Anons

Bu gün, 13:23- Makron Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı Putin və Trampla danışıqlar aparmağı planlaşdırır

Bu gün, 12:50- Azərbaycanda daha 7 şagird koronavirusa yoluxub

Bu gün, 10:40- Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlər “ASAN ödəniş” sisteminə inteqrasiya olunub

Dünən, 14:57- Azərbaycanda daha 10 şagird koronavirusa yoluxub

Dünən, 14:14- Xalq artisti Arif Babayev insult keçirib

Dünən, 12:22- UEFA: Hərbi vəziyyət Azərbaycan yığmasının oyununa təsir etməyəcək

Dünən, 11:05- Türkiyənin Səhiyyə naziri: Azərbaycana hər bir tibbi ehtiyacda yardım etməyə hazırıq

26-09-2020, 17:30- Bu gün Bakıda 553 küçə dezinfeksiya edilib

26-09-2020, 16:09- Azərbaycanda son sutkada 108 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 2 nəfər vəfat edib

26-09-2020, 14:22- İstirahət gününün havası açıqlanıb

26-09-2020, 10:08- Bu gündən sentyabrın 28-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək

25-09-2020, 17:30- WEF: 2021-ci ildə Dünya İqtisadi Forumu Davosda keçirilməyəcək

25-09-2020, 16:47- “Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

25-09-2020, 13:18- Prokurorluq Bakıda ərini dərman verib yatızdıraraq öldürən qadınla bağlı məlumat yaydı

25-09-2020, 12:31- Bakıda məktəbəhazırlıq qruplarına 27 mindən çox uşaq cəlb olunacaq

25-09-2020, 12:05- Müfəttişlik: İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir

25-09-2020, 11:46- Azərbaycan Kubada səfirlik açacaq

25-09-2020, 10:22- Bu ilin 8 ayında 10113 nəfərə yaşa görə pensiya elektron qaydada təyin olunub

24-09-2020, 18:53- Millət vəkili Səbinə Xasayeva gənc yazıçı Leyla Şahla görüşdü

24-09-2020, 15:55- Azərbaycan Novosibirsk vilayətindən buğda idxal edən ölkələrin ilk beşliyinə daxil olub

Haqqımızda Əlaqə

Ermənistandakı Azərbaycan toponimləri ilə bağlı pоrtal yaradılıb

Tarix:9-10-2019, 15:50

Ermənistandakı Azərbaycan toponimləri ilə bağlı pоrtal yaradılıb Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən www.realmap.az onlayn xəritə pоrtalının təqdimat mərasimi keçirilib.

Təqdim edilən portalın özəlliyi Ermənistanın ərazisində Azərbaycan toponimlərini bərpa etməklə onlara yeni nəfəs verməsindədir. Bununla mövcud Ermənistan respublikasının əzəli oğuz torpaqlarında yerləşdirilməsi əsaslı coğrafi və demoqrafik dəlillərlə isbat olunur.

Prezident İlham Əliyev Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan haqqında bütün beynəlxalq tribunalardan bəyan edir: “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq”. www.realmap.az onlayn xəritə platformasında göstərilən toponimik panorama və demoqrafik faktlar ölkə başçısının dünya miqyasında səsləndirdiyi tezisini möhkəmləndirən unikal elektron bazadır.

Portalın əsasını təşkil edən interaktiv xəritədə orta əsrlərdən Qərbi Azərbaycanda mövcud olmuş 400 Azərbaycan kəndi tam dəqiq coğrafi koordinatları üzrə yerləşdirilmişdir. Qan damlalarını xatırladan qırmızı nişanları kliklədikdə hər kəndin türk mənşəli toponimi, onun erməniləşdirildiyi tarix və müxtəlif illərdə orada yaşayan azərbaycanlıların sayı göstərilir. 1918-1920-ci illərdə daşnakların hakimiyyəti dövründə azərbaycanlıların sayının dəfələrlə azalması xəritədə öz əksini tapmış və Ermənistanda soydaşlarımıza qarşı törədilmiş soyqırımın təzahürü kimi önə çəkilmişdir. Xəritə ilə yanaşı portalda “Ermənistanda Azərbaycan toponimləri”, “Əhali”, “Arxiv sənədlər” kimi yardımçı bölmələr yer almışdır. Burada mövzu üzrə cədvəllər, ətraflı məlumatlar, nadir sənədlər yerləşdirilmiş, kəndlərin adları əlifba üzrə sıralanmış və hər kənddə Azərbaycan əhalisinin soyqırımına dəlalət edən statistik məlumat verilmişdir. Layihənin koordinatoru Bakı Slavyan Universitetinin professoru, əməkdar jurnalist Şalalə Həsənovadır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...