Anons

Dünən, 22:25- İşıq sönən kimi yol polisi dərhal xidməti gücləndirdi - DYP-dən açıqlama

Dünən, 16:53- Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi ilə bağlı qayda təsdiqlənib

Dünən, 16:44- Bakıda beynəlxalq tikinti forumu keçirilib

Dünən, 16:28- Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib

Dünən, 16:19- Bakıda elektrik enerjisinin verilişi dayandı

Dünən, 16:07- Martın 1-də 40 minə yaxın şagird buraxılış imtahanı verəcək

Dünən, 15:54- Azərbaycanda müqavilə əsaslı təsərrüfatçılıq formalaşdırılır

Dünən, 15:42- Covanni De Byazi: “AFFA-dan təklif almışam”

Dünən, 15:33- Azərbaycanda narkobaron və oğlu güllələnərək öldürülüb - YENİLƏNİB

Dünən, 15:21- Azərbaycan Fransaya 400 ton nar ixrac edəcək

Dünən, 15:10- Hava yağmursuz olacaq

Dünən, 14:59- 3 general təltif edildi - Prezidentdən SƏRƏNCAM

Dünən, 14:47- Prezident Kəmaləddin Heydərova yeni vəzifə verdi

Dünən, 14:38- Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir

Dünən, 14:25- Agentlik: Koronavirusun Azərbaycan turizminə mənfi təsiri olacaq

Dünən, 14:16- Təhsil Nazirliyi: 2 266 tələbə köçürüləcək

Dünən, 14:04- Dövlət Reklam Agentliyinin “İcazələr” sistemi “myGov” portalında

Dünən, 13:51- Beynəlxalq əməkdaşlıq çərçivəsində müsahibə dərc olunub

Dünən, 13:42- Bakı metrosuna 3 il ərzində 12 qatar gətiriləcək

Dünən, 13:28- “Xocalı” abidəsi ziyarət olunub

Haqqımızda Əlaqə

Avropa dünyanın ən çox spirtli içki istifadə edən bölgəsi oldu - Azərbaycanda vəziyyət necədir?

Tarix:9-10-2019, 15:32

Avropa dünyanın ən çox spirtli içki istifadə edən bölgəsi oldu - Azərbaycanda vəziyyət necədir? Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin bu yaxınlarda açıqladığı yeni hesabatına görə, dünyada ən çox spirtli içki Avropada istehlak olunur. 2016-cı ildə Avropada 291 100 insan spirtli içkilərin səbəb olduğu xəstəliklərdən dünyasını dəyişib. 20-24 yaşlılar arasında hər 4 ölümdən biri spirtli içkilər səbəbindəndir. Orta hesabla kişilər qadınlardan 4 dəfə daha çox içirlər.

Azərbaycanın açıqladığı rəsmi statistik məlumatlara əsasən, ötən il ərzində ölkədə narkoman kimi qeydiyyatda olan insanların sayı artsa da, alkoqolizm və alkoqol psixozu diaqnozu ilə qeydiyyatda olanların sayı azalıb.

2018-ci ildə Azərbaycanda 20 401 nəfər alkoqolizm və alkoqol psixozu diaqnozu ilə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olub ki, bu say 2017-ci ildə 21 364 nəfər, 2015-cı ildə 21 777 nəfər olub.

Ötən ilin məlumatına görə, Azərbaycanda əhalinin hәr 100 000 nәfәrindən 206,9-na alkoqolizm və alkoqol psixozu diaqnozu təyin edilib. Bu say 2005-ci ildə daha yüksək olub. Həmin ildə əhalinin hәr 100 000 nәfәrindən 230,1 nəfəri (həmin ildə qeydiyyatda olan belə şəxslərin sayı 19 403 olub) alkoqolizm və alkoqol psixozu qoyulmuş şəxs olub.

Ötən il 508 nəfərə ilk dəfə alkoqolizm və alkoqol psixozu diaqnozu qoyulub. Bu say 2017-ci ildə 618 , 2015-ci ildə 619 olub.

Keçən il Azərbaycanda alkoqollu içkilərin pərakəndə ticarət dövriyyəsinn həcmi 361,7 milyon manat olub ki, bu məbləğ 2017-ci ildə 337,4, 2015-ci ildə 306,2 milyon manat olub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...