Anons

Bu gün, 17:08- Bu müəllimlərin bilikləri sınaqdan keçiriləcək

Bu gün, 16:52- Bu il azərbaycanlılar Türkiyədə 700-dən çox daşınmaz əmlak alıb

Bu gün, 16:41- Qobustana gələn turistlərin sayı artıb (ÖZƏL)

Bu gün, 16:25- Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

Bu gün, 16:13- Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq

Bu gün, 15:43- “Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib (FOTO)

Bu gün, 15:31- Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub

Bu gün, 15:19- Kənd Təsərrüfatı Nazirliyi: İsmayıllıdakı hadisə günvurna ilə bağlıdır (ÖZƏL)

Bu gün, 15:10- Qaxda III Bal bayramı keçirilir

Bu gün, 14:58- Yasamal rayon MKS-inin 3 saylı filialının əməkdaşları Gülhüseyn Hüseynoğlunun “Mücrü“ kitabının təqdimatında

Bu gün, 14:46- Hüseyn Abdullayevə 8 il cəza istənildi - Məhkəmə zalından çıxarıldı

Bu gün, 14:23- Azərbaycanda İLK DƏFƏ toxum sərgi-satış yarmarkaları keçiriləcək

Bu gün, 14:14- Səhiyyə Nazirliyi İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı: Yardım göstərilir

Bu gün, 13:32- Sabah 34 dərəcə isti olacaq

Bu gün, 13:19- ADU kollektivi Cocuq Mərcanlı kənd orta məktəbində səfərdə olub

Bu gün, 13:07- Azərbaycanda ətin üzərinə nişan qoyulmasına görə 5 manatadək rüsum tutulacaq

Bu gün, 12:54- Azərbaycan millisi FİFA reytinqində 109-cu pillədə qalıb

Bu gün, 12:45- MTRŞ-nın Aparat rəhbəri vəzifəsi üzrə müsahibə elan edilib

Bu gün, 12:33- Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib

Bu gün, 12:21- Sosial şəbəkələrin forması dəyişiləcək

Haqqımızda Əlaqə

Azərbaycanda qızılca xəstəliyinə yoluxma səviyyəsi azalıb

Tarix:2-09-2019, 12:48 Baxış Sayı:0

Azərbaycanda qızılca xəstəliyinə yoluxma səviyyəsi azalıb
Azərbaycanda aparılan tədbirlər nəticəsində qızılca xəstəliyinə yoluxma səviyyəsi azalıb.

Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

A.Əliyevanın sözlərinə görə, 2018-ci ildə Avropanın bir sıra ölkələrində, ölkəmizlə həmsərhəd olan Rusiya Federasiyasında və Gürcüstanda qızılca xəstəliyinin alovlanmalarının baş verməsi və həmin ölkələrlə intensiv miqrasiyanın mövcudluğu nəticəsində 2018-ci ilin noyabr ayından başlayaraq ölkədə, əsasən, 20-40 yaşlı insanlar arasında qızılca xəstəliyi qeydə alınmağa başlanıb.

Sanitariya-epidemioloji xidmət orqanları tərəfindən hər bir qızılca xəstəliyi aşkar edilən xəstəlik ocaqlarında epidemioloji təhqiqatların aparılması, xəstələrin digər sağlam şəxslərlə təmasının məhdudlaşdırılması, maarifləndirici işlərin aparılması, müalicə idarələri tərəfindən xəstələrin vaxtında və effektiv müalicəyə cəlb edilməsi nəticəsində xəstəliyin geniş əhali kütləsi arasında yayılmasının qarşısı alınıb. Aparılmış səmərəli profilaktik və müalicə tədbirləri nəticəsində xəstəliyin ciddi ağırlaşmaları baş verməyib.

Direktor müavini qeyd edib ki, qısa müddət ərzində Səhiyyə Nazirliyi tərəfindən yuxarı yaşlı əhalinin peyvənd olunması üçün ölkəyə qızılca – məxmərək əleyhinə vaksin gətirilmiş, cari ilin mart-aprel aylarında ölkənin bütün ərazisində 20-40 yaşlı insanlar arasında qızılca xəstəliyinə qarşı təmizləyici immunlaşdırma tədbirləri aparılıb. Bununla yanaşı, uşaq və yeniyetmələr arasında qızılcaya qarşı peyvəndlə əhatə olunma tədbirləri də gücləndirilib. Nəticədə mart ayından başlayaraq xəstəliyin səviyyəsində azalma müşahidə olunub və iyul ayında cəmi 2 hadisə qeydə alınıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...