Anons

Bu gün, 20:32- “Keşlə” dairəsində görüntülənən YPX haqqında Vaqif Əsədovdan RƏSMİ AÇIQLAMA - VİDEO

Bu gün, 17:51- Dr.kosmetoloq Həcər Hüseynova: "Məşhur kosmetoloq olmaq istəyirəm"

Bu gün, 17:27- Övladını məktəbdən götürməyə tələsən ana onu maşınla vurdu - VİDEO

Dünən, 23:52- Bakı Yol Polisi: Təhlükəsizliyimizi birgə təmin edək - VİDEO ÇARX

Dünən, 23:00- BAKI YOL POLİSİ və YPX.AZ: #TelefonaYoxYolaBax!

Dünən, 17:42- Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir

Dünən, 17:20- Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib

Dünən, 16:54- Azərbaycanın ixracında özəl sektorun payı ötən ay kəskin artıb

Dünən, 16:25- Abşeron RİH-i başçısının Görədil sakinləri ilə görüşü keçirildi

Dünən, 15:58- I sinfə qəbul qaydaları açıqlanıb

Dünən, 15:46- Azərbaycanda yaşıllıqlara nəzarət üçün elektron baza yaradılır

Dünən, 15:37- Bakıya yeni metro vaqonları gətiriləcək

Dünən, 15:25- Məktəblilərarası “Avropa Pul Viktorinası”na qeydiyyat başlayıb

Dünən, 15:13- İranda koronavirusdan ölənlərin sayı 4 nəfərə çatdı

Dünən, 15:04- Milli Paralimpiya Komitəsinin rəhbərliyində dəyişiklik olub

Dünən, 14:52- Bakı metrosu 4G şəbəkəsi ilə əhatə olunacaq

Dünən, 14:39- Məktəblərdə Beynəlxalq Ana Dili Günü qeyd olunub

Dünən, 13:28- Ötən gün yol qəzalarında 6 nəfər ölüb

Dünən, 13:20- Kibertəhlükəsizlik üzrə Gənclərin İnternet İdarəçilik Forumu keçiriləcək

Dünən, 12:55- Azərbaycan İtaliyadan hərbi təyyarələr alacaq

Haqqımızda Əlaqə

DYP texniki baxışla bağlı XƏBƏRDARLIQ edib

Tarix:16-08-2019, 15:29

DYP texniki baxışla bağlı XƏBƏRDARLIQ edib Ötən il “Yol hərəkəti haqqında” qanunun müvafiq maddələrinə bir sıra əlavə və dəyişikliklər edilib. İlk növbədə avtomobillərin texniki baxışa təqdim edilməsi vaxtı ilə əlaqədar dəyişiklikləri nəzərə almaq lazımdır. Belə ki, minik və icazə verilən maksimum kütləsi 3,5 tona qədər olan yük avtomobilləri istehsal olunduğu vaxtdan 4 il keçdikdə-iki ildə bir dəfə; ishtehsal olunduğu vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxışa təqdim olunmalıdır.

Bu barədə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin bu gün yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində tətbiq edilən inzibati cərimələri ödədikdən sonra onun təqdim etdiyi nəqliyyat vasitəsinə texniki baxış həyata keçirilə bilər. Texniki cəhətdən saz nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi barədə elektron talon tərtib olunduğu anda dərhal Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə və “ASAN ödəniş” sisteminə elektron qaydada göndərilir.

Bununla yanaşı, “Yol hərəkəti haqqında” qanuna edilmiş müvafiq dəyişikliklərə əsasən növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır, nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur: “Qeyd etdiyimiz kimi, bu müddət bitdikdən sonra İnzibati Xətalar məcəlləsinin 339.1-1 maddəsinin tələblərinə əsasən texniki baxışdan keçməmiş nəqliyyat vasitələri yol hərəkətində iştirakı zamanı xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır”.

Məlumatda o da bildirilib ki, Bаş Dövlət Yol Polis İdаrəsinin Sаbunçu rаyonu, Zabrat qəsəbəsində yerləşən müayinə mərkəzi və respublikаnın digər regional texniki baxış şöbələri nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək üçün bazar günü də daxil olmaqla saat 18:00-dək fəaliyyət göstərir.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...