Anons

Bu gün, 18:41- Sosial Psixoloq Aytac Çingizqızı boşanmalar barədə danışdı

Bu gün, 16:08- Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

5-05-2020, 13:27- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi Rəyasət Heyyətinin vatcap və FB üzərindən növbəti onlayn toplantısı keçirildi.

5-05-2020, 13:21- Ceyhun Zeynallı niyə həbs olunub?-Rəna Ağarzayeva 397 min manatı kimə və niyə verib?

5-05-2020, 12:03- Dünya Bankı pandemiya ilə mübarizə üçün 160 milyard dollara qədər vəsait ayıracaq

Haqqımızda Əlaqə

Bu yay havalar sərin keçsə də, temperatur normadan yüksək olub - SƏBƏB? (ÖZƏL)

Tarix:10-09-2019, 16:36

Bu yay havalar sərin keçsə də, temperatur normadan yüksək olub - SƏBƏB? (ÖZƏL) Bu il yayda havanın temperaturu çoxillik iqlim normasından (1961-90-cı illərə nisbətən) 1-2 dərəcə yüksək olub. Bunun səbəbi cənub istiqamətli hava kütlələrinin ölkə ərazisinə daha çox daxil olması ilə izah olunur.

Bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

M.Həsənovun sözlərinə görə, belə hava kütlələri Azərbaycana daha çox Şimali Afrikadan, Ərəbistandan, Mərkəzi Asiyadan və Aralıq dənizi üzərindən daxil olur.

İnstitutun direktor müavini qeyd edib ki, ümumilikdə ötən yaya nisbətən bu il yayda normadan yüksək temperaturların qeydə alındığı günlərin sayı çox olsa da, sərin keçən günlərin də sayı artıq olub:

“Elə günlər oldu ki, hava sərin keçdi, amma ardıcıl isti günlər də qeydə alındı ki, havanın temperaturu normadan yüksək oldu. Bu il ölkəmizə daxil olan hava kütləsinin temperaturu yüksək olub. Buna görə ayrı-ayrı günlərdə temperatur normadan yüksək qeydə alındı”.

M.Həsənov əlavə edib ki, bu il ölkədə sentyabrın birinci ongünlüyü üçün xarakterik olan hava şəraiti müşahidə edilir.

Onun sözlərinə görə, bəzi illərdə sentyabr ayında bu ildəkindən də aşağı temperatur qeydə alınıb.

Alim hazırda havanın sərin keçməsinin səbəbini Atlantik okeanı üzərindəki hava kütlələrinin Qərbi və Şərqi Avropadan keçib Azərbaycana çatması ilə əlaqələndirib:

“Ancaq bu, o qədər də davamlı proses deyil və yayın sonu, payızın əvvəli üçün səciyyəvi bir haldır. Hazırda havanın temperaturu iqlim normasına yaxındır. Yağıntıların miqdarı bəzi ərazilərimizdə bir qədər artıq müşahidə edilir. Bu da keçid fəsli üçün səciyyəvi haldır”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...