Anons

Dünən, 12:02- Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video

31-05-2020, 18:07- Şamaxı ağsaqqalları Prezidentə MÜRACİƏT ETDİ

28-05-2020, 10:09- Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı tamam olur

26-05-2020, 18:41- Sosial Psixoloq Aytac Çingizqızı boşanmalar barədə danışdı

26-05-2020, 16:08- Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

Haqqımızda Əlaqə

Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES

Tarix:16-10-2019, 17:10

Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES Azərbaycanda sığorta sahəsində yeni dələduzluq növü yaranıb. Bəzi «mütəxəssislər» bir müddət əvvəl avtomobil tərəfindən vurularaq ölmüş insanların varislərini taparaq həmin şəxslərlə birlikdə İcbari Sığorta Bürosundan(İSB) ödəniş tələb etməyə çalışırlar.

Bu barədə İcbari Sığorta Bürosunun (İSB) rəhbəri Rəşad Əhmədov bildirib.

«Bəzi «mütəxəssislər» mütəxəssislər var ki, yeni ölmüş insanların qəbirlərini axtarıb tapırlar daha sonra həmin ölmüş adamın varislərini tapırlar və onlara təklif edirlər ki, gəlin sizə pul verək».

Qeyd edək ki, ölkə qanunvericiliyinə əsasən, icbari sığortası olan avtomobil piyadanı vurarsa, o zaman piyadanın aldığı xəsarətin dərəcsindən asılı olaraq həmin şəxsə (yəni piyadaya) sığorta ödənişi ödənilir. Əgər piyada həlak olarsa, onun ailəsinə 5 min manat sığorta haqqı verilir. Bu maksimum sığorta ödənişidir – avtomobil qəzalarında olduğu kimi.

Əgər piyadanı vuran avtomobil tapılmazsa və yaxudda onun sığortası olmazsa, qanunvericiliyə görə, bu pulu xəsarət alan piyadaya və yaxud da rəhmətə gedibsə onun yaxınlarına İcbari Sığorta Bürosu ödəyir.

«Bu zaman fərqi yoxdur yol hadisəsi piyadanın ölümü və ya xəsarət alması ilə nəticələnib. Hər iki halda ödəniş edilir»-deyə Rəşad Əhmədov bildirib.

Qəza daha çox insanın ölümü ilə nəticələnərsə o zaman ümumilikdə bu məbləğ 50 min manata qədərdir. Bu ödəniş adambaşına 5 min manatdan artıq olmamaq şərti ilə verilir.

Yeni sığorta fırıldaqçıları isə əhalinin bu sahədə məlumatsızlığından sui-istifadə edərək onlara sığorta ödənişi alaraq onu yarı bölməyi təklif edirər. Belələri mərhumun ailəsini tapır və onlara ödəniş alınacağı imkanı olduğunu bildirərək təklif edir ki, bu məbləği bölsünlər.

İcbari Sığorta Bürosu isə bildirir ki, belə fırıldaqçılarla danışıqlara getməyə ehtiyac yoxdur. Ölüm hadisəsi qəza səbəbindən baş veribsə, mərhumun yaxınları özləri də müraciət edə bilərlər.

«Belə hallar baş verəndə İcbari Sığorta Bürosuna birbaşa və ya elektron qaydada müraciət etmək lazımdır. Biz hadisə ilə əlaqədar ödənişin verilməsinə tamamilə hazırıq. Burdada toplanması lazım olan sənədlər elə də çox deyil. Yalnız vəfat edən şəxsin vəfat etməsi ilə əlaqədar arayış təqdim edilməlidir. Bir də məhkəmənin qərarı olmalıdır (hadisənin necə aş verməsinin təsdiqlənməsi üçün). Bu sənədlər olandan sonra İSB ödənişi 7 iş günü ərzində həyata keçiririr»-deyə İcbari Sığorta Bürosunun direktoru Rəşad Əhmədov bildirib.

Qeyd edək ki, sözügedən qanunun qəbul edildiyi tarixdən indiyədək qəzada ölən bütün şəxslər üçün ödənişlər verilir. Bu bizim mübarizə apardığımız haldır. Bu kimi hallarla mübarizə aparmaq üçün belə məsələləri kütləvi informasiya vasitələrində dinləyiciləri və izləyiciləri məlumatlandırırıq. Biz cari ilin yanvar ayından etibarən bu barədə maarifləndirmə tədbirlərimiz genişləndirdik. Bu artıq öz effektini göstərdi. İnsanlar artıq özləri birbaşa müraciət edirlər»-deyə büronun direktoru qeyd edib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...