Anons

Bu gün, 17:05- Prezident İlham Əliyev “Azərsu” ASC-yə 5 milyon manat ayırıb

Bu gün, 16:57- Robopark sərgisini ziyarət etmək istəyənlər üçün pulsuz biletlərin qeydiyyatı başlayıb

Bu gün, 16:38- Bakıda beynəlxalq elektron ticarət forumu keçiriləcək

Bu gün, 16:20- Bakıya yeni atraksionlar gətiriləcək

Bu gün, 16:08- Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmir edilir

Bu gün, 15:53- “Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib

Bu gün, 15:41- Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb

Bu gün, 15:32- Azərbaycan Çində ticarət evi açacaq

Bu gün, 15:19- Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bu gün, 15:10- Qida məhsullarının idxalının elektronlaşmasına start verildi

Bu gün, 14:58- “Bakutel-2019”da Las-Veqasdan “Pepper” humanoid robotu və robot balıqlar nümayiş olunacaq

Bu gün, 14:46- Yaxın günlərdə Bakıda İtaliya Mətbəxi Həftəsi keçiriləcək

Bu gün, 14:37- 2020-ci ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edildi

Bu gün, 14:25- Xarici ali təhsil ixtisaslarının tanınması ilə bağlı sənəd qəbulu dayandırılır

Bu gün, 14:13- Havanın temperaturu aşağı düşəcək, yağış yağacaq

Bu gün, 13:52- "Caspian Ecology” 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi başlandı

Bu gün, 13:40- İnam Kərimov daha iki direktoru işdən çıxardı

Bu gün, 12:06- Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM

Bu gün, 11:52- Bakıda sərxoş kişi yolu kəsdi, qadına hücum etdi - Video

Bu gün, 11:41- İlin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq

Haqqımızda Əlaqə

Şəhid ailələri, Qarabağ əlillərinə daha 40 mənzil verildi

Tarix:7-11-2019, 11:22

Şəhid ailələri, Qarabağ əlillərinə daha 40 mənzil verildi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsindəki yeni yaşayış binalarından alınmış daha 40 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib.


Nazirlikdən bildirlib ki, yeni mənzillə təmin edilən vətəndaşlar Prezident İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunmalarından, şəhid ailələrinin, əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılması sahəsində aparılan işlərdən, pensiya, müavinət və təqaüdlərinin mütəmadi olaraq artırılmasından və cari ildə bu istiqamətdə inqilabi addımlar atılmasından məmnunluqla bəhs ediblər.


Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını vurğulayıb. O, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələrinin, əlilliyi olan insanların, o cümlədən müharibə və 20 Yanvar əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bu tədbirlərin davamı kimi, cari ildə Prezidentin təqaüdünün şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırıldığını, müharibə əlilləri və onlara bərabər tutulanlar üçün sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını deyib.


Nazir müavini şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi proqramının da artıq 96% icra olunduğunu, 11740 şəhidin 17500-ə yaxın vərəsəsinin ödəmə ilə təmin edildiyini bildirib.


V.Nəsirli qeyd edib ki, şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, 626 mənzil təqdim edilib. Bu il isə azı 800 mənzil verilməsi nəzərdə tutulub, onlardan artıq 214 mənzil verilib. Beləliklə, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6868 mənzil təqdim edilib. 2018-ci ildə 265 müharibə əlili nazirlik tərəfindən avtomobillə təmin olunub. Cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi planlaşdırılıb ki, onlardan artıq 427 avtomobil təqdim edilib. Ümumilikdə, həmin kateqoriyadan olanlara indiyədək 6400-dək minik avtomobili verilib.


İctimai təşkilatların rəhbərləri şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzillə təmin edilmələri sahəsində görülən ardıcıl işlərin ölkəmizdə aparılan güclü sosial siyasətin daha bir nəticəsi olduğunu vurğulayıblar.


Təqdim edilən 40 mənzilin 38-i şəhid ailələri və Qarabağ müharibəsi, 2-si 20 Yanvar əlillərinə verilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...