Anons

6-12-2019, 17:09- 2022-ci ildən Bakıda yalnız sıxılmış qazla işləyən avtobuslar işləyəcək

6-12-2019, 16:56- “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı olub

6-12-2019, 16:44- Endokrinoloq-dietoloq Lalə Şamxalova: "Müalicəni axıra qədər davam etmək lazımdır"

6-12-2019, 16:32- Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirildi

6-12-2019, 16:23- Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

6-12-2019, 15:48- Azərbaycanda hotellərə ulduz verilməsinə start verilir

6-12-2019, 15:36- Bakıda genişmiqyaslı ağacəkmə kampaniyaları təşkil olunub

6-12-2019, 15:27- Deputatlar Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak edəcəklər

6-12-2019, 15:14- Elmar Vəliyevi vuran Yunis Səfərovla bağlı YENİ ŞOK DETALLAR

6-12-2019, 15:05- İstanbul, Ankara və İzmirdən Azərbaycana ixrac 800 milyon dolları ötüb (ÖZƏL)

6-12-2019, 14:52- Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çində "İmperial Spring - 2019"da çıxış edib

6-12-2019, 14:41- Azərbaycan İtaliya arasında ətraf mühit sahəsində ikitərəfli sənəd imzalanacaq

6-12-2019, 14:33- Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib

6-12-2019, 14:18- Azərbaycanın FİFA hakimləri müəyyənləşib

6-12-2019, 14:09- Bakıda bayram yarmarkaları təşkil ediləcək

6-12-2019, 13:56- Sabahın hava PROQNOZU açıqlandı

6-12-2019, 13:47- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər

6-12-2019, 12:55- Əkilən 650 min ağac tingi ETSN tərəfindən təmin edilir

6-12-2019, 12:43- Mənim sevimli həkimim

6-12-2019, 12:34- ADU-da "Mən Çin heroqliflərinin hökmdarıyam" adlı diktant müsabiqə keçirilib

Haqqımızda Əlaqə

Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

Tarix:12-11-2019, 17:07

Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Elektron Hökumət üzrə İcra Qrupunun (EHİQ) növbəti görüşü keçirilib.

Görüşdə elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr və onların icra mexanizmləri, hökumət buludunun perspektivləri mövzusunda müzakirələr aparılıb, habelə yeniliklər və bu istiqamətdə beynəlxalq təcrübə bağlı məlumatlandırma həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini, Elektron Hökumət üzrə İcra Qrupunun rəhbəri Ceyhun Salmanov elektron hökumət sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti və bu sahədə Dövlət Agentliyi, digər qurumların birgə fəaliyyəti barədə məlumat verib.

Tədbirin birinci hissəsində elektron hökumətin inkişafı və təşviqi sahəsində aparılan işlər, mövcud beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanları, həyata keçirilən tədbirlər və onların gələcək perspektivləri müzakirə edilib.

Tədbirin ikinci hissəsində beynəlxalq ekspert, professor Con K. Koyle tərəfindən “Dizayn düşüncəsi” (Design thinking) mövzusunda təqdimat edilib, İcra qrupunun üzvləri bu barədə məlumatlandırılıblar.

İcra Qrupunun üçüncü görüşü Şamaxı rayonunda təşkil edilib. Tədbir çərçivəsində iştirakçıların Şamaxı Astrofizika Rəsədxanasına səfəri baş tutub, həmçinin iştirakçılar arasında müxtəlif istiqamətli mövzular üzrə sərbəst müzakirələr aparılıb.

Elektron Hökumət üzrə İcra Qrupu Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanına uyğun olaraq dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində vahid koordinasiyanı həyata keçirmək, habelə rəqəmsal hökumətə sürətli keçidin təmin edilməsini, elektron hökumət və rəqəmsal innovasiyalar sahəsində beynəlxalq rəqabətliliyinin artırılmasını, elektron hökumətin inkişafı və təşviqi üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək məqsədi ilə yaradılıb. Elektron Hökumət üzrə İcra Qrupunda 60-a yaxın müxtəlif dövlət qurumunun nümayəndəsi təmsil olunub.

Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib
Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib
Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib
Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...