Anons

Bu gün, 11:41- Elnar Əsədov: MHM PayPort startapına dəstək olacaq

Dünən, 18:54- Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri Gömrük Akademiyasında olublar

Dünən, 18:11- "Bakı Metropoliteni"nə 40 milyon manat subsidiya veriləcək

Dünən, 17:48- Bal yarmarkasında arıçılar təltif olunacaq

Dünən, 16:37- Prezident İlham Əliyev bir qrup energetiki təltif edib - SİYAHI

Dünən, 16:28- Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Dünən, 16:14- Silikon Vadisinin məşhur startap proqramı Azərbaycanda

Dünən, 16:05- Azərbaycanda narkotik vasitələrdən istifadə leqallaşdırılacaq - RƏSMİ

Dünən, 15:52- Bakıda VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirilir

Dünən, 15:39- Azərbaycanda yeni medal təsis olunur

Dünən, 15:30- Azərbaycanda yaşı 25-dən aşağı olan şəxslər övladlığa uşaq götürə bilməyəcək

Dünən, 15:18- Rusiya Azərbaycanda spirtli içkilər zavodu açacaq

Dünən, 14:46- Bu il daha 50 modul tipli məktəb istifadəyə veriləcək

Dünən, 14:37- Prezident “Dövlətqaçqınkom”un sədrini qəbula ÇAĞIRDI

Dünən, 14:24- ““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu

Dünən, 14:11- Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub

Dünən, 14:02- YARAT-da "Danışır Bakı: 1900-1940-cı illər" adlı sərgisi açıldı

Dünən, 13:50- Şənbə günü Bakıda yağış gözlənilir

Dünən, 12:48- Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib

Dünən, 12:37- ABŞ səfirliyi Azərbaycan xalqını təbrik edib

Haqqımızda Əlaqə

Bu gün Ümumdünya Poçt Günüdür

Tarix:9-10-2019, 12:08

Bu gün Ümumdünya Poçt Günüdür 9 oktyabr dünyanın hər yerində Ümumdünya Poçt Günü kimi qeyd edilir.

Bu il Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranmasının 145 illiyi tamam olur.

İttifaq 1874-cü ilin 9 oktyabr tarixində İsveçrənin Bern şəhərində yaradılıb. İyirmidən çox ölkə nümayəndələrinin iştirakı ilə keçmiş konqresdə ÜPİ-nin ümumi prinsiplərini, üzvlərinin hüquq və öhdəliklərini müəyyənləşdirən əsas sənəd – Ümumdünya Poçt Konvensiyası qəbul edilib. Hazırda bu qurumda 192 ölkə təmsil olunur. Ölkəmiz 1993-cü ildə ÜPİ-yə üzvlüyə qəbul edilib və həmin tarixdən ölkəmizdə də Ümumdünya Poçt Günü geniş qeyd olunur.

Son 15 ildə Azərbaycan ÜPİ-nin əksər tədbirlərində, ali qanunverici orqanlarının işində fəal iştirak edib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Ölkəmiz bu təşkilatın ali orqanlarına – Administrativ Şuraya (2004 və 2008-ci illər) və Poçt Əməliyyatları Şurasına (2008-ci il və 2016-cı illər) seçilib, onların müxtəlif layihə və işçi qruplarında təmsil olunub. Hazırda ÜPİ ilə əməkdaşlıq əlaqələri daha da genişlənməkdədir.

BMT-nin ixtisaslaşmış təşkilatlarından olan ÜPİ son illərdə Azərbaycan Poçtuna inkişaf proqramı çərçivəsində xeyli texniki yardımlar göstərib.

Bununla yanaşı, Azərbaycan Poçtu da müəyyən ölkələrdə təbii fəlakətlər və müharibə nəticəsində zərərçəkmiş poçt infrastrukturunun bərpası üçün ÜPİ-nin çağırışlarına cavab olaraq öz köməyini əsirgəmir.

Azərbaycan Poçtu dünyanın qabaqcıl poçt administrasiyalarından birinə çevrilib. Dünya ölkələri arasında ilk dəfə olaraq Azərbaycan Poçtunda Dünya Bankı tərəfindən ayrılmış kredit hesabına 2005-ci ildən “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin tətbiqinə başlanılıb. Layihə 2010-cu ildə uğurla sona çatdırılıb. Bu layihənin tətbiqi nəticəsində Azərbaycan Poçtu poçt-maliyyə xidmətlərinin göstərilməsində rəqabətədavamlı qurumlardan biridir.

Hazırda vətəndaşların telekommunikasiya, poçt və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə “Şəbəkə” xidmət mərkəzləri fəaliyyət göstərir. "Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, zərf, marka və açıqcaların satışı, pul köçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.

Bu gün Azərbaycan Poçtu beynəlxalq tranzit poçt mərkəzi kimi də fəaliyyət göstərir. Müvafiq layihə çərçivəsində Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və “Azərpoçt” tərəfindən tranzit poçt kimi emal olunaraq, dünyanın 20-dək ölkəsinə çatdırılır. Poçtdaşımaları “Silk Way” və “Azal” aviaşirkətləri vasitəsilə həyata keçirilir.

Həyata keçirilən məqsədyönlü işlərin nəticəsidir ki, Azərbaycan poçt sahəsində dəfələrlə beynəlxalq səviyyədə qiymətləndirilib. Ölkəmiz sürətli poçt xidmətlərinin (EMS) göstərilməsi üzrə müxtəlif illərdə ÜPİ tərəfindən Gümüş və Qızıl səviyyəli sertifikatlarla təltif olunub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...