Dünən, 20:53- Qaradağ Rayon İcra Hakimiyyəti başçısının və millət vəkilinin təşəbbüsü ilə şəhid ailələrinə növbəti dəfə baş çəkilib
Dünən, 19:25- 20 yanvar faciəsinin şəhidləri qan yaddaşımızda əbədi yaşayacaq
Dünən, 12:09- Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı
Dünən, 10:42- Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur
19-01-2021, 17:15- Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi imzalanıb
19-01-2021, 16:32- Tullantıların idarəolunması üçün 8 regional poliqon yaradılacaq - Nazirlik
19-01-2021, 16:07- Azərbaycanda 949 nəfər COVID-19-dan sağalıb, 305 nəfər yoluxub, 10 nəfər vəfat edib
19-01-2021, 15:44- “Zəfər yolu” sentyabr ayınadək asfaltlanaraq istifadəyə veriləcək
19-01-2021, 15:20- Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib
19-01-2021, 14:51- COVİD-19-a qarşı vaksin bu şəxslərə vurulmaya bilər - RƏSMİ
19-01-2021, 14:13- Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının görəcəyi işlər - SİYAHI
19-01-2021, 13:38- Qarabağ Dirçəliş Fondunun strukturu təsdiqləndi, nizamnamə fondu isə 1 milyon manatdır
19-01-2021, 13:06- Polietilen torbaların, birdəfəlik plastik qabların idxalına qadağa qoyuldu - DGK
19-01-2021, 12:47- Xaricə səfər üçün peyvəndlə bağlı sənəd tələb ediləcək? - TƏBİB açıqladı
19-01-2021, 12:19- Azərbaycan regionda yeni reallıqlar yaradır
19-01-2021, 11:52- Azərbaycanla İran arasında yeni avtomobil körpüsü tikiləcək
19-01-2021, 11:13- İbrahimoviç: “Mən Zlatana inanıram”
19-01-2021, 10:39- Bakıda qarlı havaya görə 50-dən çox texnika hazır vəziyyətə gətirildi
19-01-2021, 10:04- Azərbaycan 2020-ci ildə 13 milyard dollardan çox məhsul ixrac edib
18-01-2021, 22:28- Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2418,3 min və ya 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gələnlərin 30 faizi Rusiya, 22 faizi Gürcüstan, 9,7 faizi Türkiyə, 8,2 faizi İran, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Hindistan, hər birindən 1,8 faiz olmaqla İraq və Ukrayna, 1,6 faizi Türkmənistan, hər birindən 1,5 faiz olmaqla İsrail və Qazaxıstan, 1,4 faizi Pakistan, 1,2 faizi Böyük Britaniya, 11,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 65,9 faizini kişilər, 34,1 faizini isə qadınlar təşkil edib.
Ölkəmizə yanvar-sentyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (96 faiz), Hindistan (70,1 faiz), Misir (66,3 faiz), Çin (63,7 faiz), Səudiyyə Ərəbistanı (42 faiz), Filippin (39,4 faiz), Macarıstan (34,8 faiz), Polşa (32,0 faiz), Malayziya (27,3 faiz), Böyük Britaniya (27,0 faiz), İspaniya (26,7 faiz), Cənubi Koreya (22,4 faiz), Gürcüstan (21,6 faiz) və Almaniya (21,6 faiz) vətəndaşları arasında qeydə alınıb.
2019-cu ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24 faiz artaraq 110,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,3 faiz artaraq 880,9 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,9 faizi dəmir yolu və avtomobil, 41,3 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.