Anons

Bu gün, 14:49- Almaniyada fermerlər tətil edir - Berlində mərkəzi küçələr bağlandı

Bu gün, 14:37- Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum dəyişir

Bu gün, 14:28- Kimlər övladlığa uşaq götürə bilər? - Yeni qaydalar

Bu gün, 14:16- Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi haqqında sənəd təsdiq edilib

Bu gün, 13:55- Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü olub

Bu gün, 13:43- Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib

Bu gün, 13:30- Həftə sonuna qədər bu küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq - SİYAHI

Bu gün, 13:21- “Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb

Bu gün, 12:12- Dumanlı hava şəraiti hökm sürəcək

Bu gün, 11:59- Azərbaycanda şüşə zavodunun tikintisi başa çatır - Nazir müavini

Bu gün, 11:48- “Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb

Bu gün, 11:36- Smartfonlar üçün süni dəridən "emosional" örtük yaradıldı - Video

Bu gün, 11:27- Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm”

Bu gün, 11:13- Dini liderlərin Bakı sammitinin hansı aktual çağırışları olacaq?..

Bu gün, 11:05- Təhsil Nazirliyində yeni TƏYİNATLAR

Bu gün, 10:54- "Qızıl top"a iddialılar məlum oldu

Bu gün, 10:45- Milli Məclis bu günə iclas çağırdı - Gündəliyə 23 məsələ çıxarılır

Bu gün, 10:32- Bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib

Bu gün, 10:19- İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir

Bu gün, 09:53- Tramp Türkiyəni sanksiyalarla hədələyib

Haqqımızda Əlaqə

QRAND QUDMANYAN: QARABAĞ AZƏRBAYCAN TORPAĞIDIR VƏ HƏMİŞƏ DƏ BELƏ OLACAQDIR.

Tarix:16-09-2019, 19:12

QRAND QUDMANYAN: QARABAĞ AZƏRBAYCAN TORPAĞIDIR VƏ HƏMİŞƏ DƏ BELƏ OLACAQDIR.
“Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin” sədri kimi, dünyada yaşayan və diaspor təşkilatları yaradaraq, vətəninə xidmət edən soydaşlarımızla görüşüb, onların gördüyü işlərlə yaxından tanış oluram. Ukraynada yaşayan soydaşlarımızın diaspor fəaliyyətində daha aktiv olmaları haqqında da, xeyli məqalələr yazmışam. Zakarpatye vilayətinin Ujqorod şəhərində olarkən, bu şəhərdəki diaspor təşkilatlarımızın fəaliyyətinin çatışan və çatışmayan cəhətləri haqqında da,yazılarım mövcuddur.
Bu dəfəki səfərim zamanı çox maraqlı bir müsahibim oldu. Soydaşlarımızdan biri mənə dedi ki, bu şəhərdə bir erməni yaşayır, həmişə Azərbaycanlılara hörmət edir. Mənim üçün çox maraqlı oldu və onunla tanış olmaq istədiyimi bildirdim. Onunla görüşmək elə də, çətin olmadı, bir zənglə dərhal taksiyə oturub mənimlə görüşə gəldi.
Bəli, üzünə, simasına baxan kimi əsil erməni olduğunu o dəqiqə bilinirdi. 1934-cü il təvvəllüdlü Qrand Hamazoviç Qudmanyan mənimlə etdiyi söhbətinin əvvəlindən sonuna kimi Azərbaycan dilində danışdı. Ona deyirəm ki, sən Erməni-Azərbaycan münasibətləri haqqında nə deyə bilərsən? Deyir ki, mən Azərbaycandan ötəri canımı da, qurban verərəm:” Mən hələ uşaqlıqdan Vartaşen rayonunda belə tərbiyə almışam ki, son tikə çörəyimizi belə qonşularımızla bölməliyik. Mənim heç vaxt Erməni dostum olmayıb, heç bu gün də yoxdur. Həmişə dostlarım Azərbaycanlılar olub. Burada da, ancaq Azərbaycanlılarla dostluq edirəm, onların restoran –kafelərinə gedirəm. Artıq 85 yaşı haqlamışam, heç kimdən və heç nədən də, qorxmuram. QARABAĞ AZƏRBAYCAN TORPAĞIDIR VƏ HƏMİŞƏ DƏ BELƏ OLACAQDIR.
Mən atamın qəbrinin üstünə gedib, onu ziyarət etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevə də, məktubla müraciət etmişəm. Nədənsə məktubuma cavab gəlmədi. Hər bir millətin içində pisləri də, var, yaxşıları da var. Mən 17 yaşımdan Vartaşen rayonundan çıxmışam, Bakı şəhərində Ali hərbi məktəbdə təhsil almışam. Sonra SSRİ silahlı qüvvələri xətti ilə Çexoslavagiya və s. xidmət etmişəm. Sonda isə Ukraynada təqaüdə çıxdım. Heç vaxt Ermənistana getməmişəm, axı mənim orada kimim var?
Böyük qardaşım yaşadığımız rayonda meşə idarəsində işləyirdi. Yaxşı nüfuzu var idi, hamı onun xətrini çox istəyirdi. O, heç Azərbaycandan çıxmaq belə istəmirdi, sonunda Azərbaycan hüquq-mühafizə orqanlarının işçiləri deyiblər ki, getsən daha yaşı olar, çünki cavanlar vəyaxud da, qaçqınlardan kimsə sənə xətər törədə bilər. Biz həmişə Azərbaycanı sevmişik və bu gün də sevirik. İki oğul böyütmüşəm, biri Kiyev Aviasiya Akademiyasının tədris işləri üzrə prorektorudur. Alim olmasına baxmayaraq, uşaqla -uşaqdır, böyüklə -böyükdür. Hərdən mənə deyir ki, ay ata mənə Azərbaycandan badımcan gətiriblər vəyaxud konyak. Sənə də, pay göndərirəm. Oğlum deyir ki, ata nə qədər mən burada işləyirəm, heç bir Azərbaycanlı tələbənin problemi ola bilməz, vəyaxudda onlar əziyyət çəkə bilməzlər. Digər oğlum isə Xmelninski şəhərində yaşayır. “Sokolun” komandiri olub. Hazırda ehtiyyatda olan polkovnikdir. Mən atamdan aldığım tərbiyyəni də, olduğu kimi öz övladlarıma ötürmüşəm. Azərbaycanlılar bizim qardaşımızdır”

