Anons

Bu gün, 12:18- Rayona getmək istəyənlər bu formada icazə alacaqlar - QAYDA

Bu gün, 11:50- Bakıda çimərlik mövsümünün açılışı olub

Dünən, 19:14- “Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

Dünən, 16:18- “Bacarıqlı gənclər” festivalı keçiriləcək

3-08-2020, 19:45- Çimərliyə gedərkən hansı qaydalara əməl etmək lazımdır?

3-08-2020, 18:22- Koronavirusdan sağalmış xəstələrin donor kimi qan verməsi könüllü prosesdir

3-08-2020, 16:57- Operativ Qərargah karantin rejiminin yumşaldılması ilə bağlı QƏRAR verdi

3-08-2020, 12:29- Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək - RƏSMİ

3-08-2020, 11:33- "Microsoft" "TikTok"u satın almaq niyyətindədir

2-08-2020, 18:13- АРМЯНСКАЯ ПРОВОКАЦИЯ ДЛИННОЮ В БЕСКОНЕЧНОСТЬ: ВОЗМОЖНЫЕ ГЕОПОЛИТИЧЕСКИЕ И ГЕОЭКОНОМИЧЕСКИЕ ПОСЛЕДСТВИЯ В РЕГИОНЕ

1-08-2020, 12:55- 1 Avqust - Azərbaycan Əlifbası Günüdür

1-08-2020, 11:31- "Apple" şirkətinin səhmlərinin qiyməti ilk dəfə 400 dolları keçib

1-08-2020, 10:45- Bu gündən avqustun 3-dək 14 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

31-07-2020, 16:00- “Nar Wi-Fi” ilə yüksəksürətli internet olduğunuz hər yerdə!

31-07-2020, 12:55- Azərbaycanda həqiqi hərbi xidmətə iyul çağırışı başa çatıb

31-07-2020, 10:54- Azərbaycanda Qurban bayramı qeyd olunur

30-07-2020, 18:08- Səfirliyimizin müşaviri koronavirusdan dünyasını dəyişdi

30-07-2020, 14:32- Ani ödəniş sistemi gələn ay istifadəyə veriləcək

30-07-2020, 12:25- “Günün Qəhrəmanları” müsabiqəsinə müraciətlərin qəbulu davam edir!

30-07-2020, 11:07- Azərbaycanda dörd günlük bayram tətili başlayır

Haqqımızda Əlaqə

Azərbaycanda siqaretə və içkiyə görə 2147 nəfər cərimələnib - 79550 manat

Tarix:9-10-2019, 16:41

Azərbaycanda siqaretə və içkiyə görə 2147 nəfər cərimələnib -  79550 manat Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə - təhsil və tərbiyə, səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində, uşaq meydançalarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində, Metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda, avtobusların dayanacaq məntəqələrində, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində, taksafonlarda, yanacaqdoldurma məntəqələrində monitorinqlər keçirilib, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılıb.

Maarifləndirmə tədbirləri çərçivəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun 11-ci maddəsinin 11.4-cü bəndinə əsasən, müvafiq qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzi Sisteminə və www.mia.gov.az elektron saytına müraciət etmək hüququnun olması barədə vətəndaşlara, fiziki və hüquqi şəxslərə, fərdi sahibkarlara məlumat verilib.

Ümumilikdə, 2019-cu ilin 9 ayı ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunu ilə qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 1923, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 224 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub, onlara tətbiq edilmiş cərimələr 79.550 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...