Anons

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Dünən, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

17-04-2024, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

17-04-2024, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

17-04-2024, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

17-04-2024, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

17-04-2024, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

17-04-2024, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

17-04-2024, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

17-04-2024, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Haqqımızda Əlaqə

Xəzərin “udduğu” neftçilər - Dəhşətli hadisədən 4 il keçdi

Tarix:4-12-2019, 11:08

Xəzərin “udduğu” neftçilər - Dəhşətli hadisədən 4 il keçdi
Bu gün dəhşətli faciədən - Xəzərin “udduğu” neftçilərimizin ölümündən 4 il keçir.

2015-ci il dekabrın 4-də Xəzər dənizində məhz hava şəraitinin kəskin soyuması və güclü külək səbəbilə böyük faciə baş vermişdi.

Rəsmi məlumatlara görə, həmin gün şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü açıq dənizdə 8 metr və daha çox olub. Axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənib, dalğaların hündürlüyü 9-10 metrə çatıb. Saat 17.40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəmərini zədələnib və şiddətli yanğın baş verib. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılıb, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb.

Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədi ilə işçilər özüldəki iki xilasedici qayığa minib və qayıqları aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb. Qəza baş verəndən 15-25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin "Günəşli" yatağında növbədə olan "Vixr-9" yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə "Vixr-5" yanğınsöndürən, "Avior" dalğıc, "Samir Quliyev" yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlamışdı. Eyni zamanda, "Azəri-Çıraq-Günəşli" yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş "Topaz-Diqnizi", "Endeavour", "Protektor", "Lənkəran" gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunmuşdu.

Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməmişdi. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz etmişdi. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirmişdi. Təqribən 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılmış və qayıq, içindəki adamlarla birlikdə dənizə düşmüşdü.

Həmin vaxt yaxındakı gəmilər vasitəsi ilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olmuşdu.

Daha sonra FHN-in xilasedicilərinin bir qrupu "Azal" QSC-yə məxsus helikopterlə, digər qrupu isə "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "Müslüm Maqomayev" gəmisi ilə özülə çıxaraq qayıqdan 26 nəfər, özüldən 3 nəfəri təxliyyə etmişdi.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdı.

Həmçinin, baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Dövlət Komissiyası yaradılmışdı.

“Günəşli” platformasındakı yanğında dünyasını dəyişənlər, itkin düşənlər və xilas olanların siyahısı:

Dünyasını dəyişənlər:

Ramiz Nüsrəddin oğlu Həsənov (50 yaş)

Zaur Vahid oğlu Həsənov (39 yaş)

Fuad Tahir oğlu Tağıyev (34 yaş)

Ağa İzzət oğlu Mahmudov (47 yaş)

Mikayıl İsmayıl oğlu Babayev (52 yaş)

Samir Cahangir oğlu Mayılov (31 yaş)

Fəxrəddin Xancan oğlu Quliyev (58 yaş)

Habil Tağı oğlu İsgəndərov (50 yaş)

Xilas olunanlar


Asif Xavər oğlu Əhmədov (30 yaş)

Bəhruz Əli Abbas oğlu Babayev (38 yaş)

Bəxtiyar Söhrab oğlu Ələkbərov (53 yaş)

Coşqun Möhsün oğlu Qarayev (34 yaş)

Ehtiram Əliş oğlu Məlikov (40 yaş)

Elşən Elxan oğlu Mustafayev (32 yaş)

Ədalət Yusif oğlu Dadaşov (44 yaş)

Əlirəhman Hüseynağa oğlu Quliyev (33 yaş)

Ənvər Əmiraslan oğlu Əliyev (47 yaş)

Əzimzadə İsa oğlu Paşayev (59 yaş)

Faiq Əbdülhüseyn oğlu Cəfərov (42 yaş)

Gündüz Əmir oğlu Əliyev (59 yaş)

Heydər Abbasov

İlqar Ağali oğlu Kərimov (51 yaş)

İltifat Dursun oğlu Şahbazov (56 yaş)

İsmayıl Ələkbər oğlu Mehdiyev (39 yaş)

Kamran Takıb oğlu Tarverdiyev (44 yaş)

Mahal Söhrab oğlu Yusifov (45 yaş)

Malik Gülhəsən oğlu Məmmədov (57 yaş)

Rəşid Eynulla oğlu İbrahimov (50 yaş)

Roman Yaşar oğlu Yusibov (30 yaş)

Sadiq Cabbarov

Seymur Mirsəməd oğlu Mikayılov (35 yaş)

Tahir Səfər oğlu Rüstəmov (52 yaş)

Telman Məmmədağa oğlu Əsgərov (53 yaş)

Vidadi Fikrət oğlu Sarıyev (34 yaş)

Xəyyam Bəhlul oğlu Alanurov (31 yaş)

Allahverdi İmran oğlu Məmmədov (39 yaş)

Mais Məşədibaba oğlu Abbasov (45 yaş)

Məlahət Mirələm qızı Əliyeva (44 yaş)

Mərdan Abid oğlu Rəcəbov (55 yaş)

Rəman Atakişi oğlu Orucova (30 yaş)

Rəşid Ağahüseyn oğlu Hüseynov (44 yaş)


Dövlət Neft Şirkətinin itkin düşmüş şəxslərlə bağlı siyahısı:


İman Şura oğlu Qasımov (48 yaş)

Mübariz Dilqəm oğlu Qasımov (57 yaş)

Edik Rivazin oğlu Rzaxanov (32 yaş)

Tural Fətəli oğlu Babazadə (22 yaş)

Əzizağa Nöhbala oğlu Quliyev (62 yaş)

Elşad Balaoğlan oğlu Rəsulov (44 yaş)

Bayram Mirzəağa oğlu Qasımov (37 yaş)

Adil Ələkbər oğlu Abdullayev (62 yaş)

Əbdüləziz İsmayıl oğlu Əbdüləzizov (61 yaş)

İzzət Qəmbər oğlu Şirəliyev (42 yaş)

Qəmərşah Nəcməddin oğlu Nəcməddinov (37 yaş)

Seyfəddin Abil oğlu Niyazov (47 yaş)

İnqilab Osman oğlu İskəndərov (58 yaş)

Oleq Akim oğlu Mayborda (44 yaş)

Canbaxış Əhməd oğlu Əhmədov (53 yaş)

Xalid Bəşir oğlu İbrahimov (44 yaş)

Vəli Kişikağa oğlu Cəriyev (48 yaş)

Bəhlul Sirac oğlu Hüseynov (46 yaş)

Xoşbəxt Xanış oğlu Səmədov (34 yaş)

Zaur Arif oğlu Xəlilov (40 yaş)

Sahib Güloğlan oğlu Sahmarov (42 yaş)

Əyyub Xəlil oğlu Əliyev (42 yaş)


Qeyd edək ki, bu siyahı açıqlanandan sonra cəmi bir neçə neftçinin meyiti tapılıb. Digərləri isə…

Allah bütün ölən neftçilərə rəhmət eləsin!скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...