinin və digər məsələlərin parlament səviyyəsinə, Beynəlxalq səviyyəyə çıxardılması üçün,Birlik sədrinin Milli Məclisdə olması təqdir olunandır və hər birimiz çalışmalıyıq ki,bu baş tutsun! Qərara alındı ki,deputatlığa namizəd olacağı dairə müəyyənləşən kimi Birlik üzvlərindən ibarət təşəbbüs qrupu yaradılsın və zəruri,aktiv təbliğat kampaniyası aparılması təmin edilsin.O,cümlədən indidən Birlik üzvləri tərəfindən sosial şəbəkələrdə təbliğat kampaniyası başladılsın və hər bir QAQB üzvü,tərəfdarları tərəfindən təbliğat kampaniyasına hərtərəfli dəstək verilsin!
Toplantı QAQB sədrinin ona göstərdikləri etimada görə,tədbir iştirakçılarına təşəkkür etməsi,tapşırıq və tövsiyələri ilə işinə yekun vurdu!!

QAQB-nin növbəti toplantısı
QAQB-nin növbəti toplantısı
QAQB-nin növbəti toplantısı
QAQB-nin növbəti toplantısı
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...