Anons

Bu gün, 11:41- Elnar Əsədov: MHM PayPort startapına dəstək olacaq

Dünən, 18:54- Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri Gömrük Akademiyasında olublar

Dünən, 18:11- "Bakı Metropoliteni"nə 40 milyon manat subsidiya veriləcək

Dünən, 17:48- Bal yarmarkasında arıçılar təltif olunacaq

Dünən, 16:37- Prezident İlham Əliyev bir qrup energetiki təltif edib - SİYAHI

Dünən, 16:28- Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Dünən, 16:14- Silikon Vadisinin məşhur startap proqramı Azərbaycanda

Dünən, 16:05- Azərbaycanda narkotik vasitələrdən istifadə leqallaşdırılacaq - RƏSMİ

Dünən, 15:52- Bakıda VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirilir

Dünən, 15:39- Azərbaycanda yeni medal təsis olunur

Dünən, 15:30- Azərbaycanda yaşı 25-dən aşağı olan şəxslər övladlığa uşaq götürə bilməyəcək

Dünən, 15:18- Rusiya Azərbaycanda spirtli içkilər zavodu açacaq

Dünən, 14:46- Bu il daha 50 modul tipli məktəb istifadəyə veriləcək

Dünən, 14:37- Prezident “Dövlətqaçqınkom”un sədrini qəbula ÇAĞIRDI

Dünən, 14:24- ““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu

Dünən, 14:11- Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub

Dünən, 14:02- YARAT-da "Danışır Bakı: 1900-1940-cı illər" adlı sərgisi açıldı

Dünən, 13:50- Şənbə günü Bakıda yağış gözlənilir

Dünən, 12:48- Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib

Dünən, 12:37- ABŞ səfirliyi Azərbaycan xalqını təbrik edib

Haqqımızda Əlaqə

İlin sonunadək Bakıda bütün avtobuslar kart sisteminə keçiriləcək

Tarix:10-10-2019, 16:28

İlin sonunadək Bakıda bütün avtobuslar kart sisteminə keçiriləcək İlin sonunadək Bakıda bütün marşrut avtobuslarının kart sisteminə keçidi təmin olunacaq.

Bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, hazırda paytaxt ərazisində müntəzəm marşrut xətlərində istifadə olunan 503 avtobusda gediş haqqı kart sistemi ilə qəbul olunur, qalan böyük əksəriyyətində isə kart sistemi yoxdur.

“Bu prosesi gecikdirən əsas səbəblərdən biri avtobusların yenilənməsidir. Yəni, texniki baxımından yararsız olan avtobuslarda kart sisteminin tətbiqinin anlamı yoxdur. Lakin dövlət tərəfindən bu sahədə çalışan sahibkarlar üçün yaradılan şəffaf idarəetmə sistemi və əlverişli biznes mühitinin verdiyi imkanlar, daşıyıcılar tərəfindən yeni avtobusların gətirilməsinə maraq yaranıb. Bu imkanlardan istifadə edən daşıyıcılar tərəfindən təxminən 200-ə yaxın yeni nəqliyyat vasitəsi gətirilərək müxtəlif xətlər üzrə istismara verilib. Bunların sırasına 39, 81, 160, 64, 133, 202 və digər nömrəli marşrut xətlərini qeyd etmək olar ki, onlarda yeniləmə işləri aparılıb”, - deyə M. Ağayev qeyd edib.

Agentliyin sözçüsü əlavə edib ki, hazırda dövlət tərəfindən də avtobus parkının yenilənməsi üzrə işlər aparılır və bu işlər çərçivəsində paytaxta yeni 300 avtobus gətiriləcək:

“Onlardan təxminən 210-u artıq Bakıdadır. Digərlərin də gətirilməsi üçün plana uyğun olaraq işlər aparılır. Proses tam olaraq noyabr ayında yekunlaşacaq. Ümumiyyətlə, bu avtobusların xətlərə buraxılması və kart sisteminə tam keçid bu ilin sonuna yekunlaşacaq”, - deyə M. Ağayev əlavə edib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...