Bəli, ürək yanğısı ilə danışan Qrand Hamazoviç Qudmanyanla söhbət edərkən onda bir balaca da, olsa erməni xisləti hiss etmədim. Danışığında ikibaşlı sözlərə rast gəlmədim. Sanki bu adam milliyətçi azərbaycanlıdır. Söhbətimiz zamanı ancaq Azərbaycan Atalar sözləri ilə, hansısa Azərbaycanlı xalanın ona verdiyi öyüddən ağızdolusu və sevinclə danışırdı. Deyir mən razıyam, gedim atamın qəbrini ziyarət edim və qoy elə məni orada da öldürsünlər. Hərdən Şimal-Qərb bölgəmizin ləhcəsi ilə də, müəyyən sözlər deyirdi. Uşaq vaxtı öyrəndiyi Azərbaycan dili və həmin ləhcəni unutmamışdır.
Ancaq gözlərinə baxarkən onu, bir mahsunluq, günahsızlıq, xəcalət çəkən biri kimi görürdüm. Heç vaxt ermənistana getməsə də, onların siyasətinə qorxmadan qarşı çıxsa da, bununla bərabər yenə də, sanki öz millətinə görə və onların vəhşiliyinə görə xəcalət çəkdiyini biruzə verirdi.

QRAND QUDMANYAN: QARABAĞ AZƏRBAYCAN TORPAĞIDIR VƏ HƏMİŞƏ DƏ BELƏ OLACAQDIR.


Deyir ki, əgər atam sağ olsaydı bizi bir nəfər belə oradan qovmazdı. Atasının yaxşı hörmət sahibi olduğunu tez-tez vurğulayır və yerli insanların ona böyük hörmət qoymasını minnətdarlıq hissi ilə xatırlayırdı.
Ondan aldığım kiçik video-müsahibəni isə, oxucularımız üçün maraqlı olduğunu nəzərə alaraq, yazının sonunda yerləşdirməyi özümə borc bildim.



ƏLMANİZ ƏLƏKBƏRLİ.
Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliyinin Üzvü.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...