Anons

Dünən, 22:25- İşıq sönən kimi yol polisi dərhal xidməti gücləndirdi - DYP-dən açıqlama

Dünən, 16:53- Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi ilə bağlı qayda təsdiqlənib

Dünən, 16:44- Bakıda beynəlxalq tikinti forumu keçirilib

Dünən, 16:28- Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib

Dünən, 16:19- Bakıda elektrik enerjisinin verilişi dayandı

Dünən, 16:07- Martın 1-də 40 minə yaxın şagird buraxılış imtahanı verəcək

Dünən, 15:54- Azərbaycanda müqavilə əsaslı təsərrüfatçılıq formalaşdırılır

Dünən, 15:42- Covanni De Byazi: “AFFA-dan təklif almışam”

Dünən, 15:33- Azərbaycanda narkobaron və oğlu güllələnərək öldürülüb - YENİLƏNİB

Dünən, 15:21- Azərbaycan Fransaya 400 ton nar ixrac edəcək

Dünən, 15:10- Hava yağmursuz olacaq

Dünən, 14:59- 3 general təltif edildi - Prezidentdən SƏRƏNCAM

Dünən, 14:47- Prezident Kəmaləddin Heydərova yeni vəzifə verdi

Dünən, 14:38- Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir

Dünən, 14:25- Agentlik: Koronavirusun Azərbaycan turizminə mənfi təsiri olacaq

Dünən, 14:16- Təhsil Nazirliyi: 2 266 tələbə köçürüləcək

Dünən, 14:04- Dövlət Reklam Agentliyinin “İcazələr” sistemi “myGov” portalında

Dünən, 13:51- Beynəlxalq əməkdaşlıq çərçivəsində müsahibə dərc olunub

Dünən, 13:42- Bakı metrosuna 3 il ərzində 12 qatar gətiriləcək

Dünən, 13:28- “Xocalı” abidəsi ziyarət olunub

Haqqımızda Əlaqə

Aşurada özünə xəsarət yetirənlərə cinayət işi açıla bilər

Tarix:2-09-2019, 16:06

Aşurada özünə xəsarət yetirənlərə cinayət işi açıla bilər Sentyabrın 1-dən Azərbaycanda Məhərrəmlik ayı başlayıb. Məhrrəm ayının 10-cu günü, Aşura sentyabrın 10-a təsadüf edir.

Bu ay boyunca bəzi insanlar sinə, zəncir vurmağı, qan çıxarmağı vacib əməl kimi qiymətləndirirlər. Məscidlərdə zəncir vuran, özünə xəsarət yetirən insanların az-çox şahidi oluruq. Bu əməllər isə birmənalı qarşılanmır.

Bəs bədənə bu cür xəsarətlərin yetirilməsi nə dərəcədə doğrudur, ümumiyyətlə bu hərəkət ay üçün mütləq haldırmı? Hüquqi baxımdan özünə xəsarət yetirmək cinayət əməli sayıla bilərmi?

Mövzu ilə bağlı İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli danışıb.

Din xadimi bildirir ki, artıq 10 ildir ki, Məhərrəmlikdə özünə xəsarət yetirməklə bağlı Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) qadağa qoyub:
“Bu qadağa da birbaşa olaraq inkişaf səviyyəsinin göstəricisidir. Bu gün qan çıxarmaq əvəzinə QMİ olaraq biz talassemiya, hemofiliya xəstəliyindən əziyyət çəkən qan azlığı olan uşaqlara qan veririrk. İmam Hüseynin şüarlarından da biri bu idi ki, bir insana qan, həyat vermək bəşəriyyətə can vermək, bir insanı öldürmək bütün bəşəriyyəti öldürmək kimidir. Bu anlamda biz məhz Aşura günü qanvermə keçiririk. Biz insanlar arasında da maarifləndirmə işləri apararaq, onları qanvermə aksiyasına çağırırıq. Bu aksiyada qan verən insanlar da artıq Azərbaycan əsgəri olur, millətə xidmət edirlər”.

Hacı Surxay deyir ki, qanvermə akiyası yalnız Bakıda yox, eyni zamanda bölgələrdə, rayonlarda da həyata keçirilir:
“Məhərrəmlik ayı boyunca qan çıxarmaq, özünə xəsarət yetirmək də artıq bu yolla aradan itir. Bütün dünya da görür ki, Azərbaycan tolerantdır və ənənə, dəyərlər hər zaman qorunur. Şeyx həzrətləri hər zaman Məhərrəmlik ayı öncəsi toplantı edir, Elmi-Dini Şura, Qazılər Şurası toplanır və bütün axundlara bu barədə göstərişlər verilir. Biz bir qayda olaraq bölgələrdəki din xadimləri ilə saxlayırıq. Onları da qanvermə akiyasına cəlb edir, özünə xəsarət yetirmədən qaçındırırıq”.

Konstitusiya Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, özünə xəsarət yetirməyə görə faktla bağlı cinayət işi qaldırıla bilər.

“Cinayət işi açılsa belə, həmin şəxsə qarşı hər hansı bir cəza tətbiq edilmir və məsələyə xitam verilir. Çünki subyekt özü-özünə xəsarət yetirir. Dini baxımdan yanaşsaq, heç bir dində də özünə xəsarət düzgün hal hesab eilmir. Ümumiyyətlə, ictimai yerlərdə özünə ziyan yetirmək qadağan olunmalıdır. Çünki bu hal ətrafdakı insanlarda da həvəs yaradır və ümumi vəziyyəti gərginləşdirir. Gələcəkdə ictimai yerlərdə bu cür halların məhdudlaşdırılması kimi qanunun qəbul edilməsi gözlənilə bilər”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...