Anons

Dünən, 12:02- Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video

31-05-2020, 18:07- Şamaxı ağsaqqalları Prezidentə MÜRACİƏT ETDİ

28-05-2020, 10:09- Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı tamam olur

26-05-2020, 18:41- Sosial Psixoloq Aytac Çingizqızı boşanmalar barədə danışdı

26-05-2020, 16:08- Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

Haqqımızda Əlaqə

Azərbaycana gətirilən şprislərin əksəriyyətinin xammalı tibbi materiallar deyil - Zavod direktoru

Tarix:6-11-2019, 14:46

Azərbaycana gətirilən şprislərin əksəriyyətinin xammalı tibbi materiallar deyil - Zavod direktoru Azərbaycanda hər kəs əsasən dərmanın keyfiyyəti ilə maraqlanır. Ancaq kimsə şprisin materialı, keyfiyyəti, steril, infeksiya mənbəyi olub-olmaması ilə maraqlanmır. Təəssüf ki, bu gün insanlar aptekə gedib Çin istehsalı olan ucuz şprislər alırlar. Onların da mənşəyi məlum deyil.

Bunu "Diamed" şpris istehsalı zavodunun direktoru Samirə Hüseynova deyib.

Onun sözlərinə görə, Azərbaycan istehsalı olan şprislərin iç tərəfinin uc hissəsində qara rezin olmur: "Şprisin iç tərəfində qara rezin olanda həmin şprislər tam steril sayılmırlar. Yəni 3 hissədən ibarət olan şprisin bir hissəsi steril deyil. Bu isə o deməkdir ki, şpris infeksiya mənbəyi ola bilər. Bizim zavodun istehsal etdiyi şprislər iki hissəlidir. Artıq Avropanın qabaqcıl ölkələri belə üç hissəli şprislərdən istifadə etmir. Azərbaycana gətirilən şprislərin əksəriyyətinin xammalı tibbi materiallar, yəni tibbi polimerlər deyil. Azərbaycan istehsalı olan şprislərdə isə tibbi xammaldan istifadə olunur. Şprisin iynələri Yaponiyanın qabaqcıl "Nipro Pharma " şirkətinə məxsusdur. İynələr Azərbaycana hazır şəkildə gətirilir".

S.Hüseynova bildirib ki, zavod Azərbaycanda artıq 2, 5, 10 və 20 qramlıq şpris satışına başlayıb: "Ölkəyə ucuz şprislər gətirildiyi üçün rəqabət aparmaq bir qədər çətindir. İnsanları şprislərin keyfiyyəti barədə məlumatlandırmaq istəyirik. Zavodun istehsal etdiyi şprislərin qiyməti hazırda ölkədəki apteklərdə satılan digər şprislərlə eynidir, amma bizim zavodun məhsullarının keyfiyyəti olduqca yüksəkdir".

Direktor əlavə edib ki, bu ilin may ayında açılan zavod il ərzində 150 milyon şpris istehsal edə bilər. Zavodun istehsal gücü Azərbaycanın şprislərə olan tələbatını ödəyir.

O, əsas məqsədlərinin yerli bazarı keyfiyyətli şprislərlə təmin etmək olduğunu da söyləyib:

"Qısa müddət ərzində daxili təlabatı ödədikdən sonra Gürcüstan, Rusiya, İran, Türkiyə və Qazaxıstana şpris ixrac etməyi planlaşdırırıq. Növbəti illər ərzində istehsal olunan məhsulların çeşidinin artırılması nəzərdə tutulur. Zavodda tibbi kəpənəklərin hazırlanması da planlaşdırılır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...