Anons

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Dünən, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Dünən, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Dünən, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

27-03-2024, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

27-03-2024, 20:40- Ramazanın 18-ci gününün DUASI

27-03-2024, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Haqqımızda Əlaqə

QAQB-nin növbəti tədbirində bir çox məsələlər müzakirə olundu

Tarix:2-12-2019, 18:53

QAQB-nin növbəti tədbirində bir çox məsələlər müzakirə olundu Bu gün QAQB-nin Tbilisi pr.76 ünvanındakı ofisinin konfrans zalında,QAQB və"Miskin Abdal Ocağı"ədəbi məclisinin təşkilatçılığı ilə,"Yaradıcı insanlar,aşıqlar,şair və yazarlarla görüş"adlı möhtəşəm tədbir keçirildi.Toplantıda QAQB üzvləri,tanınmış şairlər,yazıçılar, alimlər,incəsənət xadimləri,aşıqlar,ziyalılar iştirak etdilər.Toplantını giriş sözü ilə,QAQB sədri Rizvan Talıbov açaraq,toplantının məram və məqsədi barədə qısa məlumat verdi və sözü "Misgin Abdal Ocağı"ədəbi məclisinin təsisçisi,Azərbaycan Yazıçılar Birliyinin üzvü,çoxsaylı kitablar müəllifi,şair Niftalı Göyçəliyə verdi.Niftalı müəllim,toplantı iştirakçılarına övliya aşıq Misgin Abdal haqqında geniş,hərtərəfli məlumat verdi.Eyni zamanda tədbirin təşkilinə verdiyi dəstəyə görə hər kəsə və xüsusən QAQB sədrinə minnətdarlığını çatdırdı.QAQB sədri Rizvan Talıbovun dövlətçiliyimiz və Qərbi Azərbaycan yurdlarımız uğurunda uzun illər yorulmadan apardığı mübarizəni yüksək qiymətləndirdiyini bildirdi Rizvan Talıbovun növbəti parlament seçkilərində deputatlığa namizəd olması təklifini irəli sürdü və toplantı iştirakçılarından bu təklifinə dəstək olmalarını istədi.Toplantı iştirakçıları yekdilliklə natiqin bu təklifinə müsbət rəy bildirdilər.Toplantıda çıxış edənlər,QAQB Ali Məclisinin sədri Əli Vəliyev,şairlər Arif Nüvədili,Güləya Könül,Zöhrə Xəlili,İsfəndiyar Əhmədov,Naibə Qafanlı,Rəna Mərzili,Tahirə İsmayılova,Xaqani İsmayıl,Namiq Qursalı,Tamam Uluxanlı,Namiq Aslan,QAQB üzvü Hacı Qəhrəman və digərləri öz fikirlərini bildirdilər,yaradıcılıqları haqqında toplantı iştirakçılarını məlumatlandırıb,yurd həsrətli,vətənpərliyi tərənnüm edən şeirlərini səsləndirdilər və QAQB sədri Rizvan Talıbovun deputatlığa namizəd olması təklifinə dəstək verdiklərini bildirdilər.Tanınmış aşıqlar, Aşıqlar Birliyi sədrinin müavini, aşıq Bəhmən Göyçəli,Aidə Gülzar,İmran Göyçəli məlahətli ifaları və yurd həsrətli mahnıları ilə tədbirə ayrı bir füsunkarlıq,tədbir iştirakçılarına xüsusi bir zövq verdilər!Toplantıda QAQB İdarə Heyyəti üzvü Hacı Qəhrəmanda çızış edərək səslənən təkliflər haqqında öz fikirini bildirdi və bu cür tədbirlərin ayda bir dəfə keçirilməsini təklif etdi.Toplantının yekununda,QAQB sədri Rizvan Talıbov təklif etdi ki,"Miskin Abdal Ocağı"ədəbi məclisinin təsis olunsun və Niftalı Göyçəli "Miskin Abdal Ocağı"ədəbi məclisinin sədri seçilsin.Toplantı iştirakçıları yekdil səslə təklifi dəstəklədilər.Toplantı iştirakçılarının yekdil səsləri ilə,"Misgin Abdal Ocağı"ədəbi məclisi təsis olundu və tanınmış araşdırmaçı yazar,Yazıçılar Birliyinin üzvü,şair Niftalı Göyçəli ədəbi məclisin sədri seçildi.Üç saatdan artıq davam edən tədbir öz işinə,QAQB sədrinin yekun çıxışı və toplantı iştirakçılarına təşəkkür etməsi və "Miskin Abdal Ocağı"ədəbi məclisinə və məclisin yeni seçilmiş rəhbərinə uğurlar diləklərini çatdırması ilə öz işinə yekun vurdu!!!Dövlətimiz,Elimiz-obamız üçün uğurlu,xeyirli olsun!!!

QAQB-nin növbəti tədbirində bir çox məsələlər müzakirə olundu
QAQB-nin növbəti tədbirində bir çox məsələlər müzakirə olundu
QAQB-nin növbəti tədbirində bir çox məsələlər müzakirə olundu
QAQB-nin növbəti tədbirində bir çox məsələlər müzakirə olundu
QAQB-nin növbəti tədbirində bir çox məsələlər müzakirə olundu
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...